Şoyuqdan Qərbə yeni nüvə təhdidi “Rusiya Avropa ölkələrinin hərbi hazırlıqlarını diqqətlə izləyir”
Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Qərb ölkələrinin təcavüzü halında Moskva nüvə silahından istifadə etmək hüququnu özündə saxlayır”.
“AzPolitika” xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu TASS-a müsahibəsində deyib.
O qeyd edib ki, 2024-cü ilin noyabrında Rusiyanın nüvədən çəkindirmə sahəsində dövlət siyasətinin əsaslarına dəyişikliklər edilib, ona əsasən, Rusiya özünə və ya Belarusa qarşı təcavüz zamanı, o cümlədən adi silahlardan istifadə etməklə nüvə silahından istifadə etmək hüququnu özündə saxlayır. Şoyqunun sözlərinə görə, Rusiya Avropa ölkələrinin “hərbi hazırlıqlarını” diqqətlə izləyir.
Ötən həftə Rusiyanın digər rəsmisi, Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin bildirib ki, Polşa və Baltikyanı respublikalar ən azı bəyanatlar səviyyəsində xüsusilə aqressivdirlər.
“AzPolitika.info”
Baxış sayı:86
Bu xəbər 24 Aprel 2025 12:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















