Icma.az
close
up
RU
SÖZÜ QOCALMAYAN ŞAİR

SÖZÜ QOCALMAYAN ŞAİR

Icma.az, Adelet.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Böyük şairin 100 illik yubileyi münasibətilə

Bəxtiyar Mahmud oğlu Vahabzadə – 1925-ci il avqust ayının 16-da Şəki şəhərində anadan olmuşdur. O, ilk ibtidai təhsilini Şəkidə almış və 1934-cü ildə ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüş, orada orta məktəbi bitirmişdir. 1942-1947-ci illərdə Azərbaycan Dövlət Universitetində təhsil almış, 1947-1950-ci illərdə  aspiranturada təhsilini davam etdirmişdir. 1950-ci ildə əmək fəaliyyətinə başlamışdır. 1951-ci ildə Bəxtiyar Vahabzadə “Səməd Vurğunun lirikası” mövzusunda namizədlik dissertasiyası yazmışdır. O, 1962-ci ildə doktorluq elmi işi yazmaq üçün məzuniyyətə çıxmış, 1964-cü ildə “Səməd Vurğunun həyatı və yaradıcılığı” mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə etmişdir. 1980-cı ildə Bəxtiyar Vahabzadə Azərbaycan Milli Elmlər Akademiyasının  müxbir  üzvü, 2000-ci ildə isə akademiyanın həqiqi üzvü seçilmişdir.

Bəxtiyar Vahabzadənin 1943-cü ildə yazdığı  “Ana və şəkil” adlı ilk kitabı,  1947-cu ildə isə çap etdirdiyi “Mənim dostlarım” adlı kitabı onu az vaxtda respublikada tanıtdırmışdır. 1944-cü ildə mətbuatda çap edilən “Yaşıl çəmən, ağac altı, bir də ki, tünd çay” şeirindən təsirlənən Səməd Vurğunun təkidi ilə Bəxtiyar Vahabzadə Azərbaycan Yazıçılar Birliyinin üzvü seçilmişdir. 1950-ci illərin əvvəllərindən başlayaraq çap edilən “Bahar”, “Əbədi heykəl”, “Dostluq nəğməsi” və bundan sonrakı kitabları onu xeyli məşhurlaşdırmışdır. 1959-cu ildə Bəxtiyar Vahabzadənin yazdığı “Gülüstan” poeması 1960-cı ildə “Nuxa fəhləsi” qəzetində çap edilmişdir. Bu onun həyatında çox böyük hadisəyə çevrilmişdir. Bir tərəfdən dövlət orqanlarının ona təzyiqi, digər tərəfdən də onu qoruyan xalq məhəbbəti qarşı-qarşıya gəlmişdir. Bu qarşıdurmada Bəxtiyar Vahabzadəni iqtidarda, dövlət orqanlarında işləyən vətənpərvərlər və xalq sevgisi qorumuşdur.

1974-cü ildə Bəxtiyar Vahabzadəyə “Azərbaycanın Əməkdar incəsənət xadimi” fəxri adı verilmişdir. 1976-cı ildə “Gülüstan” poemasından sonra ən yaxın dostu professor  Şirməmməd Hüseynovun tövsiyyəsi ilə özünü müdafiə üçün yazdığı “Leninlə söhbət” və “Muğam” poemasına görə Azərbaycan dövlət mükafatına layiq görülmüşdür. Bəxtiyar Vahabzadə 1981-ci ildə Sovet Sosialist Respublikaları İttifaqı yazıçılarının VII qurultayında SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin üzvü seçilmişdir, 1984-cü ildə SSRİ Dövlət mükafatı laureatı olmuş,  həmin il də Xalq şairi fəxri adına layiq görülmüşdür. 1988-ci ildə ona Mirzə Fətəli Axundov adına ədəbi mükafat verilmişdir və “Qırmızı əmək bayrağı” ordeninə layiq görülmüşdür. 1991-ci ildə Azərbaycan Yazıçılar Birliyi Ağsaqqallar Şurasının üzvü seçilmişdir. Bəxtiyar Vahabzadə 1995-ci ildə “İstiqlal” ordeni ilə təltif olunmuşdur. O, 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Soveti milli şurasının tərkibinə daxil edilmiş və 1995-2005-ci illərdə müstəqil Azərbaycanın millət vəkili  seçilmişdir.

                                                             *****  

Bəxtiyar Vahabzadə təkcə şair kimi deyil, tədqiqatçı alim, ədəbiyyatşünas və dramaturq kimi də Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus zirvəyə yüksəlmişdir. Türkoloq alim Aydın Məmmədov Bəxtiyar Vahabzadə poeziyası haqqında yazarkən deyir: “Bəxtiyar Vahabzadə vətən torpağından göyərmiş poeziyadır”.

Akademik Yaşar Qarayev Bəxtiyar Vahabzadə yaradıcılığını 3 dövrə bölmüşdür. Onun mülahizəsinə görə birinci dövr məktəb şeirləridir. Həmin dövrdə şair kimliyini qazanıb. İkinci dövr  tarix və dünyaya səyahət, üçüncü dövr özünə səyahət, özünə enmə dövrüdür. O, fikirlərini  şeirlərində belə biruzə verib.

“A”-dan “ana”  yazdıq, “b”-dənsə “baba”,

“V”-dən “Vətən” yazdıq, “e”-dən “el”, “oba”.

Ana yurdumuzu bu səslərlə sən

Ruhuna, qəlbinə  həkk  edəcəksən.

Başqa bir şeirində deyir:

Yaz ayları çağıldayan selmisən?

Bu dünyanı oyuncaqmı bilmisən?

Həyat səni güldürəndə gülmüsən

Hünərin var ağladanda gül, görüm.

Bəxtiyar  Vahabzadə yaradıcılığından  gətirilən bir çox nümunələrdə ömrün müxtəlif dövrlərində insan düşüncəsinin necə dəyişdiyi əks olunur. Bəxtiyar Vahabzadə yaradıcılığında məktəb şeirlərindən vətən şeirlərinə keçid tamamilə təbii surətdə baş vermişdir. Ona görə ki, burada aparıcı xətt ana südündən  ana məkdəb sevgisinə, ana məktəb sevgisindən ana vətən sevgisinə çevrilməklə mərhələ-mərhələ davam etmişdir. Bu da əlbəttə ki, ən sonda özünü və dünyanı dərk etmə səviyyəsinə yüksəlmişdir. Bəxtiyar Vahabzadə rus imperiyasına qarşı həmişə barışmaz  olmuşdur. O, bu fikirlərini  belə izhar etmişdir.

“Mən azadam”, “müstəqiləm” sözlərini

Öz dilində deməyə də

İxtiyarım yoxsa əgər,

De, kim mənə azad deyər?

O, bir çox fikirlərini üstüörtülü yazsa da, onun oxucuları bu fikirləri tam aydınlığı ilə anlayır və dərk edirdilər.

Bəxtiyar Vahabzadəni sözümüzün ağsaqqalı edən  əsas amil onun tam aydın görünən hadisə və faktdan uzaqlaşa bilməməsi, formadan daha çox məzmun və mahiyyətə yaxınlaşmasıdır.  Sovet dövrünün bütün tarix kitablarında “Gülüstan sülh müqaviləsi”ndən yazılırdı və bütün bu yazılarda Şimali Azərbaycanda yaşayanların  tarixi xoşbəxtliyi kimi qiymətləndirilirdi. “Gülüstan müqaviləsi” Rusiya ilə İran arasında sülh müqaviləsidir. Burada Azərbaycanın iştirakı yoxdur. Azərbaycanı müharibədə əldə edilən qənimət kimi bölüşdürənlər – Rusiya və İran  uzun illər öz ideologiyalarına uyğun təbliğat aparmışlar. Bəxtiyar Vahabzadənin intellektual – poetik “Gülüstan”  harayından sonra hər iki tərəfdə xalqlar diksinib ayıldılar. Bəxtiyar Vahabzadə real tarixi hadisəyə elə bir güzgü tutmuşdu ki, orada  tam həqiqət əks olunmuşdur. Hər bir azərbaycanlı üçün hadisələr tam aydınlaşmışdır.

... Vardırsa yaranmış,

Mütləq yaradan var.

Varsansa, özündən  əvvəlcə  atan var.

Dünya quru bir səs,

Qəm çəkməyə dəyməz,

Yüz-yüz itən olsun,

Min-min də bitən var.

Şükr eyliyəlim ki,

Bizlərdən  həm əvvəl,

Həm sonra vətən var.

1988-ci ildən başlayaraq yalnız yaradıcılığı ilə deyil, həm də ictimai-siyasi fəallığı ilə öz mövqeyini bildirən, hadisələrin mərkəzində olan Bəxtiyar Vahabzadə 1990-cı ilin 20 yanvar gününü bütün şiddəti ilə yaşamışdır. O, həmin günün şəhidlərinə həsr etdiyi poemada azadlığın yaxında olduğunu daha çox hiss edirdi.

Onlar sübut etdi,  hər  qara zülmün

Əli uzansa da, ömrü gödəkdir.

Xalqın azadlığı sabah, biri gün

Şəhid yarasından göyərəcəkdir.

Poetik-fəlsəfi  mütəfəkkiranə yaradıcılığın bir sirri də öz daxilinə enməklə özünə doğru yol getməkdədir. Bəxtiyar Vahabzadə yaradıcılığının daha bir məziyyəti də elə bundadır. Öz keçmişi və şöhrətli tarixindən ta bu günədək keçən yollara nəzər salan şair fərd kimi,  millət kimi cılızlaşmağı etiraz edirdi. O, deyirdi: “Gələni kəpiklə qarşılamağı, gedəni təpiklə yola salmağı” öz-özünə yadlaşma kimi  qiymətləndirirdi.

Bunu düşündükcə xoflanıram mən,

Vallahi, kimsədən bir gileyim yox.

Mən necə qorxmayım xatirələrdən?

Mənim keçmişim var, gələcəyim yox.

Bu sətirlərlə Bəxtiyar Vahabzadə rus imperiya siyasətinə etirazını bildirirdi.

Şair kimi ölçüsüz zaman içində yaşamaq Bəxtiyar Vahabzadə poeziyasının fəlsəfi məzmununa daha çox siraət etmişdir. Bəzən zaman və məkan dolaşıqlığında  bir  şair  xoşbəxtliyinə  qibtə edirik. İllər boyu həsrətdən, hicrandan gileyli olan şair əlçatmaz varlığında könül xoşbəxtliyi axtarır.

Sən mənim qəribə qismətim, paym,

Gecələr günəşim, gündüzlər Ayım.

Güneydə quzeyim, qışda  yazımsan,

Sən mənim həmişə əlçatmazımsan.

Bəxtiyar  Vahabzadənin  bütün fəaliyyətində onun şairliyi  öndə durur.  O, bir çox şeirlərində və poemalarında bunu əks etdirmişdir. Bəxtiyar Vahabzadə özünün “Fəryad” pyesi ilə Azərbaycan dramaturgiyasına yeni bir mövzu gətirmişdir. Özünə və dünyaya mifik, poetik, fəlsəfi gözlə baxan şair  geriyə boylanmaqla türkün tarixindəki səhvləri  açıb göstərmişdir. Orada pas tutmuş bir qılınca kimsənin əl uzatmağa cəsarət etməməsi simvolik anlamdır.  Şair irəli keçib o qılıncı götürmək istəyəndə  qabağını kəsdilər və dedilər: - Əl vurma sehirlidir, bu qılınc kimin əlində olsa, elə onun özünü kəsəcək.

Bəxtiyar Vahabzadənin 12 cildlik külliyyatı professor Ramazan Qafarlı tərəfindən çapa  hazırlanmış və millət vəkilimiz Cavanşir Feyziyevin sponsorluğu ilə nəşr edilərək xalqa təqdim edilmişdir. Biz  bu kitablarla Bəxtiyar Vahabzadəni daha yaxşı oxuya,  tanıya və dərk edə bilərik. Bəxtiyar  Vahabzadə  həmişə öz yaradıcılığı ilə oxucularını düşündürmüş və dünyanın dərkinə istiqamətləndirmişdir.  Ahıl yaşlarında   yazdığı şeirlərindən birində  deyir:

Qocaldır insanı, qocaldır  zaman,

Ürəyin atəşi, közü qocalmır.

Dağları, daşları qocaldan zaman,

Bilmirəm bəs niyə özü qocalmır.

Bəxtiyar, düşünək biz dərin-dərin,

Xəyallar möhtəşəm, arzular şirin.

Əsl sənətkarın, əsl şairin

Özü qocalsa da, sözü qocalmır.

Mənim bu  yazım böyük şair Bəxtiyar Vahabzadə əziz xatirəsinə kiçik bir vəfa borcudur. 

Xəyalə  Nağıyeva

Şəki Dövlət Regional  Kollecin

Şöbə  müdiri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:211
embedMənbə:https://adalet.az
archiveBu xəbər 05 Avqust 2025 15:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see338

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see296

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see288

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see279

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see238

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see231

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see230

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see225

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see224

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see213

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see198

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see185

Azərbaycan millisi Litvanı qəbul edir YENİLƏNİR

04 Oktyabr 2026 08:15see181

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see176

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see173

Konqo DR Səhiyyə Nazirliyi: Ebola epidemiyasının piki geridə qalıb

04 Oktyabr 2026 06:15see170

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

04 Oktyabr 2026 05:06see170

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see168

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see163

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri