Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Uşaqda insultu necə tanımalı?

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Vətəndaş dövlətin güzgüsüdür

Vətəndaş dövlətin güzgüsüdür

Azpost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Son illərdə dövlət idarəçiliyində vətəndaş məmnuniyyəti anlayışı daha tez-tez gündəmə gəlir. Artıq vətəndaşın sadəcə xidmət alması yox, onu necə və hansı şəraitdə alması da əhəmiyyət daşıyır. “Faydalı olan doğrudur” prinsipi tədricən idarəçilik fəlsəfəsinə çevrilməkdədir. Amma bu yanaşma nə qədər sistemlidir? Bütün vətəndaşlara çatırmı? Əsas da – “faydalı” olanı kim müəyyənləşdirir?

QHT.az bu suallar və dövlət idarəçiliyində praqmatizmin yeri və vətəndaş məmnuniyyətinə əsaslanan yanaşma barəsində “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev ilə müzakirə etdik. O, həm fəlsəfi baxışları, həm də real təcrübələri birləşdirərək, idarəetmədə məmnuniyyətin necə ölçüyə, daha da önəmlisi – məqsədə çevrilə biləcəyini izah etdi.

 Əliməmməd müəllim, son illərdə idarəetmədə “faydalı olan doğrudur” yanaşması daha çox səslənir. Bu prinsip Azərbaycanda real təcrübəyə çevrilə bilibmi?

—  Bəli, bu fikir – yəni “faydalı olan doğrudur” – bir fəlsəfi prinsip olmaqla yanaşı, indi artıq dövlət idarəçiliyinin gündəlik praktikası üçün də aktualdır və idarəetmənin tətbiqi prinsipinə çevrilməkdədir. Biz bunu ASAN xidmət, DOST mərkəzləri, e-hökumət portalları kimi təşəbbüslərdə açıq görürük. Bu xidmətlər sadəcə texnoloji yenilik deyil, həm də dövlətin insana baxışında dönüşdür. Vətəndaş rahatdırsa, demək, qərar doğrudur. Amma burada vacib bir məsələ var: faydalılığı kim və necə müəyyən edir?
Bu sualın cavabı çoxqatlıdır. Statistik göstəricilər, vətəndaş sorğuları, şikayət və təklif platformaları, fokus qruplar və real həyat təcrübələri bu qiymətləndirməyə əsas ola bilər. Faydalı olmaq – yalnız sistemin işinə yox, vətəndaşın gündəlik həyatına necə təsir etdiyinə bağlıdır.

   Bu yanaşma hüquqi sistemlə necə uyğunlaşır? Hüquqdan kənara çıxmaq riski varmı?

— Əksinə, bu yanaşma hüququn ruhunu daha da gücləndirir. Hüquqi norma yalnız kağız üzərində qaldıqda yox, praktik həyatda dəyərə çevrildikdə real olur. Əgər qərar hüquqi baxımdan düzgündür, amma vətəndaşa zərər verirsə, o zaman bu, formal doğrudur, amma məzmunca problemdir. Hüquq da həyat üçündür, sistemin özü üçün yox. Biz idarəetmədə hüquqi əsasla faydalılıq arasında tərəzi yarada bilməliyik.

Bəs bu faydalılıq hər kəs üçün eyni şəkildə əlçatan ola bilir? Məsələn, kənd sakinləri, yaşlılar, əlillər…

— Bu, çox həssas məsələdir. Doğrudur, elektron xidmətlər böyük irəliləyişdir. Amma rəqəmsal uçurum – yəni internetə çıxışı olmayan vətəndaşların mövcudluğu – xidmətlərə bərabər çıxış prinsipini zədələyə bilər. Əgər Yardımlı kəndində yaşayan bir yaşlı şəxs e-gov portalından istifadə edə bilmirsə, o xidmət onun üçün mövcud deyil deməkdir. Ona görə inklüziv və hibrid xidmət modelləri çox vacibdir.

Məsələn, DOST xidmətlərinin mobil qruplarla regionlara çıxışı, ASAN-ın səyyar ofisləri bu baxımdan uğurlu nümunələrdir. Amma bu hələ yetərli deyil. Əlillər üçün vizual-audio interfeyslər, yaşlılara yönəlik fiziki alternativlər genişləndirilməlidir.

   Vətəndaş məmnuniyyəti bu yanaşmanın mərkəzinə çevrilirsə, bu necə ölçülür və dövlət bunu necə daha sistemli edə bilər?

— Əvvəla, məmnuniyyət formal anketlərlə deyil, çoxölçülü üsullarla müəyyən edilməlidir. Sorğular, monitorinqlər, ictimai şuraların rəyləri, sosial şəbəkələrdəki əks-səda – bunlar hamısı qiymətləndirmə vasitələridir.

İkincisi, bu məmnunluq ölçülməli və performans indikatoruna çevrilməlidir. Təkcə xidmətin sayı yox, nəticəsi önəmlidir.

Hökumət istiqamətdə bir neçə addım ata bilər:

~Şikayət və təklif sistemləri  daha sürətli və reaksiya verən formada işləməlidir.

~İctimai  şuralar və digər oxşar təsisatlar müstəqil monitorinq aparmalı, nəticələri ictimaiyyətlə paylaşılmalıdır.

~Dövlət qulluqçuları üçün nəticə əsaslı idarəetmə təlimləri təşkil olunmalıdır.

Sizcə,  yanaşma daha hansı sahələrə nüfuz edə bilər?

— Əslində, bu yanaşma artıq inzibati xidmətləri keçib sosial siyasət, təhsil, səhiyyə, məhkəmə və yerli özünüidarəetmə sahələrinə də daha geniş miqyasda daxil olmalıdır. Əgər təhsil sistemində bir qərar müəllimə faydalıdır, amma şagirdin inkişafına maneədirsə – o, effektiv deyil. Yaxud, əgər bir bələdiyyə qərarı qanunidir, amma yerli icmanın həyatına mənfi təsir göstərirsə – bu, səmərəli idarəçilik deyil.

Son olaraq, sizcə, “məmnun vətəndaş” doğrudan da idarəetmənin əsas göstəricisi ola bilərmi?

— Mən əminəm ki, artıq olur. Dövlət idarəçiliyinin keyfiyyəti indi artıq protokollarla deyil, vətəndaşın gündəlik rahatlığı, inamı və əlaqəsi ilə ölçülür. Məmur dövlətin simasıdır, amma vətəndaş dövlətin güzgüsüdür. Əgər bu güzgüdə güvən, rahatlıq və iştirak görünürsə – deməli, sistem də doğrudur. Qısaca desək: məmnun vətəndaş – idarəetmənin ən obyektiv göstəricisidir.

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://azpost.info
archiveBu xəbər 14 Aprel 2025 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see519

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see490

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see302

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see281

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see275

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see270

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see264

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see263

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see261

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see257

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see256

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see237

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see235

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see233

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see231

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see226

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see214

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see210

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see208

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri