Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Soyuq müharibə nin qalıqları USAID və Rus evi nin ifşası ŞƏRH

Soyuq müharibə nin qalıqları USAID və Rus evi nin ifşası ŞƏRH

Icma.az xəbər verir, Report.az saytına əsaslanaraq.

Bir ölkənin başqasının ərazisində kəşfiyyatla məşğul olması yeni hadisə deyil. Bu, dövlətlər yaranandan ən qədim fəaliyyət növü sayılır.

Müasir dövrdə informasiya texnologiyaları vasitələri inkişaf etdiyindən bu hal indi daha da təkmilləşib.

Kəşfiyyat, casusluq məsələsi həm də təhlükəsizliyə qarşı bir fəaliyyət növüdür. Habelə, ölkənin daxili işlərinə müdaxilədir.

Fevralın 6-da Rusiyanın “Rossotrudniçestvo” agentliyinin (“Rus evi”) Azərbaycanda fəaliyyətinə xitam verilib. Bu barədə Rusiya Federasiyasına (RF) rəsmi bildiriş göndərilib.

Azərbaycan Xarici İşlər Nazirliyi “Rus evi”nin fəaliyyətinə xitam verilməsi qərarını şərh edib. Bildirilib ki, Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi – “Rus evi”nin hüquqi şəxs qismində qeydiyyatının mövcud olmadığı və təşkilatın Azərbaycan qanunvericiliyini ciddi şəkildə pozduğu barədə Rusiya tərəfinə məlumat verildikdən sonra 2025-ci il fevralın 3-də “Rus evi”nin fəaliyyətinə xitam verilməsi barədə qarşı tərəfə nota göndərilib.

“Rossotrudniçestvo” 2008-ci il sentyabrın 6-da xaricdə yaşayan həmvətənlərlə əlaqə beynəlxalq humanitar məqsədilə yaradılıb. Agentlik yaranma tarixinin 1925-ci ildən başladığını bildirir. Mandatı da bu istiqamətdədir. Onun hazırda 80 ölkədə 96 nümayəndəliyi var. 2021-ci ildən “Rossotrudniçestvo” adı ilə yanaşı, “Rus evi” adı da işlədilir.

Rusiya Ukraynaya təcavüz etdiyindən bu təşkilata Avropa İttifaqı və başqa ölkələrin sanksiyası tətbiq edilir.

Agentlik beynəlxalq elmi və mədəni əməkdaşlığın inkişafı üzrə dövlət siyasətinin həyata keçirilməsində iştirak edir, Rusiya Federasiyası xalqlarının tarixi və mədəniyyəti, onun daxili və xarici siyasəti, elmi, mədəni və iqtisadi potensialı ilə tanış edir, Rusiya Federasiyası Hökumətinin xarici siyasət fəaliyyətinə informasiya dəstəyi verir, müstəqil şəkildə, yaxud Rusiyanın və xarici ölkələrin dövlət, habelə qeyri-hökumət təşkilatları ilə birgə humanitar, elmi-texniki, mədəni və informasiya əlaqələri sahəsində layihə və proqramlar hazırlayır, həyata keçirir və s.

İlk baxışdan humanitar məqsədli bir təşkilat sayılır. Agentlik Rusiya Xarici İşlər Nazirliyinin rəhbərliyi altında fəaliyyət göstərir. Deməli, rəsmi olmayan “səfirlik”, Rusiya maraqlarının fəaliyyət göstərdiyi ölkədə maraqlarını həyata keçirən qurumdur.

Oxşar funksiyanı bir sıra ölkələrin mədəniyyət mərkəzləri həyata keçirir.

Rəsmi məlumatlara əsasən belə nəticəyə gəlmək olar ki, “Rus evi” mandatı üzrə fəaliyyətlə məşğul olmayıb. Bununla da, 2022-ci il fevralın 22-də Azərbaycanla Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyət haqqında Bəyannamənin fundamental prinsiplərini pozub.

Vladimir Putin

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin imzaladığı bu sənəd iki ölkə arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında 1997-ci il iyulun 3-də bağlanmış Müqaviləyə, tərəflər arasında dostluq və strateji tərəfdaşlıq haqqında 2008-ci il iyulun 3-də imzalanmış Bəyannaməyə, habelə dövlət başçılarının 2018-ci il sentyabrın 1-də imzaladığı Birgə Bəyanata əsaslanır.

Bəyannamənin birinci maddəsində qarşılıqlı hörmət və başqa məsələlər belə vurğulanıb: “Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar”.

Rusiyanın Azərbaycana münasibətdə ikitərəfli müqavilələrə, beynəlxalq normalara məhəl qoymadığına dair çoxsaylı nümunələr gətirmək olar. Elə çox uzağa deyil, Azərbaycan torpaqlarının işğal edilməsi, Xocalı soyqırımı, 1991-ci il noyabrın 20-də törədilən Qarakənd terror hadisəsi, 44 günlük müharibə dövründə Rusiya KİV-in anti-Azərbaycan təbliğatını yada salmaq Kremlin qonşu dövlətə münasibətinin göstəricisidir.

Strateji qarşılıqlı tərəfdaşlıq haqqında bəyannamə imzalayan Rusiyanın dekabrın 25-də Azərbaycana məxsus təyyarəni vurması Moskvanın dostluq prinsipinə “sadiqliyi”ni ifşa etdi. RF-nin AZAL-a məxsus və Bakı-Qroznı reysi ilə uçan sərnişin təyyarəsini vurması nəticəsində təyyarənin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub. Bu hadisədən 50 günə yaxın vaxt keçsə də, rəsmi Moskva hadisənin məsuliyyətini üzərinə götürərək, Azərbaycandan, hadisə qurbanlarının ailə üzvlərindən üzr istəməyib, kompensasiya verəcəyini açıqlamayıb.

Görünür, bu, bir dövlət olaraq yaranışdan Rusiyanın davranış məcəlləsində yoxdur. Son illər məlum olub ki, pravoslav kilsəsinin xaricdəki mərkəzləri fəaliyyət göstərdikləri ölkələrin təhlükəsizliyinə qarşı qanunsuz əməllər törədir. Ukrayna timsalında bu daha aydın görünür.

Yeri gəlmişkən, İsveçrə KİV-ləri bir neçə il öncə Rusiya pravoslav kilsəsinin patriarxı Kirillin 1970-ci illərdə ovaxtkı Sovet İttifaqının xeyrinə casusluq etdiyindən yazıb.

Törətdiyi əməllərə görə üzr istəməyən, habelə uyğun şəxslər və qurumları məsuliyyətə cəlb etməyən RF anti-Azərbaycan təbliğatına başlayıb.

Məsələn, deputat, teleaparıcı Yevgeni Popov Azərbaycan əsilli Rusiya vətəndaşlarını hədəf seçib. Bu, Kremlin təbliğatçılarının vəziyyətdən çıxış üçün ənənəvi şantaj və hədə-qorxu metodudur. Bir vaxtlar Rusiya Prezidenti Vladimir Putin mühacirlərin ölkədən çıxarılması ilə bağlı göstəriş vermişdi. Bu istiqamətdə hay-küylü hadisələr baş verdi. Ancaq sonra Rusiya bazarları, ticarət mərkəzləri boşaldı, küçələr zibilə batdı. Bundan sonra qərar geri oxundu. Ölkədən qovulan həmin mühacirlər Ukraynada Rusiya bayrağı altında döyüşüb, həlak olub. Bu onu da göstərdi ki, öz ölkəsi uğrunda rus sayılanlar döyüşüb, ölmək belə istəmir. Əks halda, şimali koreyalıların Ukraynada nə işi var idi? Ehtimal etmək olar ki, Kremlin təbliğat maşını bundan sonra da Azərbaycanı özünə hədəf seçəcək.

ABŞ-nin USAID təşkilatı da mandatına uyğun olmayan fəaliyyətlə məşğul olub.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov yanvarın 16-da Gürcüstan xarici işlər naziri Maka Boçorişvili ilə Bakıda keçirilən birgə mətbuat konfransında bildirib ki, Amerika Beynəlxalq İnkişaf Agentliyinin (USAID) 2024-cü il iyun 1-dən Azərbaycanda fəaliyyəti de-yure mümkün deyil. Onun sözlərinə görə, agentliyin bundan sonra Azərbaycanda təmsilçiliyinin də heç bir əsası yoxdur.

Bu qurum Azərbaycan torpaqları işğal altında olduğu dövrdə və ondan sonra da Ermənistanın maraqlarını müdafiə edib. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev "X" platformasında paylaşdığı rəydə USAID rəhbəri Samanta Paueri tənqid edərək, onu və təmsil etdiyi dövləti Ermənistanın tərəfini saxlamaqda günahlandırmışdı.

Hikmət Hacıyev USAID rəhbərini vaxtı ilə oliqarx və çirkli pulların yuyulmasında adı hallanan Ruben Vardanyanla əməkdaşlıqda ittiham etmişdi.

Azərbaycan rəsmilərinin bu kimi açıqlamaları artıq öz təsdiqini tapır.

Donald Trampın prezident kürsüsündə ilk tapşırıqlarından biri USAID-in fəaliyyətinin yoxlanılması ilə bağlı olub. Agentliyin dünya üzrə on mindən çox əməkdaş sayının 294-dək azaldılması qərarı çıxarılıb. Bəzi nümayəndəliklərdə isə bir əməkdaş fəaliyyət göstərəcək.

Ermənistanda 2018-ci ildə keçirilmiş parlament seçkilərinə USAID səkkiz milyon dollar məbləğində maliyyə ayırıb. Sonra daha 20 milyon dollar göndərib.

2024-cü ilin sentyabrında Ermənistan hökuməti USAID-in xətti ilə ölkəyə ayrılan maliyyə vəsaitinin həcminin 250 milyon dollara qədər artırılmasını təsdiqləyib. Ermənistan və ABŞ arasında 2022-ci il iyunun 29-da imzalanmış qrant sazişinə əsasən, bu məbləğ 120 milyon dollar təşkil edib.

Daha əvvəl USAID-in Vaşinqtonda yerləşən mənzil-qərargahının ABŞ administrasiyasının qərarı ilə bağlandığı bildirilmişdi. Bu qurum və ümumilikdə ABŞ-nin xarici iqtisadi yardım məsələləri ötən əsrin ortalarından başlayaraq daim başlıca mübahisə və tənqid mövzusu olub.

Hesab edilir ki, onun fəaliyyəti bir sıra hallarda ABŞ-nin maraqlarına zidd olur. Yuxarıda, Ermənistan timsalında bu, öz təsdiqini tapıb. Çünki USAID Cənubi Qafqazda ABŞ-dən çox erməni lobbisinin maraqlarının ifaçısı rolunda çıxış edib.

1961-ci il sentyabrın 4-də yaradılan agentlik əsasən, mülki xarici yardım və inkişaf köməyinin idarə edilməsinə cavabdehdir. Onun büdcəsi 27 milyard dollardan çoxdur. ABŞ-nin xarici siyasətinin formal komponenti olan USAID prezident, dövlət katibi və Milli Təhlükəsizlik Şurasının rəhbərliyi altında fəaliyyət göstərir. Onun yüzdən çox ölkədə nümayəndəliyi var.

Bu iki təşkilat ABŞ və SSRİ qarşıdurmasının qalığıdır. Hər iki agentlik ötən əsrin metodları ilə fəaliyyət göstərir. “Rus evi” fəaliyyət göstərdiyi ölkələrdə üstünlüklərini nümayiş etdirməyə çalışır. Bu yolla yerli vətəndaşları müxtəlif işlərə şirnikləndirirlər. Humanitar ad altında insanları öz dövlətinə qarşı qoyur, ölkələrin təhlükəsizliyini təhdid, cəmiyyətinin parçalanmasına xidmət edirlər. Belə aydın olur ki, agentlik mövcud olduğu ərazidə üçüncü ölkəyə qarşı da fəaliyyət göstərir.

USAID da köhnəlib. Onun da strategiyasında dəyişikliklərin edilməsinə ehtiyac yaranıb.

Məlum olub ki, hər iki təşkilat humanitar və iqtisadi yardım adı altında ölkələrin daxili işinə müdaxilə edib. Başqa sözlə, şəbəkə ifşa olunub. Adətən belə halda “ayıbından utanıb”, yumşaldıcı addımlar atılır. ABŞ Prezidenti USAID-də araşdırmalara başlanılması ilə bunu edir. Rusiya təbliğatçıları isə “Rus evi”ni hələ də “haqlı” saymaqla “israrın kütlük əlaməti” olduğunu təsdiqləyirlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:285
embedMənbə:https://report.az
archiveBu xəbər 07 Fevral 2025 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see725

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see552

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see498

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see358

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see288

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see268

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see245

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see240

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see238

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see237

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see224

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see224

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see220

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see198

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see198

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see194

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see186

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see185

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

02 Noyabr 2026 01:38see175

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri