Icma.az
close
up
RU
Soyuq İsveç gecəsinin acı səhəri

Soyuq İsveç gecəsinin acı səhəri

sport24.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Oyundan öncə fikirini öyrəndiyimiz mütəxəssislərin demək olar hamısı "Qarabağ"ın "Elfsborq" səfərindən 3 xalla dönəcəyini bildirmişdi. Ağdam təmsilçisinin İsveçdə futbolsevərlərimizi sevindirəcəyinə inananların sayı çox idi. İlk növbədə ona görə ki, Skandinaviya ölkəsində çempionat başa çatdığından "Elfsborq" oyun təcrübəsindən əziyyət çəkirdi. İkincisi də Qurban Qurbanovun komandasının pley-offa adlaması üçün 3 xal vacib idi. Səviyyə və təcrübə baxımından da "süvarilər"i rəqibi üstələyirdi.

Təəssüf ki, təmsilçimiz ümidləri doğrultmadı, İsveçdən əliboş döndü. Bəs "Qarabağ"ın 3 xal qazanmasına nə mane oldu? İlk növbədə onu qeyd edək ki, ağdamlılar üzərlərinə düşən təzyiqin altından çıxa bilmədilər. Məğlubiyyət qorxusu komandanın ehtiyatlı oynamağa vadar etdi. Yersiz dala-qabağa ötürmələr, ağır oyun "Qarabağ"a İsveç təmsilçisini məğlub etməyə imkan vermədi. "Elfsborq"un rəqibi taktiki cəhətdən də üstələdiyini qeyd etmək lazımdı. İlk hissəni bir qədər passiv keçirən meydan sahibləri fasilədən sonra sürəti bir xeyli artırınca, istədiyinə nail oldu. 57-ci dəqiqədə fərqlənən isveçlilər sonadək minimal üstünlüyü qoruya bildilər ki, bunu da onların uğurundan çox "Qarabağ"ın "dişsizliyinin" adına yazmaq olar. Qurbanovun komandası dünənki matçda hücumda demək olar heç nə ilə yadda qalmadı.

Hər bir baş məşqçi sərəncamında keyfiyyətli futbolçularla yanaşaı, oturuşmuş heyətin olmasını istəyir. Bəli, oturuşmuş heyət yaxşıdı, futbolçular bir-birini bir baxışdan başa düşür, xətlərarası əlaqə yüksək olur, anlaşma göz oxşayır. Təəssüf ki, "Qarabağ"ın indiki heyəti "oturub", futbolçular sanki meydana istəksiz çıxır. Bu üzdən ağdamlılara "yeni qan", uğura ac, irəli getməyi düşünən, daha böyük zirvələri fəth etmək üçün alışıb-yanan futbolçular lazımdı.

Pley-offa yüksəlmək yönündə hələ hər şey itirilməyib. Ağdamlılar nəzəri cəhətdən Liqa mərhələsini adlaya bilər. Ancaq təəssüf ki, "Elfsborq"a məğlubiyyətdən sonra "Qarabağ"ın taleyi öz əlində deyil. Təmsilçimizin növbəti mərhələyə vəsiqə qazanması üçün turnir cədvəlində qonşu olduğu komandaların qarşıdakı iki turda böyük hesabla məğlub olması gərəkdi. Eyni zamanda "süvarilər" də növbəti iki matçda maksimum nəticə qazanmalı, bacardığı qədər rəqiblərindən qapısından çox top keçirməlidi. Amma nə qədər acı da olsa etiraf edək ki, indiki "Qarabağ"ın bunu bacaracağı heç də inandırıcı görünmür.  

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://sport24.az
archiveBu xəbər 13 Dekabr 2024 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see264

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see176

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see174

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see170

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see170

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see169

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see168

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see166

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see166

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see165

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see165

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see164

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see164

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see164

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see162

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see162

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see161

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see159

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see157

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri