Icma.az
close
up
RU
Sözləri və əməlləri bir deyil: “Qaçqın“ ritorikası ilə siyasi manipulyasiya ŞƏRH

Sözləri və əməlləri bir deyil: “Qaçqın“ ritorikası ilə siyasi manipulyasiya ŞƏRH

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Azərbaycan və Ermənistan arasında Vaşinqtonda əldə edilmiş tarixi razılaşmalar sülh prosesi istiqamətində ciddi irəliləyişlərlə müşahidə olunur. Lakin ikitərəfli danışıqlar formatı çərçivəsində tərəflərin ortaya qoyduğu ortaq mövqenin Cənubi Qafqazda münaqişə və qarşıdurma səhifəsini çevirməyə doğru istiqamətləndiyini görən bəzi qüvvələr prosesi yenidən çıxmaza sürükləməyə cəhd edirlər.

Sözdə Vaşinqton prosesinə ciddi dəstəyini ifadə edən Avropa İttifaqının (Aİ) atdığı addımlar səsləndirilən bəyanatlarla tamamilə ziddiyyətlidir. Belə ki, dekabrın 2-də Aİ və Ermənistan arasında Brüsseldə keçirilən Tərəfdaşlıq Şurasının VI iclasının nəticəsində imzalanmış "Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik" adlı sənəd bir sıra Qərb dövlətlərinin əsl niyyətinin nə olduğunu açıq şəkildə göstərir. Təbii ki, Azərbaycanla münasibətlərdə mövcud reallıqları və Bakının maraqlarını nəzərə almağa məcbur olan Aİ ümumilikdə Cənubi Qafqaz strategiyasında ən zəif halqa kimi Ermənistanı görür. Bu səbəbdən bölgədə sülhə əngəl olmaq məqsədində əsas "vasitəçi" rolunda İrəvan çıxış edir.

Bu iddianı təsdiq edən ən mühüm amil sözügedən sənəddə postmünaqişə dövrünün reallıqlarını təhrif edən və sülh gündəliyinə zidd məqamları prioritetləşdirən qeydlərin yer almasıdır. Aİ və Ermənistanın məlum yanaşmasına rəsmi Bakının kəskin etirazı da özünü çox gözlətməyib. Xarici İşlər Nazirliyinin bəyanatında məlum müddəalar sülhə ciddi zərbə kimi dəyərləndirilərək Azərbaycan-Avropa İttifaqı münasibətlərinin perspektivlərinə mənfi təsir etdiyi xüsusi qeyd olunub.

Moderator.az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Sülhə əngəl yaradan qeydlər

Azərbaycanın ciddi etirazına səbəb olan bu müddəalar hansılardır? Aİ-nin Vaşinqton razılaşmalarına qarşı qərəzi elə sənədin giriş hissəsində özünü açıq büruzə verir. 44 günlük müharibədən sonra Azərbaycanın reinteqrasiya təkliflərini geri çevirən və öz istəkləri ilə suveren ərazilərimizi tərk edən sakinlərin "Azərbaycanın hərbi əməliyyatlarından sonra köçkün düşmüş Qarabağ erməniləri" kimi təsnifləndirilməsi, onların "qaçqın" statusunda dəyərləndirilməsi, həmçinin növbəti yeddi il ərzində bu məsələnin Aİ-İrəvan münasibətlərində prioritet təşkil edəcəyinin vurğulanmasının özü əslində hər şeyi deyir. Halbuki baş nazir Nikol Paşinyanın timsalında Ermənistan dəfələrlə bu məsələnin gündəmdə olmadığını, onun süni şəkildə ortaya atılmasının sülh prosesinə ciddi zərər verəcəyini özü bəyan edib. İndi nədənsə İrəvan rəhbərliyi yenidən hansısa vədlərin fonunda əvvəlki mövqeyindən geri çəkilmək cəhdlərini ortaya qoyur.

Azərbaycan iddia hüququnu özündə saxlayır

Sülhə əngəl sayılan digər bir məqam sənəddə Beynəlxalq Ədalət Məhkəməsinin bütün müvafiq qərarlarının tam, dərhal və effektiv həyata keçirilməsinin dəstəklənməsinin xüsusi vurğulanmasıdır. Halbuki, Vaşinqton razılaşmalarına əsasən, tərəflər bir-birilərinə qarşı məhkəmə iddiaları irəli sürməyəcəyinə dair öhdəlik götürüblər. Məlum qərarların isə erməni lobbisinin təsiri altında birtərəfli qaydada Azərbaycana qarşı qəbul edildiyi ortadadır. XİN-in bəyanatında da qeyd edildiyi kimi, Azərbaycanla Ermənistana birbaşa aid olan və sırf ikitərəfli xarakter daşıyan bir məsələnin üçüncü tərəflə gündəmə gətirilməsi tamamilə məntiqsiz olmaqla yanaşı, belə bir yanaşma Azərbaycanın da Ermənistan əleyhinə öz legitim məhkəmə iddialarının mövcudluğunu nəzərə almır.

Kimlər narahatdırlar?

Bu gün Azərbaycan ədalət divanında mühakimə olunan və insanlıq əleyhinə cinayətlər və hərbi cinayətlərdə ittiham edilən və məhkum edilmiş erməniəsilli şəxslərin "əsir" statusunda qeyd edilməsi və onların azadlığa buraxılmasının ayrıca prioritet kimi müəyyən edilməsi də ikili standartların və sülh prosesini pozmaq cəhdlərinin əyani sübutudur. İllərlə bu şəxslərin Azərbaycan əleyhinə törətdikləri cinayətləri görməzdən gələn, onlar vasitəsi ilə vaxtilə işğal edilmiş ərazilərimizdə qanunsuz fəaliyyətlərlə milyonlar qazanan qüvvələr indi onların məhkəmədə hüquq və qanunlar çərçivəsində mühakimə olunmalarından ciddi narahatlıq keçirirlər. Bu narahatlığın hansı səbəblərdən qaynaqlandığı isə ayrı bir mövzudur.

Aİ TRIPP-ə qarşı

Həmçinin, Aİ-Ermənistan birgə sənədində kommunikasiyaların açılması ilə bağlı Vaşinqton razılaşmalarında xüsusi qeyd olunan TRIPP layihəsinə bir dəfə də olsun istinad edilməməsi, Azərbaycana qarşı mütəmadi istifadə olunan "müşahidə missiyası"nın fəaliyyətinin davam etdirilməsi ilə bağlı müddəalar da diqqət çəkir. Qeyd edək ki, hər iki məsələ sülh gündəliyinin irəlilədilməsi istiqamətində ciddi maneə olaraq dəyərləndirilirdi. Lakin Vaşinqton görüşü zamanı kommunikasiyaların açılmasını şərtləndirən və bu gün ciddi şəkildə reallaşması istiqamətində addımlar atılan TRIPP layihəsi və sərhədlərdə üçüncü dövlətlərin və ya təşkilatların qüvvələrinin yerləşdirilməməsinə dair anlaşma da şübhə altına alınır.

İrəvanın şübhəli davranışları

Bütün bu məqamlar bir daha İrəvanın sülh prosesindəki səmimiliyinə ciddi şübhələr yaradır. Digər tərəfdən, Aİ-nin "sülhə dəstək" bəyanatları da qurumun gələcək fəaliyyət və əməkdaşlıq imkanlarını məhdudlaşdırır. Bakı prosesi diqqətlə izləməkdədir. Avqustun 8-dən etibarən postmünaqişə dövründə əldə edilmiş müsbət irəliləyişlər fonunda keçmiş münaqişənin elementlərini yenidən gündəmə gətirilməsi bəzi qüvvələrin sülh sazişinin imzalanmasında maraqlı olmadığını bir daha ortaya qoyur. XİN-in də bəyanatında qeyd edildiyi kimi, Azərbaycan tərəflərin məlum məsələ ilə bağlı konkret addımlar atacağını gözləyir. Bununla belə, vəziyyəti diqqətlə izləyərək zəruri nəticələr də çıxaracaq. Bu nəticələrin Ermənistan üçün hansı təsirlərinin olacağı barədə isə artıq İrəvan düşünməlidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://moderator.az
archiveBu xəbər 14 Dekabr 2025 09:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see348

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see288

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see236

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see235

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see196

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see192

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see180

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see178

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see177

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see174

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see161

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see157

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see157

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see156

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see151

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see148

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see147

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see140

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see137

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri