Icma.az
close
up
RU
Soyuqdəymənin müalicəsi ilə bağlı 5 YANILMA

Soyuqdəymənin müalicəsi ilə bağlı 5 YANILMA

Icma.az, Saglamolun portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Soyuqdəymə payız-qış fəsillərində ən tez-tez təsadüf etdiyimiz xəstəlikdir. Bu xəstəliyin müalicəsi ilə bağlı bir çox yanılmalar var.

Saglamolun.az sizə bu yanılmaları ilə tanış edir.

1. Soyuqdəymə müalicə olunur

Əslində soyuqdəymənin müalicəsi yoxdur. Soyuqdəyməni 300-dən artıq müxtəlif virus yaradır və bütün bu virusları öldürən universal vasitə yoxdur. Həm də belə vasitəyə ehtiyac da yoxdur. İmmun sistemimiz bu viruslarla effektli şəkildə mübarizə aparır və onları 5-7 gün ərzində dəf edir. 

2. Soyuqdəymə və qripp eyni xəstəliklərdir

Bu da yanılmadır. Qripp çox ağır və təhlükəli xəstəlikdir. Təxminən 100 il bundan əvvəl “ispan qrippi” epidemiyasından 40 milyona qədər (!) insan ölüb. Qripp çox ağır fəsadlar verə bilir (ağciyər, ürək, beyin iltihabları) ki, bu fəsadlar (xüsusilə söhbət ağciyər iltihabı olan pnevmoniyadan gedir) əlilliyə və ölümə səbəb ola bilir.

Qripp soyuqdəymə ilə müqayisədə özünü daha ağır simptomlarla büruzə verir: kəskin qalxan yüksək qızdırma, bütün bədəndə güclü ağrılar, ağır intoksikasiya, halsızlıq və s. Qripdən şübhələnirsinizsə dərhal  həkimə müraciət edin!

Soyuqdəymə qriplə müqayisədə daha yüngül keçir və çox nadir hallarda hər hansı fəsad verir.

3. Antibiotiklər kömək edəcək!

Bu ən yayılmış və ən təhlükəli yanılmadır. Antibiotiklər viruslara təsir etmir! Antibiotiklər yalnız bakteriyaları öldürür!

Antibiotiklərin tez-tez və səbəbsiz qəbulu orqanizmin onlara qarşı həssaslığını azaldır və artıq antibiotiklər orqanizmə lazım olan təsir etmir. Bu bütün dünyada mövcud olan problemdir.

Lakin digər tərəfdən, məslən tonzillit və ya pnevmoniyanın müalicəsində mütləq antibiotiklərdən istifadə olunmalıdır ki, əks halda bu çox ciddi fəsadlar verə bilər.

4. İsti maye qəbul etmək lazımdır!

Əksinə ilıq və hətta bir qədər sərin maye qəbul etmək lazımdır. İsti maye iltihablaşmış boğazı daha da qıcıqlandırır və həm də bədən hərarətinin artmasına səbəb ola bilir.

5. Yüksək kalorili qidalar

Soyuqdəymə zamanı insanın iştahası pozulur. Orqanizm virusla mübarizə etmək üçün gücünü səfərbər edir.  Bu zaman ağır, yüksək kalorili qidaların qəbulu xəstəyə heç bir fayda vermir və əksinə orqanizmi yükləyir.

Xəstəlik zamanı yüngül, duru qidaları qəbul edin. Toyuq bulyonu orqanizmə müalicəvi təsir edir, nəfəs yollarının təmizlənməsinə yardım edir.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:270
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see392

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see308

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see236

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see231

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see220

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see213

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see211

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see210

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see207

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see199

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see199

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see194

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see193

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see191

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see190

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see181

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see178

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see175

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see175

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri