Icma.az
close
up
RU
Menu

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub (Foto)

Soyuq hava infarkt və insult riskini artıra bilər Günay İsmayılova

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

Azərbaycan futbolunun əfsanəsi

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

Musa Quliyev: “Maaş artımı ciddi islahatlara və yenilənmələrə ehtiyacı olan səhiyyə sahəsinə mühüm təkan olacaq”

Endirim, yoxsa qiymət oyunları? Cibinizdən belə pul çıxır

Azərbaycanın Mərkəzi Asiya və ŞƏT müstəvisində geosiyasi imkanları təhlil olunub

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

“” portalı “2025 ci ilin ən yaxşı Milli İxracın Təşviqi Platforması” mükafatına layiq görülüb

Əməkdar artist Züleyxa Hacıyeva vəfat etdi

Kartınızdan xəbərsiz pul çıxır? Səbəbini öyrənin

“Nestlé” vitamin və qida əlavələri biznesini 1 milyard dollara satır

Təzə, yoxsa qurudulmuş? Əncirin sağlamlığa faydaları nələrdir?

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

“Sabah” BOS da oynaya bilər? klub rəsmisindən açıqlama

Müharibə iştirakçısı veteran statusu ala bilmir FOTO

Sözün və gücün verdiyi qürur!

Sözün və gücün verdiyi qürur!

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

44 günlük Vətən müharibəsi milli iradə, milli ruh, milli ləyaqət təntənəsi idi. Biz Qələbəni döyüş meydanında qazandıq. 300-dən çox şəhər və kənd döyüş meydanında işğaldan azad edildi. Biz qan tökərək, şəhidlər verərək bu Qələbəni əldə etdik. Düşməni məcbur etdik ki, bizim qabağımızda diz çöksün və kapitulyasiya aktına imza atsın. Həmin düşmən ki, 30 il ərzində bizə meydan oxuyurdu, 30 il ərzində Azərbaycan xalqının şərəf və ləyaqətini tapdalamağa çalışırdı. Azğınlaşmış, harınlamış, quduzlaşmış, qudurmuş düşmən bizim qabağımızda diz çökdü, ağ bayraq qaldırdı, təslim oldu və məcbur oldu ki, noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktına imza atsın. Bunun nəticəsində yüzlərlə şəhər və kənd bir güllə atmadan, bir şəhid vermədən geri qaytarıldı.

İlham Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti

Dörd ildir ki, cəmiyyətimizin həyatı tamamilə dəyişib. İnsanlar dörd il əvvələ qədərkindən fərqli əhvali-ruhiyyə ilə yaşayırlar. Məgər azad və bütöv ölkənin vətəndaşı üçün xalqa inamını qaytaran, müzəffər ordunun və yenilməz sərkərdənin bəxç etdiyi Zəfərin qürurunu yaşamaqdan böyük fəxarət varmı?   

Nə gizlədək, Qarabağı itirdiyimiz 28 il müddətində hər birimiz içimizdə natamamlıq kompleksini, öləziməkdə olan ümid hissini yaşayırdıq. Torpağmızı işğal edəndən çox özümüzü qınayır, özümüzü günahlandırırdıq. Hər dəfə Qarabağdan söz düşəndə bir-birimizin gözünə dik baxa bilmirdik. Söhbətlərimizin təskinlik fonu ondan ibarət olurdu ki, biz müharibəni yox, savaşı uduzmuşuq. Həmin savaşda canlarını Vətənə fəda etmiş şəhidlərimizin ruhu bizi rahat buraxmır, qisas hissi qəhər kimi bizi boğurdu. Milyondan çox didərgin soydaşımızın acısını birlikdə yaşayırdıq. Özümüzə onunla təskinlik verirdik ki, işğalçı haylar Birinci Qarabağ savaşında tək olmayıblar, havadarının hesabına “qalib” gəliblər.

Nəhayət, natamamlıq kompleksindən qurtulduq. İgidlərimizin qanı bahasına, amansız döyüşlə geri aldığımız Şuşa qalası, işğaldan azad olunan torpaqlarımızın hər qarışı bundan sonra bütün dünyanı, o cümlədən, erməniləri də məcbur edəcək ki, bizə sayğı ilə yanaşsınlar. Bəli, zəfərlərin paradı ilə süslənən o günlər bütün şəhidlərimizin qisasının alındığı məqam idi. 44 günlük Vətən müharibəsinin gedişində cənab Prezident xalqımıza hər gün qələbə soraqlı xəbərlərlə müjdələr verdi. İlham Əliyev xalqa müraciətlərində əksər dövlət başçılarının bacarmadığı, cürət etmədiyi şəkildə xalqı ilə açıq və səmimi danışdı. Ali Baş Komandan qazandığımız hərbi uğurlarımıza haradan və kimlərdən siyasi təzyiqlərin, hətta təhdidlərin gəldiyini də canlı efirdə cəsarətlə söylədi. Bu mənzərə təkcə hərbi döyüş meydanında baş vermirdi. Ön cəbhədə olduğu kimi, informasiya cəbhəsində də “olum-ölüm” savaşı gedirdi. Bu cinahda həmişə güclü olmuş yağı düşmən mövqelərini təhvil verməyə məcbur edildi. “Böyük gücləri” təmsil edən media qurumlarının əksəriyyəti işğalçı Ermənistana açıq şəkildə informasiya dəstəyi göstərməsinə baxmayaraq, sonda Prezident İlham Əliyevin zərgər dəqiqliyi ilə düşünülmüş informasiya diplomatiyasının qarşısında diz çökməyə məcbur oldu. Onlar yenə də ermənilərin əzabkeş, təqib olunan, guya, öz torpağından qovulan toplum obrazını formalaşdırmağa çalışırdı. Baxmayaraq ki, haqq-ədalət, beynəlxalq hüquq Azərbaycanın tərəfində idi. Ermənistanın “məğlubedilməz ordusunun” burnunu İlham Əliyevin memarı və sərkərdəsi olduğu müzəffər ordumuz necə ovurdusa, informasiya savaşında da Azərbaycan lideri rəqiblərini eyni ustalıq və siyasi iradə ilə yerlərində oturdurdu.

***

Daha biz şəhər və rayonlarımızın “işğal ildönümlərini” anmırıq, hər birimiz üçün qürurverici məqamlara çevrilən zəfərlərin yubileylərini bayram edirik. Bu təntənəli mərasimlər işğaldan azad edilmiş ərazilərimizdə keçirilir və Prezident İlham Əliyev həmin tribunalardan xalqına və dünyaya önəmli mesajlarını çatdırır. Torpaqlarımızın 30 ildən sonra tarixi sahibinə qovuşması, ölkəmizin həyatında yeni mərhələnin başlanması tariximizin zəfər səhifəsi kimi daim vərəqlənəcək, xalqımız hər zaman ölkə Prezidentinə, rəşadətli ordumuza minnətdarlığını ifadə edəcək. 2023-cü il oktyabrın 15-də, Prezident seçilməsinin 20-ci ildönümündə ilk dəfə Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə, Əsgəranda Azərbaycan  Bayrağını ucaldan İlham Əliyev tariximizin Zəfər salnaməsinin qızıl səhifələrini daha da zənginləşdirdi. Məgər ümumxalq sevgisinin, Vətən daşı olmaq xoşbəxtliyinin başqa formulu varmı? 

Vədə yetişdi, sərkərdə işarə verdi, bir anın içində bütün xalq ayağa qalxdı. Hamı Vətənin əsgərinə çevrilməyə hazır oldu. Mərd oğullarımızın yağı üstünə şığıyanda nərəsindən yer titrədi, düşmən pərən-pərən düşdü, fərariyə çevrildi. Xarabaya çevirdiyi kəndlərimizi, şəhərlərimizi qoyub qaçdılar. İşğalı 30 ilə yaxın sürən doğma torpaqlarımızın azad olunması üçün cəmi 44 gün kifayət elədi. Və artıq indi soydaşlarımızın qayıdışı ilə Vətənə çevrilən o torpaqlarda həyat qaynayır. Qarabağ murdar hayların ayaq izlərindən, bəd nəfəslərindən təmizlənir, arınır! 

Otuz il xalqımız bütün bayramlarda, tarixi günlərdə bu arzunu ifadə edirdi: “Gün gələcək üçrəngli bayrağımız Şuşada, Xankəndidə dalğalanacaq”. Arzuları gerçəkliyə çevirən Prezident İlham Əliyevin Azərbaycan Bayrağını bu məkanlarda ucaldarkən keçirdiyi fəxarət hissi hər bir azərbaycanlını qürurlandırdı. Dövlətimizin başçısının Xankəndidən verdiyi bu mesajı isə bütün dünya eşitdi: “Mən nəyi demişəmsə, onu da etmişəm, bunu hər kəs bilir, o cümlədən, Ermənistanda da bunu bilirlər və bunu unutmasınlar. Vətən müharibəsini unutmasınlar! Antiterror tədbirlərini unutmasınlar! Əgər yenə də Ermənistanda hansısa qüvvə revanş haqqında düşünürsə, bax, bu kadrlara yaxşı baxsın”.

***

Prezident İlham Əliyevin Azərbaycanın üçrəngli bayrağını Xankəndidə, Xocalıda 2023-cü ildə –  məhz “Heydər Əliyev İli”ndə ucaltması ata vəsiyyətini qürurla gerçəkləşdirən övladın, xalqına verdiyi vədləri yerinə yetirən lider-sərkərdənin şücaət və qətiyyətinin təntənəsinə çevrildi. İkinci Qarabağ müharibəsindən on yeddi il əvvəl Prezident seçilən İlham Əliyev Azərbaycan xalqının və dövlətinin milli maraqlarını daim müdafiə edəcəyinə, ölkəmizin ərazi bütövlüyünü qoruyacağına söz vermişdi və sözünü tutdu. 2020-ci il 
sentyabrın 27-dən başlayaraq ordumuz kimi xalqımız da hər gün, hər saat öz müqəddəs məqsədinə doğru addımladı. Prezident kimi öz vəzifə borcunu yerinə yetirməyə başlayanda dövlət başçısı İlham Əliyevin qarşısına qoyduğu bir nömrəli vəzifə Azərbaycan Bayrağını işğal altında olan bütün ərazilərdə – şəhər və kəndlərimizdə ucaltmaq idi. Vaxt gəldi və üçrəngli bayrağımızın Azərbaycanın hər bölgəsində qaldırılmasından keçirdiyimiz qürurlu anların sevincini paylaşdıq. Həmin bayraq başımızı dik qaldıran qürurumuzun, kimliyimizin rəmzi və dünyaya ünvanlanan mesajımızdır. 

“Bu torpaqlar bizimdir və burada əbədi olacağıq. Bu gün Xankəndinin mərkəzində, Azərbaycan Gerbi, Bayrağı altında olmaq böyük xoşbəxtlikdir və tarixi hadisədir. Bu Qələbə tariximizdə əbədi olacaq. Yeni nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər” – deyəndə müzəffər Ali Baş Komandanın gözlərinə baxmaqdan keçirdiyimiz qürur hissini nə əvəz edə bilər? Xalqımızın üç onillikdə ürəyində bəslədiyi arzuları çin oldu: torpaqlarımızı geri aldıq, ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etdik. Bu gün dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı qüdrətli, söz və güc sahibi olan bir ölkənin vətəndaşı olmaqdan qürur duyur.

İndi dönüb o şanlı günlərə nəzər salanda əmin oluruq ki, bizim apardığımız qurtuluş savaşı haqq işi uğrunda mübarizəmiz idi. İntəhası, Tanrı özü şahidlik edirdi ki, həmin savaşda biz yalnız mənfur və şərəfsiz erməni ilə qarşı-qarşıya gəlməmişdik. Avropanın xaçpərəst düşərgəsindən bir çoxlarını qarşımıza almışdıq. Onlar beynəlxalq hüquqa, ədalətə tüpürən işğalçının, hətta dinə-imana naxələf çıxan hayların yanında sıralanmışdılar. Azərbaycana təzyiqlər edir, ünvanımıza şər-böhtan yağdırırdılar. Doğrusu, Ermənistana aşkarda, gizlində dəstək verənlər bizim Qələbə qazanacağımızı gözləmirdilər. Bunu heç istəmirdilər də. Tariximizin 44 günlük qızıl səhifələri həm də ona görə önəmlidir ki, Ali Baş Komandan bütün təzyiq və təhdidlərə mərdliklə sinə gərdi, haqq-ədaləti ayaqlar altına atanlara onu gücün sayəsində necə bərpa edildiyini göstərdi və bununla da onların hamısını susdurdu!  

Başını uca tut, Vətən! – deyəndə, ilk növbədə, İlahi ucalığa yetişmiş şəhidlərimizi anmalıyıq. Bu gün sözün və gücün verdiyi qüruru yaşayan biz yalnız şəhidlərimizin ruhu qarşısında baş əyirik!

İmran BƏDİRXANLI 
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:147
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Yanvar 2025 11:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see528

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see351

Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub (Foto)

02 Sentyabr 2026 17:03see278

Soyuq hava infarkt və insult riskini artıra bilər Günay İsmayılova

02 Sentyabr 2026 15:27see269

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

03 Sentyabr 2026 10:01see265

Azərbaycan futbolunun əfsanəsi

03 Sentyabr 2026 00:27see264

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

03 Sentyabr 2026 00:30see252

Musa Quliyev: “Maaş artımı ciddi islahatlara və yenilənmələrə ehtiyacı olan səhiyyə sahəsinə mühüm təkan olacaq”

02 Sentyabr 2026 17:43see242

Endirim, yoxsa qiymət oyunları? Cibinizdən belə pul çıxır

02 Sentyabr 2026 20:16see226

Azərbaycanın Mərkəzi Asiya və ŞƏT müstəvisində geosiyasi imkanları təhlil olunub

02 Sentyabr 2026 20:20see222

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

03 Sentyabr 2026 02:50see220

“” portalı “2025 ci ilin ən yaxşı Milli İxracın Təşviqi Platforması” mükafatına layiq görülüb

02 Sentyabr 2026 18:21see218

Əməkdar artist Züleyxa Hacıyeva vəfat etdi

02 Sentyabr 2026 21:50see214

Kartınızdan xəbərsiz pul çıxır? Səbəbini öyrənin

02 Sentyabr 2026 17:42see213

“Nestlé” vitamin və qida əlavələri biznesini 1 milyard dollara satır

03 Sentyabr 2026 00:41see204

Təzə, yoxsa qurudulmuş? Əncirin sağlamlığa faydaları nələrdir?

02 Sentyabr 2026 21:07see204

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

03 Sentyabr 2026 03:24see203

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

03 Sentyabr 2026 14:49see200

“Sabah” BOS da oynaya bilər? klub rəsmisindən açıqlama

03 Sentyabr 2026 02:12see195

Müharibə iştirakçısı veteran statusu ala bilmir FOTO

02 Sentyabr 2026 23:01see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri