Icma.az
close
up
RU
Söyüş söydüyü üçün üzərinə benzin töküb od vurublar: Yana yana çənlərə tərəf qaçıb

Söyüş söydüyü üçün üzərinə benzin töküb od vurublar: Yana yana çənlərə tərəf qaçıb

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Bakıda bacısının keçmiş ərini yandırmaqda təqsirləndirilən Məhərrəm Hüseynzadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə veriblər.
Şahid Uğur İmanov hadisə vaxtı yanacaqdoldurma məntəqəsində operator işlədiyini və həmin gün növbədə olduğunu bildirib:
"İki nəfər yaxınlaşdı, məndən xahiş etdilər ki, yanacaq verim. Qalıq pul qalmışdı, qaytarmaq istəyirdim ki, Zəhmət adlı şəxs yanacağı üstünə tökməyə başladı. Məhərrəm onu tutub "Gəl evə gedək, camaatın içində özünü pis vəziyyətdə qoyma" dedi. Köməyə adam çağırmağa getdiyim üçün yanğının necə baş verdiyini görmədim".
Digər şahid Amin Baxşızadə isə hadisə günü kameralara nəzarət etdiyini deyib:
"Kameralardan gördüm ki, iki nəfər yanacaqdoldurma məntəqəsinə yaxınlaşdı. Necə baş verdiyini anlamadım, birdən yanğın başladı. Sonradan adının Zəhmət olduğunu öyrəndiyimiz şəxsin yana-yana çənlərə tərəf qaçıb "Yandım" deyə qışqırdığını görəndə özümü itirdim. Tez qaçıb ona kömək etməyə çalışdıq ki, çənlərə yaxınlaşmasın".
Daha sonra məhkəmə sənədlərin tədqiqini elan edib.
Növbəti proses 5 yanvara təyin edilib.
Xatırladaq ki, Məhərrəm Hüseynzadə 2025-ci ilin may ayının 29-da gecə saat 1 radələrində ailəsi ilə birlikdə yaşadığı Nizami rayonu, Fərzəliyev küçəsi 2 ünvanında olduğu vaxt bacısının keçmiş əri
Zəhmət Əhmədov sərxoş halda evə gələrək səs-küy yaradıb.
Bina sakinlərini narahat etməməsi üçün Məhərrəm onu ərazidən uzaqlaşdırmaq məqsədilə BMW markalı avtomobilə əyləşdirib. Yolda aralarında yaranmış mübahisə zamanı Zəhmət Əhmədovun söyüşlərindən hiddətlənən Məhərrəm avtomobili yanacaqdoldurma məntəqəsinə sürüb. 1 litrlik plastik qaba yanacaq dolduran Məhərrəm Hüseynzadə onu Zəhmət Əhmədovun üzərinə tökərək od vurub.
Zərərçəkən bir gün sonra müalicə aldığı Nərimanov Tibb Mərkəzinin yanıq şöbəsində vəfat edib.
Məhərrəm Hüseynzadə həbs olunub, ona qarşı CM-nin 120.2.4 (qəsdən adam öldürmə - xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla törədilmə) maddəsi ilə ittiham irəli sürülüb.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 08 Dekabr 2025 22:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri