Icma.az
close
up
RU
Soyuq havaya sinə gərən əsgərimiz Onların xidməti xüsusi nəzarətdədir

Soyuq havaya sinə gərən əsgərimiz Onların xidməti xüsusi nəzarətdədir

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Azərbaycan Ordusu ölkəmizin ərazi bütövlüyünü, suverenliyini və təhlükəsizliyini təmin etmək missiyasını şərəflə yerinə yetirir. Xüsusilə qış mövsümündə sərt iqlim şəraitində xidmət edən hərbçilərimizin fədakarlığı xüsusi vurğulanmalıdır.

Kəlbəcər və Laçın kimi yüksək dağlıq ərazilərdə xidmət edən əsgərlərimiz soyuq hava və sərt relyef şəraitində vəzifələrini yerinə yetirir. Burada temperatur sıfırın altında düşür, güclü küləklər və yağıntılar müşahidə olunur. Bu səbəbdən hərbçilərimizin geyim təminatı, texnikanın işlək vəziyyətdə saxlanılması, kazarmaların və postların isidilməsi kimi məsələlər xüsusi nəzarətdə saxlanılır.

Ordumuzun döyüş qabiliyyətinin artırılması və hərbçilərin xidmət şəraitinin yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən ardıcıl tədbirlər görülür. Əsgərlərimizin sağlamlığı, təhlükəsizliyi və döyüş hazırlığı üçün lazımi şərait yaradılır, qış mövsümünə uyğun təchizat təmin edilir.

Bu mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib ki, Kəlbəcər, Laçın kimi relyefi olan ərazilərdə hərbi  hərbi xidmət keçmə hər zaman fərqli olub:

“Məlum məsələdir ki, buralar dağlıqdır və temperatur fərqlidir. Eyni zamanda burada fərqli olan hərbçilərin hərbi formasıdır. Dağlarda hündürlüyə, temperatura görə aparılan xidmətdə fərqli olur. Bunlar hamısı hərbi hissəslərdə nəzərə alınır və müvafiq olaraq hərbi hissənin iş qrafikinə uyğun olaraq əmrlər verilir. Təbii ki, Azərbaycanın ərazisində bir neçə iqlim qurşağı olduğuna görə yay geyimindən qış geyiminə keçilir. Texnikadan istifadə və onların isidilməsi, kazarmaları, postların isidilməsi məsələsində ciddi addımlar atılır. Yəni qış və yay xidmətinə uyğun olaraq, müvafiq plana uyğun onlar xidmətini keçir”.

A.Nağıyev söyləyib ki, çətin hava şəraitinə baxmayaraq, bu bölgələrdəki hərbi qulluqçular öz vəzifə borclarını ləyaqətli şəkildə həyata keçirir:

“Məlum məsələdir ki, bu hərbi qulluqdur və əmrlə tənzimlənir. Hər bir hərbçi başa düşür ki, onun arxasında dayananan Vətəndir. İstər sərhəd, istərsə də  Qarabağ olsun. Hərbidə dözüm göstərmək məfhumu yoxdur. Bu əmrin yerinə yetirilməsidir və müvafiq hava şəraitinə uyğun olaraq tənzimlənir. Ordumuzun qulluqçuları çətin hava şəraitinə və coğrafi relyefə baxmayaraq, bu ərazilərdə hərbi qulluğunu böyük şücaət və ləyaqətlə icra edir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://modern.az
archiveBu xəbər 25 Fevral 2025 17:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see285

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see265

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see194

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see189

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see181

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see162

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see153

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see148

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see146

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see145

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see137

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see136

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri