Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

Yaxın Şərq yenidən qaynar nöqtəyə çevrilir

Yaxın Şərq yenidən qaynar nöqtəyə çevrilir

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

Qərb bölgəyə hərbi qüvvələrini cəmləşdirir

Yaxın Şərqdə bütün regiona öz təsirini göstərəcək yeni siyasi proseslər meydana gəlməkdədir. Beynəlxalq və regional güc mərkəzlərinin geosiyasi mübarizə poliqonuna çevrilən bu regionda böyük müharibəyə və hərbi qarşıdurmalara gətirib çıxaran proseslər yenidən qaynamağa başlayıb. Hər zaman olduğu kimi, regiondaxili və regiondan kənar güc mərkəzləri Yaxın Şərqdə öz geosiyasi və geostrateji maraqlarını təmin etməkdə israrlıdır. Bəzən bu maraqlar dialoq, bəzən isə hərbi güc yolu ilə təmin olunub. Regionda bu günə qədər baş verən hadisələr bunu deməyə əsas verir. Son proseslər fonunda ABŞ-ın Yaxın Şərqə fokuslanması, xüsusilə də hazırkı administrasiyanın region ölkələri ilə əməkdaşlığı genişləndirməsi, regionla bağlı böyük layihələr hazırlaması və regionla sərhəd olan Aralıq, Qırmızı və Ərəb dənizlərində, o cümlədən Körfəz sularında hərbi qüvvələrini cəmləşdirməsi onu deməyə əsas verir ki, Vaşinqton Yaxın Şərq strategiyasında ciddi dəyişikliklər etmək niyyətindədir. Böyük ehtimalla, bu dəyişiklik özünü ilk növbədə hərbi gücdə göstərəcək. Belə ki, ABŞ-ın aviadaşıyan və kontinental ballistik raketlərlə təcili olunmuş hərbi gəmiləri Yaxın Şərqə doğru hərəkət etməyə başlayıb - ABŞ-ın iki qırıcı təyyarədaşıyan gəmisi -  Ronald Reyqan Hörmüz boğazına, USS Gerald R. Ford gəmisi isə Cəbəllütariq boğazını keçərək İsrail sahillərinə tərəf irəliləyir. Bununla yanaşı, ABŞ-ın yanacaq daşıyan təyyarələri də Yaxın Şərqə yollanıb - “Clash Report”un məlumatına görə, artıq iki-üç təyyarə Böyük Britaniyanın RAF Mildenhall aviabazasına və ABŞ-ın Qətərdəki Əl Udeid Hərbi Hava Qüvvələri bazasına enib. Böyük Britaniya da hərəkətə keçib - rəsmi London Kral Hərbi Hava Qüvvələrinə məxsus RC-135W Rivet Joint gəmisini Yaxın Şərqə göndərib. Qeyd edək ki, Vaşinqton bu qərarı sentyabrın 30-da “Müharibə Departamenti” tərəfindən təşkil olunan generalların görüşündən sonra verib. Bu görüşdə ABŞ-ın 800 general və admiralı, o cümlədən Avropa, Yaxın Şərq və Asiya-Sakit okean regionunda xidmət edən komandirlər və yüksək rütbəli zabitlər iştirak ediblər.

Heqsetdən beynəlxalq ictimaiyyətə mesaj

“Müharibə Departamenti”nin katibi Pit Heqset ABŞ-ın generallarının toplantısında mühüm bəyanatlar səsləndirib, dünya ictimaiyyətinə mesajlar ötürüb. Heqset qeyd edib ki, ABŞ-ın əsas vəzifəsi müharibələrin qarşısını alan gücə sahib olmaqdır. “Əgər düşmənlərimiz ağılsızcasına bizə meydan oxumaq qərarına gəlsələr, Müharibə Departamentinin gücü, dəqiqliyi və şiddəti onları əzəcək. Oyunlara vaxt yoxdur, biz müharibəyə hazır olmalıyıq,” - deyə Heqset əlavə edib ki, “Müharibə Departamenti”nin yeni missiyası yalnız döyüş əməliyyatları olacaq: “Heç kim müharibə istəmir, biz sülhü sevirik. Bizim planetin ən güclü, ən ölümcül və ən yaxşı təlim keçmiş ordusu var. Heç kim bizimlə bərabər ola bilməz, heç kim bizimlə rəqabət apara bilməz. Sülh istəyiriksə, savaşa hazır olmalıyıq. Bütün Amerika ordusunu və yüksək zabit heyətini hazır vəziyyətdə olmağı tapşırıram”. Heqset, həmçinin vurğulayıb ki, ABŞ ordusu öz tarixi köklərinə qayıdır: “Pentaqon bu gündən etibarən müharibə departmenti olaraq yalnız döyüşə hazırlaşmağa başlayacaq. Pentaqon 1947-ci ildə olan köklərinə qayıdır və müharibə üzrə departmentə çevrilir”. “Müharibə Departamenti”nin toplantısında Prezident Donald Tramp da çıxış edib - Ağ Evin rəhbəri də ABŞ-ın dünyanın ən güclü, dayanıqlı və dünyanın hər yerində ölkənin maraqlarını təmin etmək iqtidarında olan orduya malik olduğunu bildirib.

İki hadisə arasında uzlaşma

Məsələ ilə bağlı Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Tramp administrasiyası Yaxın Şərq siyasətində hərbi gündəmdən istifadə etməsi istisna deyil.

“Generalların görüşü və dərhal ABŞ donanmasının Hörmüz bölgəsinə yönləndirilməsi arasında aydın sinxronluq var. Bu, həm daxili, həm də xarici auditoriyaya mesajdır. ABŞ həm güc nümayiş etdirərək İran və digər regional aktorlara xəbərdarlıq göndərir, həm də müttəfiqlərinə dəstək siqnalı verir. Yəni siyasi bəyanat və hərbi hərəkət birlikdə istifadə olunaraq “söz və güc” arasında balans yaradılır. Məqsəd qarşı tərəfi təzyiq altında saxlamaq və diplomatik manevr imkanlarını genişləndirməkdir,” - deyə V.Zifəroğlu vurğulayıb ki, Tramp administrasiyası Yaxın Şərqdə hərbi gücdən istifadəyə açıqdır. “Bu, genişmiqyaslı müharibədən çox “ölçülü və seçmə” hücumlarla müşahidə oluna bilər. Potensial hədəflər İranın nüvə və hərbi infrastrukturu, xüsusən də İslam İnqilabı Keşikçiləri Korpusuna bağlı obyektlər, Hörmüz boğazındakı İranın dəniz qüvvələri və raket sistemləri, İranın dəstəklədiyi proksi qüvvələr, regionda ABŞ və müttəfiqlərinə təhdid yaradan dron və raket bazaları ola bilər. Beləliklə, ABŞ-ın hədəfi birbaşa “rejim dəyişikliyi” deyil, daha çox maraqlarına uyğun güc balansını yaratmaqdır”.

Sərt güc siyasəti Vaşinqtona uğur qazandıra bilər, amma....

V.Zifəroğlu bildirib ki, Trampın sərt güc siyasəti perspektivdə ABŞ-a üstünlük qazandırsa da, regionda gərginliyi artıracaq. “ABŞ-ın güc nümayişi İranı və onun proksi qüvvələrini daha ehtiyatlı davranmağa məcbur edə bilər. Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyi təmin oluna bilər, ABŞ müttəfiqləri Vaşinqtonun dəstəyini daha açıq şəkildə hiss edər. Lakin eskalasiya riski çox yüksəkdir. İran asimmetrik cavablarla regiondakı ABŞ bazalarına, dəniz marşrutlarına və müttəfiq ölkələrə zərbə endirə bilər. Bu isə enerji bazarlarını silkələyər, qlobal iqtisadiyyata mənfi təsir göstərər.

Nəticə etibarilə, Trampın sərt güc yanaşması daha çox “təzyiq vasitəsi” rolunu oynayacaq, lakin onun davamlı tətbiqi bölgədə sabitliyi sarsıdacaq və genişmiqyaslı qarşıdurma riskini artıracaq”.

Yunis ABDULLAYEV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:249
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 02 Oktyabr 2025 09:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see483

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see454

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see331

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see328

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see262

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see262

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see245

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see244

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see236

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see231

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see226

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see223

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see222

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see217

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see211

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see209

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see206

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see203

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see194

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri