Icma.az
close
up
RU
Medvedev liderləri və xalqları təhqir edib, söyüş söyüb

Medvedev liderləri və xalqları təhqir edib, söyüş söyüb

Reyting.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, sabiq prezident Dmitri Medvedev məktəblilərə Rusiyanın Avropa, ABŞ və NATO ilə münasibətləri haqqında mühazirə oxuyub.
Reyting.az
xəbər verir ki, bu barədə "Meduza" nəşri yazıb.
"Bilik" Cəmiyyəti tərəfindən İkinci Dünya Müharibəsinin başa çatmasının 80 illiyi münasibəti ilə təşkil edilmiş "Bilik", eləcə də, "İlklər" maarifləndirici marafonunun iştirakçıları qarşısında çıxış edən Dmitri Medvedev ədəbsiz ifadələr işlətməkdən də çəkinməyib.
D. Medvedev rusiyalı gənclər qarşısında "Təhlükəli dünyamız: günahkar kimdir? Nə etməli?" adlı mühazirə ilə çıxış edib.
O, çıxışında çox sayda təhqiredici ifadələrdən istifadə edib. Böyük ekranda, çıxışçının fotosu çevrəsində onun "Atlantik impotentlər", "qaranlıq ağaları tərəfindən zorlandı" və bu kimi ifadələrin yer aldığı bəzi slaydlar nümayiş etdirilib.

Təşkilatçılar bildiriblər ki, Medvedev dinləyiciləri arasında tələbələrlə yanaşı, məktəblilərin də olmasının fərqinə varmayıb.
Adının çəkilməsini istəməyən bir iştirakçının müxalifyönlü mənbələrə dediyinə görə, çox güman ki, Medvedev tədbirdə sərxoş olub.
Daha sonra “RBC” nəşri Medvedevin bu biabırçı çıxışında söylədiklərini və bütün sitatları toplayıb. Nəşr bir neçə belə sitatı təqdim etməklə, bu təhqirlərin ünvanlarını da göstərib.
Nəşr vurğulayıb ki, Medvedev NATO- liderlərini təhqir edib, onları "Atlantik impotentlər" adlandırıb. O, polyakları, bolqarları, həm də baltikalıları "rabble" kimi təsvir edib.
O, öz çıxışında "çürük dünya nizamı", "ölməkdə olan dünya", "Qərbin itxanasından hürən böyük it sürüsü", "çılğın nasist narkomanları", "bir dəstə xırıltılı donuz balaları", eyni zamanda, "kinayəli qulluqçular", o cümlədən "qana susamış ustalar", "qaranlığın ağalarının zorladıqları", "fahişələrdən törəyənlər" kimi ifadələr işlədib və sonda qeyd edib ki, buna görə də, "səbəbimiz ədalətlidir".
Medvedev mühazirəsi zamanı NATO-nun silahlarla təmin etdiyi dövlətlər, həmçinin, şəxslər haqqında istehzalı şəkildə "zooloji degenerasiyalar" ifadəsini işlədib.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini öz yazısından da sitat gətirib. O, Krımı Ukraynaya qaytarmağı tələb edənləri "insektariumda yetişmiş tarakanlar" və "əhliləşdirilən böcəklər" adlandırıb.
D. Medvedev daha sonra Avropa və ABŞ arasında iqtisadi məsələlərdə fikir ayrılığından danışıb və Avropanı tənqid edib. Medvedev bu dəfə Avropa qitəsini xüsusi bir ironiya ilə "Çirkin, qocalmış Avropa" adlandırıb.
Oqtay QORÇU
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:189
embedMənbə:https://reyting.az
archiveBu xəbər 30 Aprel 2025 19:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see329

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see319

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see288

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see288

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see277

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see275

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see250

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see250

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see239

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see233

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see227

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see223

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see223

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see218

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see217

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see212

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see210

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see207

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see195

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri