Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Diş minasını bu üsulla bərpa etmək OLAR

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

Qış turizmi: Soyuq qarın “qaynar” qiymətləri...

Qış turizmi: Soyuq qarın “qaynar” qiymətləri...

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Otellərin qiyməti niyə bahadır?

Azərbaycanda turizm sahəsində aktivlik əsasən yay aylarında müşahidə olunsa da, qış turizmini sevən insanların da sayı az deyil.  Əsasən Yeni il ərəfəsində tətilə çıxanlar qış turizm komplekslərinə üz tuturlar. Təbii ki, fəslin iqlim normasına uyğun keçməsi də burada əsas faktorlardan biridir. Məsələn, havanın qarlı olacağı ilə bağlı proqnoz turistləri həftəsonu üçün bölgələrə üz tutmağa həvəsləndirir.  Elə qiymətlərin də xüsusən bayram ərəfəsində və qarlı havalarda artdığının şahidi oluruq.

Yeni il bayramını Azərbayanda keçirmək istəyən vətəndaşlarımız daha çox müxtəlif bölgələrdəki otellərə üz tuturlar. Xüsusilə, istirahət mərkəzlərində Yeni il şənliklərinin keçirilməsi sadə vətəndaşın marağını cəlb edir. Çünki burada həm şou, həm dadlı təamlar var.

Qiymətlər ən azı 150 manatdan başlayır...

Qeyd edək ki, ölkəmizdə qış turizmi üçün turistlər əsasən, Quba, Qusar, Qəbələ, Şamaxı, İsmayıllı, Şəki, Lerik, Lənkəran rayonlarına üz tuturlar. Bu rayonlarda yerləşən 3, 4 ulduzlu, həmçinin ulduz kateqoriyası olmayan kottec tipli hotellərdə qiymətlərin münasib olduğunu deyə bilmərik. Məsələn, iki nəfərlik standart otaqlar 150 manatdan başlayır, “Deluxe” otaq 200 manat, 4 nəfərlik VIP otaq isə 250 manat məbləğində təklif olunur. Uşaqlar üçün otağa əlavə çarpayı verilməsi isə 6 yaşa qədər pulsuz, 6 yaşdan yuxarılara 30-40 manatdır. Mehmanxananın birgünlük qiymətinə isə yalnız səhər yeməyi, qapalı hovuz (olduğu təqdirdə), sauna, SPA, bilyard, kinoteatr, fitnes zal kimi müxtəlif xidmətlər daxildir.

Yeni il qabağı regionlardakı otellərin qiyməti

Yeni il qabağı regionlarımızda yerləşən otellərin qiymətləri ilə bağlı kiçik bir araşdırma apardıq. Ortaya maraqlı, bir o qədər də fantastik rəqəmlər çıxdı. Belə ki, 31 dekabr - 2 yanvar tarixlərində - 2 gecə, 3 gün ərzində 2 nəfərlik turların qiymətləri aşağıdakı kimidir:

“Shamakhi Palace”-1650 azn (gündə 3 dəfə qidalanma+Qala gecəsi)

“Qalaaltı Hotel spa”-1350 azn (gündə 3 dəfə qidalanma+Qala gecəsi)

“Qabala Riverside Hotel”-1556 azn (səhər yeməkləri +Qala gecəsi, Qala şam yeməyi)

“Qabala Tufandag Hotel”-1599 azn (səhər yeməkləri +Qala gecəsi, Qala şam yeməyi)

“Lankaran Springs Wellbeing Resort”-1379 azn (gündə 3 dəfə qidalanma+Qala gecəsi)

“Marxal Resort&Spa”-1240 azn (səhər yeməkləri + Qala gecəsi,Qala şam yeməyi)

“Shabran Wellbeing Resort”-1540 azn (səhər yeməkləri +Qala gecəsi, Qala şam yeməyi)

“Basqal Resort&Spa”-1520 azn (səhər yeməkləri +Qala gecəsi, Qala şam yeməyi)

“Quba Palace” -2600 azn (Səhər+ şam yeməkləri, Qala Gecəsi)

“Shahdag Pik Palace” - 4300 azn (30 dekabr-02 yanvar 3 gecə-4 gün) (səhər yeməkləri və Qala gecəsi daxil)

İki günə bir aylıq qazancı götürürlər!

Bu günlərdə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü, millət vəkili Musa Quliyev də bildirib ki, günü 60-70 manata olan otelləri 700-800 manata təklif edirlər: “Bu gün ölkəmizdə turizmin inkişafına çox böyük ehtiyac var. Qarşıdan Yeni ilə gəlir, maraqlanıram, günü 60-70 manata olan otelləri 700-800 manata təklif edirlər. Nəyə görə? İki günə bir aylıq qazancını götürəcək. Bu, bir tərəfdən möhtəkirlik kimi qiymətləndirilə bilər. Digər tərəfdən, o sahibkar bilir ki, tələbat var. Amma o oteldən on dənə olsa, ömründə onu edə bilməyəcək. Biz bu işi elə qurmalıyıq ki, get, bir bölgədə “beş ulduz” otel tik, amma orada “üç ulduz” da, “dörd ulduz” da olmalıdır, ulduzsuz da.

Həmçinin aqroturizmi, kənd turizmini inkişaf etdirməliyik. Yay vaxtı müşahidə edirik, kənd evlərini hazırlayıb, bir-iki otağını turistə verir, oradan həm qazanc götürür, həm də yeni iş yeri əldə edirlər. Toyuq-cücəsi, yumurtası, mal-heyvanı var, məhsulunu, isti çörəyini təklif edir. Həm ailə üzvlərinin iş yeri olur, həm biznesini yaradır, həm də rəqabətli şəkildə turistin istirahətini təmin edir. Bu mənada, məşğulluq və turizm çox vacib sahələrdir və digər sektorlarla mütləq əlaqəli olmalıdır”.

Regionlarda hotellərin sayı hələ də azdır

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov “Yeni Azərbaycan”a açıqlamasında regionlarımızda otellərin sayının hələ də az olduğunu vurğulayıb. O, qeyd edib ki, hazırda tələb çox olsa da, təklif o qədər deyil. “Daha çox 4-5 ulduzlu otellər olduğu üçün bəzi vətəndaşlar büdcəsinə görə qiymətlərdən narazılıq edirlər. Buna görə də otellərin baha olması ilə bağlı şikayətlər gəlir. Səbəbi otellərin sayının az olması ilə bağlı rəqabət mühitinin formalaşmamasıdır.  Elə regionlar var ki, orada cəmi bir otel var. Bu mehmanxananın da qiyməti hər büdcəyə uyğun olmur”.

Qiymətlər o qədər də baha deyil...

G.Qəhrəmanovun sözlərinə görə, regionlarda 5 ulduzlu otellərin təklif etdiyi qiymət xarici ölkələrdəki eyni tipli otellərlə uyğundur, yəni o qədər də baha deyil: “Mehmanxanaların az olması bu problemləri ortaya qoyur. Arzu edirik ki, iş adamları yaxın gələcəkdə regionlarda otellərin tikilməsinə dəstək olsunlar. Rəqabət olanda qiymətlər tənzimlənir, təqdim olunan xidmətlərin də keyfiyyəti yüksək olur. Otellərin sayı mütləq şəkildə çoxalmalıdır. Bu, həmçinin regionlarımızın sosial-iqtisadi inkişafına mühüm töhfə olacaq”.

Yeganə BAYRAMOVA

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” istiqaməti üzrə hazırlanmışdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:249
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 07 Dekabr 2024 09:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see724

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see459

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see309

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see293

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see292

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see265

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see251

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see250

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see243

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see240

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see239

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see237

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see232

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see219

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

06 Noyabr 2026 17:20see218

Diş minasını bu üsulla bərpa etmək OLAR

06 Noyabr 2026 17:32see212

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see191

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see191

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see182

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri