Icma.az
close
up
RU
Soyuq Arktika da “qaynar qazan”a çevrilir

Soyuq Arktika da “qaynar qazan”a çevrilir

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Kurçatov İnstitutu” Milli Araşdırmalar Mərkəzinin prezidenti Mixail Kovalçuk yerli televiziya kanallarından birinə müsahibəsində bildirib ki, “Arktika gələcəyin sınaq meydançasıdır: “Bu gün bizim diqqətimizi Ukrayna və ya Ermənistan ilə yayındırırlar, amma, əslində, əsas poliqon Arktikadır”. Rusiyalı alimin sözlərinə görə, hazırda Arktika uğrunda böyük mübarizə gedir: “Bunu Qrenlandiyada baş verənlər aydın şəkildə nümayiş etdirir. ABŞ bu adanı Kanada ilə birlikdə alsa, güc baxımından bizimlə bərabər olacaqlar”. Doğrudanmı, Arktika gələcəyin mübarizə meydanına çevriləcək? Bu ərazinin hansı özəllikləri var?

Arktika və onun resursları uğrunda geosiyasi mübarizə mövzusu yeni deyil. Bu mövzu ətrafında ciddi və ətraflı müzakirələr ilk dəfə 2000-ci illərin ortalarında gündəmə gətirilmişdi. Ancaq ABŞ Prezidenti Donald Trampın Qrenlandiya üzərində nəzarətlə bağlı son bəyanatı dünyanın aparıcı güclərinin Arktikaya marağını daha da artırdı. Hələ 2019-cu ilin avqustunda cənab Tramp Danimarkaya Qrenlandiya üçün 600 milyon dollar təklif etmişdi. Bəs Birləşmiş Ştatların qütb ayıları və tamamilə yaşayış üçün yararsız əraziyə belə maraq göstərməyinin əsasında hansı faktorlar yatır? Arktika yaşayış üçün yararsız yer olsa da, nəhəng karbohidrogen yataqlarına, nadir metallara malikdir. Ən əsası, Arktika yaxın illərdə strateji dəniz yoluna çevriləcək.

BMT-nin məlumatına görə, Arktikada neft ehtiyatları 100 milyard tondan artıqdır ki, bu da Rusiyanın bütün ehtiyatlarından 2,4 dəfə çoxdur. Mütəxəssislərin fikrincə, 2040-cı ilə qədər qlobal istiləşmə ilə əlaqədar Şimal Buzlu Okeanın əhəmiyyətli hissəsi buzdan təmizlənəcək ki, bu da onun dibindən təbii sərvətlərin çıxarılmasını əhəmiyyətli dərəcədə asanlaşdıracaq, daşınma xərclərini azaldacaq, lakin, eyni zamanda, geostrateji rəqabətin yeni istiqamətini də yaradacaq. Proqnozlara görə, Arktikanın sərvətlərinə sahib olmaq hüququ uğrunda ciddi siyasi mübarizə başlayacaq və bu, birbaşa qarşıdurmaya çevrilmək təhlükəsi yaradır. 

2008-ci ildə ABŞ Geoloji Xidməti “Arktika Resurslarının Qiymətləndirilməsi: Arktika Dairəsinin Şimalında aşkar edilməmiş neft və qaz ehtiyatlarının qiymətləndirilməsi” adlı öz hesabatını dərc etmişdi. Amerikalı ekspertlərin hesablamalarına görə, regionda 90 milyard barel neft, 19 trilyon kubmetr qaz və 44 milyard barel qaz kondensatı ola bilər. Bu, planetdəki bütün neft və qaz ehtiyatlarının demək olar ki, dörddə birini təşkil edir. Ancaq ərazidə neftin hasilatı çox baha başa gəlir. Hesablamara görə, Arktikada bir barel neftin hasilatı təxminən 80–120 dollar təşkil edir. Daimi buzlaqda qazma çətinliyinə görə hasilat belə bahalıdır. Müqayisə üçün qeyd edək ki, Səudiyyə Ərəbistanında bu rəqəm təxminən 20 dollardır. Amma qlobal istiləşmə davam edərsə, qazma işləri asanlaşacaq, xərclər azalacaq və ənənəvi neftin mürəkkəb yataqları ilə müqayisə oluna biləcək.

Bu gün artıq yeddi dövlət Arktika şelfinə öz ərazi iddialarını irəli sürür: ABŞ, Kanada, Rusiya, Danimarka, İsveç, Norveç və Finlandiya. Təbii ki, hazırda bir çox ölkələr Arktikada artan geosiyasi maraqlar nümayiş etdirir, belə ki, region resursların çıxarılması və dəniz nəqliyyatı üçün yeni imkanlar açır. Onu da qeyd etmək lazımdır ki, ABŞ-ın Arktika ərazilərindəki ambisiyalarını təsdiqləyən ilk addımlar Co Baydenin dövründə atılmışdı. Birləşmiş Ştatlar şelfdə (200 millik xüsusi iqtisadi maraqlar zonasından kənarda) yerləşən Arktika ərazilərini genişləndirmişdi. Buna görə də, bu məsələdə cənab Tramp, sadəcə olaraq ABŞ siyasətini davam etdirir. Ona görə də yaxın illərdə Arktikanın ciddi qarşıdurma meydanına çevrilə biləcəyi barədə səsləndirilən proqnozlar qeyri-ciddi qəbul olunmur.

Doğrudanmı, Şimal dəniz yolunun beynəlxalq nəqliyyat arteriyası kimi perspektivləri böyükdür? Mütəxəssislərin sözlərinə görə, bu yol unikal nəqliyyat dəhlizidir və Asiya–Sakit Okean regionu ölkələrinə səyahət vaxtını demək olar ki, yarıya endirməyə imkan verir. Təsəvvür edin: gəmilərin Murmanskdan Yaponiyanın Yokohama limanına qədər getdiyi məsafə Süveyş kanalı ilə 12 840 dəniz milidir, Şimal dəniz yolu boyunca isə bu, cəmi 5770-dir. İqtisadi fərq nəzərə çarpır. Yükdaşımaları üçün beynəlxalq arteriya kimi onun üstünlüyü danılmazdır. Eyni zamanda, Şimal dəniz marşrutu Arktika regionlarının inkişafı üçün də son dərəcə vacibdir. 

Mütəxəssislərin sözlərinə görə, cənab Trampın Qrenlandiya ilə bağlı son bəyanatları ABŞ-ın Arktikada mövcudluğunu artırmaq istəyi ilə əlaqədardır. Arktika, şübhəsiz ki, bəşəriyyətin gələcəyidir – resurslar, ekologiya, nəqliyyat və nəhayət, geosiyasət baxımından strateji əhəmiyyətli ərazidir. Hətta bəzi politoloqlar deyirlər ki, Arktikaya nəzarət edən bütün dünyanı idarə edəcək. ABŞ yurisdiksiyasının hipotetik olaraq Kanada və Danimarkaya aid olan Qrenlandiyaya uzadılması təbii olaraq bu vəziyyəti dəyişəcək. Belə olan halda ABŞ Arktikada ya birinci, ya da ikinci ölkə olacaq. Buna görə də, cənab Trampın bəyanatları sırf geosiyasət kimi qiymətləndirilir.

Ümumiyyətlə, ABŞ İkinci Dünya müharibəsindən sonra Qrenlandiyaya daha yaxından baxmağa başlamışdı. 1946-cı ildə prezident Harri Trumenin administrasiyası Kopenhagenə adanı ABŞ-a 100 milyon dollara satmağı təklif etmişdi. Ancaq bugünkü pulla 1,3 milyard dollara bərabər olan təklifi danimarkalılar geri çevirmişdilər. 1953-cü ildə Qrenlandiyanın statusu dəyişdirildi və ərazi Danimarkanın ayrılmaz hissəsi elan olundu. Amma indi geosiyasi vəziyyət sürətlə dəyişir. ABŞ Arktikada şəriksiz lider ölkə olmaq üçün bütün imkanlarını işə salıb. Şimal ölkələrin də Birləşmiş Ştatların güclü təzyiqinə tab gətirəcəklərini yaxın zamanlarda müşahidə edəcəyik. Amma Norveç, Danimarka və İsveç Arktikada mövqelərini gücləndirmək üçün ciddi addımlar atmağı düşünürlər. Məsələn, Danimarka hökuməti, Farer adaları və Qrenlandiya Arktika və Şimali Atlantikada mövcudluğunu gücləndirmək üçün 14,6 milyard kron (2 milyard dollar) ayıracaq. Vəsait üç gəmi, PUA və kəşfiyyat potensialının artırılmasına yönəldiləcək. Bu isə belə deməyə əsas verir ki, Şimal ölkələri malik olduqlarını qoruyacaqlar.

Bir sözlə, Arktika bəşəriyyətin qiymətli sərvəti, biosfer ehtiyatı və gələcək sivilizasiyanın təbii bazasının əsas hissəsidir. Buna görə də, bu gün hətta Arktikadan uzaqda yerləşən Çin, Hindistan, Yaponiya, Cənubi Koreya və başqaları da əraziyə əhəmiyyətli maraq göstərirlər. Bu isə o deməkdir ki, bəşəriyyət gec-tez Şimal Buzlu Okeanını “Arktika Fars körfəzinə” çevirməyə çox yaxındır. 

Səbuhi MƏMMƏDOV 
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:273
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 Yanvar 2025 09:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see392

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see384

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see367

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see353

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see247

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see245

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see238

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see238

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see226

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see222

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see222

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see214

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see207

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see194

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see191

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see179

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see172

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see171

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see163

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri