Icma.az
close
up
RU
Söz həyata baxışın güzgüsüdür

Söz həyata baxışın güzgüsüdür

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

       Köşə                            

          Güzgü ətraf dünyanı, eləcə də insanın zahiri görkəmini əks etdirdiyi kimi, dilimizdəki sözlər də hər kəsin daxili aləmini, əxlaqını, zəkasını, incə düyğu-düçüncələrini ifadə edir. İnsanın dünyaya, insanlara və hadisələrə münasibəti onun söylədi sözlərdən aydın olur.

         İnsanlar arasındakı münasibət  “salam” dan  “sağola”  dək  olan müddətin ab-havasından qaynaqlanır. Çağdaş dünyamızın qabarıq xüsusiyyətlərini xarakterizə edən cəhətlər, həyatın bütün sahələrində meydan sulayan müasir texnologiyalar və prinsiplər insan münasibətlərinə də  geniş spektrli dəyişikliklər gətirib.

         El arasında deyildiyi kimi, “indi heç kimin kitabının oxunmaması”, kinonun, yazılı nəşirlərin, hətta getdikcə televiziya və radionun da arxa plana keçməsi adamların xasiyyətində, davranışında, başlıcası, bir-biri ilə münasibətdə yeni çalarlarla müşayiət olunur. Dünya görmüş insanlar bugünkü nəslin elmli, savadlı böyüməsindən, Qərbin və Şərqin tutarlı elmi-texniki nailiyyətlərindən xəbərdar olmalarından qürur duyduqları kimi, gənclərin getdikcə öz köklərindən, adət-ənənələrimizdən uzaq düşdüyünü də nigaranlıq hissi ilə dilə gətirirlər. 

        İndinin bəzi cavanları nədənsə öz dədə-babalarının düşüncə və həyat tərzinə köhnəlmiş, saralmış arxiv sənədi kimi baxır, minillərin sınağından çıxmış milli-mənəvi dəyərlərimizi lazımsız, arxaik hesab edirlər. Bu tendensiyanın hansı mənəvi-psixoloji deqradasiyalarla nəticələnəcəyini təsəvvür etmək isə o qədər də çətin deyil.

         Hər hansı uğurun qazanılması, istənilən nəticənin əldə edilməsi insanlar arasındakı münasibətlərin necə qurulmasından, bir-biri ilə təmasda olan şəxslərin yanaşma texnologiyasına necə əməl etməsindən asılıdır. Təbii ki, bu fikri absurd hesab edənlərin çoxu söylənənlərə çox vaxt əməl etmirlər. Burada da ənənənin, varislik qanunlarının gözlənib-gözlənilməməsinin təsiri qaçılmazdır. Qan düşmənçiliyini öz sanballı, ağıryana hərəkətləri, söz-söhbətləri ilə aradan götürən, ən qəddar, yolagəlməz qız atasını elçilərə “hə” kəlməsi dedizdirən ata-babalarımızın bu günə miras qoyduqları mənəvi sərvətlərin yanından saymazyana ötüb keçməklə heç nə qazana bilməyəcəyimiz gün kimi aydındır.

     Bugünkü nəslin bəzən hövsələsizlik göstərməsi, gənclərin öz müsahiblərinin şəxsiyyətini, xarakterik keyfiyyətlərini düzgün qiymətləndirməməsi nəinki uğur gətirmir, hətta məsələləri elə  qəlizləşdirir, keçilməz labirintə salır ki, sonralar mahiyyətindən asılı olmayaraq, həlli mümkün olmayan problemə çevrilir. Dostlarımdan birinin danışdığı dediklərimijn əyani ifadəsidir. 

         Paytaxta yaxın rayonların birində yaşayan İsmayıl kişi (ad şərtidir-A.C.) iri fermer təsərrüfatına başçılıq edir. İşlərini daha da genişləndirmək üçün böyük məbləğdə kredit götürmək istəyir. Gərəkli olan sənədləri toplayıb, Bakıya gəlir. Müəyyən instansiyalardan sözsüz-söhbətsiz keçsə də, bankda onu ləngidir, pulu buraxmaq istəmirlər. Müdirlə görüşmək istəyir. Kabinetə girən Sabir bütün hirsini -hikkəsini bank şefinin üstünə tökür. Heç müdiri ağzını açmağa qoymur.

       Təbii ki, gərgin keçən dəqiqələr Sabirin xeyrinə işləmir. Bankdan əliboş çıxır  və hirsi soyuyandan sonra öz həmyerlisinə, yəni mənim dostuma bu barədə məlumat verir. Dostum isə ona ilk dəfə xahiş edən eloğlusunun minnətçisi  qismində banka yollanır. Yolboyu Allaha yalvarır ki, kaş iş düzələydi, həmyerlisinin yanında üzqara qalmayaydı.  Amma yaxşı bilirdi ki, bank müdiri Sabirin əlindən yanıqlıdır, məsələni çətin ki, yoluna qoya. Amma dostumun köməyinə yalnız Əlahəzrət Söz çata bilərdi.     

     Beləliklə, bank müdiri ilə salamlaşıb əyləşən dostum ötən günün əhvalatını yada salmadan tamam başqa məsələlərdən söz açır. Söhbətin mövzusu gah donuz qripinin, gah da dünyanı bürüyən daşqınların, təbii fəlakətlərin ütsünə gəlir. İqtisadi böhrandan söz düşəndə dostum bütün bu maliyyə sıxıntılarına rəğmən indicə tanış olduğu bank müdirinin yüksək peşəkarlığı, hadisələri qabaqlamaq bacarığı və uzaqgörənliyi hesabına vəziyyətdən necə ustalıqla çıxdığı barədə məlumatlı olduğunu və bunu bir vətəndaş kimi ürəkdən bəyəndiyini dilə gətirir. 

      Artıq ox hədəfə dəymişdi və müdirdə onun bacarığını, işgüzarlığını belə səxavətlə vurğulayan, qiymətləndirən adama qarşı bir ehtiram hissi oyanır. Bildirir ki, həmişə iş görən adama, xalqa, dövlətə xeyir vermək istəyən hər kəsə kömək etmək istəyində olub. Bu yolla, adamlarda ruh yüksəkliyi yaratmaq, insanın ləyaqətini,  bacarığını və insanpərvərliyini etiraf etməyin köməkliyi ilə onda olan ən yaxşı nə varsa, üzə çıxarmaq, inkişaf etdirmək bacarığı öz bəhrəsini verir və hövsələsiz müsahibi ilə dil tapmaq, ünsiyyət yaratmaq duyğularından uzaq olan gənc fermerin kreditlə bağlı problemi yoluna qoyulur.

         Dostum danışır ki, həmyerlisi işinin düzəlməsinə baxmayaraq, yenə də özünü haqlı sayırmış. Təəsüff ki, hələ də mübahisə edənlərin onundan doqquzu özünün mütləq haqlılığına əvvəllər olduğundan daha çox inanır. Müdriklər isə məsələyə həmişə tamam özgə prizmadan baxıblar. Teodor Ruzvelt Ağ Evdə olduğu dövrdə bir dəfə etiraf etmişdir ki, yüz haldan yetmiş beşində haqlı olsaydı, bundan daha yaxşı heç nə istəməzdi. 

     Dava-dalaşla,  yerli-yersiz müsahibələrlə heç vaxt çox şeyə nail ola bilməməyin, lakin güzəştə getməklə, gözlədiyindən daha çox şey əldə etməyin bəsirəti barədə saysız-hesabsız misallar gətirmək olar. Hər şeyə irad tutan, dalaşqan, iddialı adamlar unudurlar ki,  biz bilavasitə iradəmiz tərəfindən nəzarət olunan hərəkətlərimizi tənzim etməklə, bu nəzarətə tabe olmayan ovqatımızı yaxşılaşdıra bilərik.

         İnsanlar arasındakı münasibətlərdən danışarkən müsahiblərini dinləmək qabiliyyətinin xüsusi önəm daşıdığını vurğulamaq yerinə düşərdi. Ağıllı, öz yerini bilən insanlar həmişə davamlı şəkildə kiminsə sözünü kəsən, yerli-yersiz müdaxilə edən boşboğazlardan  uzaq qaçırlar. Amerikalı professor Nikolas Batler yazırdı ki, yalnız özü haqqında danışan adam nə qədər yüksək təhsilli olursa-olsun, mədəniyyətsizdir. Hər birimiz gündəlik həyatımızda bu fikrin daşıyıcıları ilə qarşılaşırıq.

     Bu yaxınlarda Bilgəh sanatoriyasında istirahət edərkən belə adamların ən “nümunəvisi” ilə rastlaşmışdıq. Tanınmış şairlərdən biri ilə keçirilən görüşdən alacağımız ləzzəti necə deyərlər, “gözümüzdən tökən” birisi aparıcının və şairin sözünü tez-tez kəsir, özünün savadlı , dünyagörüşlü  olmasını diktə edirdi. Görüşə toplaşanların iradlarına məhəl qoymayan bu adam arada bir ayağa qalxıb özünün cızmaqaralarını da oxuyur, sonra da hər bir misrasının şərhi ilə xeyli vaxt alırdı. Təsəvvür edirsinizmi, görüşün vaxtı başa çatmamış  hörmətli şair  nəyisə bəhanə edib getməyə məcbur oldu. 

      Sonrakı günlər də naqqal adam yaxamızdan əl çəkmir, mənasız söz-söhbətləri ilə zəhləmizi tökürdü. Özünün nə vaxtsa Moskvada, Kislovdskda, Varşavada elədiyi “qəhrəmanlıqlar”ından, bu gün də hansısa qadının ona eşq məktubları yazmasından dəm vururdu. Qulaq asmaqdan bezənləri isə az qala danlayır, əslində hörmətsiz edirdi. Nəticə necə oldu? 

        Hamını bezdirən bu insan meydanda tək qaldı. Sonralar onunla heç salamlaşmır, uzaq qaçırdılar. Bu adamın sanatoriyaya alver məqsədilə gələn çinlilərdən və qəzet satan qocaman kişidən başqa müsahibi qalmamışdı. O, sanatoriyada dincələnlərin hər biri haqqında şayiələr uydurur, lətifələr düzüb-qoşur, özünü isə saf bir inasan kimi elə hey təriflıyirdi. 

         İnsan münasibətləri barədə qeydlərimi adıçəkilən problemin mahir araşdırıcılarından olan Deyl Karneginin bu sözləri ilə bitirmək istərdim: “Qiymət verməkdə ürəyiaçıq və tərifləməkdə səxavətli olun. Adamlar sözlərinizi yadda saxlayacaq, onları əziz tutacaq, bütün həyatları boyu-sizin yadınızdan çıxandan bir çox illər sonra da təkrar edəcəklər”.

Akif CABBARLI,

yazıçı-publisist

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:56
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 23 Oktyabr 2026 21:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see271

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see255

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see209

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see202

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see191

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see189

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see188

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see179

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see176

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see173

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see173

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see172

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see171

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see170

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see168

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see168

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see166

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see166

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri