Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

Söz azadlığı fədailərinin yediyi milyon manat: Meydan TVnin ifşası ilə ortaya çıxan rəqəmlər

Söz azadlığı fədailərinin yediyi milyon manat: Meydan TVnin ifşası ilə ortaya çıxan rəqəmlər

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Özlərini guya söz azadlığının fədaisi, haqsızlıqla mübarizədə məşəqqətlərlə dolu peşə fəaliyyətinin əzabkeşləri kimi tanıdan "Meydan TV" əməkdaşlarının qaçaqmalçılıqda şübhəli bilinərək həbs edilmələrindən sonra istintaq prosesində bir sıra maraqlı, bir o qədər də ictimaiyyət üçün təəccüb doğuran nüanslar ortaya çıxıb.

Bu səbəbdən də mənbənin bizə bildirdiyi bəzi məqamların ictimailəşdirilməsinin faydalı olacağını düşünürük. Çünki sözügedən dəstənin sosial mediada yaratdığı içiboş fədai imici təəssüf ki, bir çox hallarda, müəyyən çevrələrdə hələ də öz təsirini saxlayır. Məsələ burasındadır ki, fərqli, dövlətçi mövqe tutan jurnalistləri sifariş yerinə yetirməkdə, maddi maraq üçün peşəsini satmaqda ittiham edib öz troll qrupları vasitəsilə sosial şəbəkələrdə qaralayanların özlərinin konkret məbləğlər uğrunda çıxdıqları hoqqalar, satdıqları dəyərlər yetərincə heyrət doğurur. Əslində hər şey xarici, anti-Azərbaycan maraq dairələrinin təmin etdiyi yüz minlərlə avro məbləğində pullar üçün edilib. Söz azadlığı, insan haqları, şəffaflıq kimi şüarlar sadəcə əsl niyyətin gizlədilməsi və kimlərinsə ölkə daxilində təxribatlarına vasitə olmaq üçün kamuflyaj olub. Bu məqamda bir neçə konkret faktı təqdim etmək, tam yerinə düşər.

"Meydan TV" ətrafında baş verənlərlə bağlı cinayət işi üzrə həbs edilmiş Bakı Jurnalistika Məktəbinin faktiki rəhbəri Ülvi Tahirovla bağlı araşdırma zamanı məlum olub ki, onun 2016-cı ildən qrant layihələrində iştirakını təsdiqləyən inkaredilməz faktlar var. Həmçinin qrantların icrası üzrə tərtib edilmiş hesabatlarda jurnalist qismində cəlb olunan şəxslərə verilmiş konkret tapşırıqların siyahısı da ortadadır. Misal üçün, Azərbaycanda sosial vəziyyətin ağırlığının aşılanması, təhsil sisteminin keyfiyyətinin aşağı olmasının qabardılması, seçkilərin qeyri-şəffaf keçməsini təlqin edərək təhrif olunmuş ictimai-rəyin yaradılması və sair. Qeyd edək ki, sözügedən mövzuda videomateriallar "Bu da var" adlı "Youtube" kanalında yerləşdirilərək təsnif edilib.

Təbii ki, bütün bunlar heç də həvəskar motivlərlə, fədakarlıqla edilməyib. Həmin mövzuların konkret tapşırıqlar əsasında hazırlanması üçün Bakı Jurnalistika Məktəbinə qrantlar şəklində ümumilikdə 591350 avro, yəni 1100000 manat vəsait ötürülüb. Həmçinin mənbənin bildirdiyinə görə, axtarışlar zamanı sözügedən təşkilatın ofisində 2025-2026-cı illərdə də ötürülməsi planlaşdırılan 192350 avro, yəni 355000 manatın sifariş sənədləri ortaya çıxıb.

Məsələnin nə dərəcədə sistemli və maddi maraq qarşılığında olduğu daha aydın anlaşılsın deyə sifarişçi və icraçı arasındakı hesabatların sistemliliyini ortaya qoysaq, mənzərə daha aşkar görünər. Misal üçün, 1 iyul 2016-cı il - 30 iyun 2017-ci il tarixləri arasında Ülvi Tahirov sifarişçisindən 71000 avro, 1 iyul 2017-ci il - 30 iyun 2018-ci il 91200 avro, 1 oktyabr 2018-ci il - 30 sentyabr 2019-cu il - 82970 avro, 1 oktyabr 2019-cu il - 30 sentyabr 2021-ci il - 167540 avro, 1 oktyabr 2021-ci il - 31 oktyabr 2023-cü il - 178640 avro qəbul edib. Belə ki, Ülvi Tahirovun, Belçikadakı Avropa Demokratiya Fondu ( The European Endowment for Democracy) donor təşkilatından "BPP131/2019/890 nömrəli layihə üzrə 167540 avro məbləğdə qrant vəsaitini almaq məqsədilə 2021-ci ildə "5295653105075765" və "5295653105075716" nömrəli xarici bank kartları əldə etdiyi məlum olub. (European Payments).

Mənbənin bildirdiyi faktlar üzrə araşdırmalar zamanı bir sıra tanınmış simaların da adı keçir. Bundan əvvəl qeyd etdiyimiz mövzular üzrə sifarişləri icra etmək üçün ötürülən qrant layihələrində direktor Ülvi Tahirov və Zərdüşt Əlizadə, ofis meneceri - "Meydan TV" ilə əməkdaşlıq edən Əhməd Muxtarov, təlimçilər, "Azadlıq" radiosunun Azərbaycan bürosunun koordinatoru Zeynal Məmmədov və "Meydan TV" ilə əməkdaşlıq edən Aynur Qənbərovanın iştirakı müəyyən edilib. Layihələrdə tərcüməçi Əfsanə Tahirova, "FEMACT" MMC-nin direktoru Pərvanə Məmmədova və "Meydan TV" ilə əməkdaşlıq edən feminist Gülər Mehdizadə isə mühasib, Sevda İsmayılova məsləhətçi qismində fəaliyyət göstəriblər. Ofis və mənzillərdə aparılan axtarışlar zamanı adıçəkilən şəxslərlə bağlanmış xidməti müqavilələr, xidmət qarşılığında edilmiş ödənişlərin qəbzləri və başqa sənədlər aşkarlanıb.

Təqdim edilən məqamlardan açıq-aşkar görünür ki, ölkədaxili proseslərə müdaxilə etmək istəyən xarici qüvvələr öz maşalarını tapmaq üçün heç də uzağa getməyiblər. Onlar illər ərzində yetişdirdikləri təxribatçı və tamahkar qruplarla zaman-zaman təmasda olublar, onlardan təyinatları üzrə istifadə ediblər. Həmçinin bir məqam da aydın olur ki, Azərbaycan dövləti də bu proseslərin fərqində olub və sözügedən dəstəni və onların sahiblərini bu illər ərzində addım-addım izləyib, lazımı tədbirləri görüb.

Anlaşılan odur ki, ifşa prosesi bundan sonra da davam edəcək. Əslində hal-hazırda da məlum çevrələrlə əməkdaşlıq edən, onların təsirində olan şəxslər üçün yaxşı şərait yaranıb ki, könüllü olaraq ya yanlış yoldan dönsünlər, ya da hansısa səbəbdən geri çəkilə bilmirlərsə, Azərbaycan hüquq-mühafizə orqanlarına müraciət etsinlər.

Söz azadlığı "fədai"lərinin yediyi milyon manat: "Meydan TV"nin ifşası ilə ortaya çıxan rəqəmlər

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:140
embedMənbə:https://oxu.az
archiveBu xəbər 18 Dekabr 2024 18:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri