Söyüş söyüb qaçan qadın həbs olundu Axtarışda İMİŞ
Lent az saytına istinadən Icma.az xəbər verir.
Bakıda küçədə söyüş söyən qadın həbs olunub.
Lent.az-ın xəbərinə görə, hadisə Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən vərəm dispanserinin qarşısında qeydə alınıb.
42 yaşlı Sevinc Allahverdiyeva (şərti adla) qeyd olunan ərazidə mobil telefonla danışarkən nalayiq ifadələr işlədib. Bu zaman ərazidə xidmətdə olan polis əməkdaşları ona yaxınlaşaraq, nizam-intizama dəvət ediblər. Lakin qadın buna məhəl qoymayıb və qaçmağa çalışıb. Polis əməkdaşları ona imkan verməyərək, saxlayıblar. Şöbədə şəxs barəsində müvafiq protokollar tərtib olunub.
Həmçinin məlum olub ki, qadın Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsilə də axtarışda imiş.
Məhkəmənin qərarı ilə o, 10 gün müddətinə inzibati qaydada həbs olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 18 Avqust 2026 14:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















