S&P: Azərbaycan BTQ nin imkanlarından gələn il tam istifadə edə biləcək
Icma.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.
Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu xətti üzrə sınaqların 2025-ci ildə tamamlanması və gömrük prosedurlarının təkmilləşdirilməsi Azərbaycanın Gürcüstan üzərindən dəmir yolu daşımalarından tam istifadə imkanlarını artıracaq.
“APA-Economics” xəbər verir ki, bu barədə "S&P Global Ratings" beynəlxalq reytinq agentliyindən bildirilib.
Qeyd edilib ki, Gürcüstan dəmir yollarında əsas magistral xəttin modernləşdirilməsi layihəsi ötürmə qabiliyyətini illik 27 mln. tondan təxminən 48 mln. tonadək artırıb. Layihənin təsiri 2025-ci ilin sentyabrından hiss olunmağa başlayıb, tam effekt isə 2026-cı ildən etibarən gözlənilir.
S&P vurğulayır ki, BTQ xətti üzrə test mərhələsinin 2025-ci ildə başa çatdırılması, eləcə də gömrük emalı mexanizmlərində aparılan təkmilləşdirmələr daşımaların bərpasını dəstəkləyəcək. Bu dəyişikliklər nəticəsində Azərbaycan və Türkiyə Gürcüstan Dəmir Yolları (GR) ilə dəmir yolu bağlantısından tam həcmdə istifadə edə biləcək.
Hesabata əsasən, Gürcüstan Dəmir Yollarının strateji və marketinq tədbirləri, həmçinin dövlət dəstəyi ilə həyata keçirilən infrastruktur təkmilləşdirmələri orta və uzunmüddətli dövrdə daşımaların həcminin daha da bərpasına zəmin yaradacaq.
Bununla yanaşı, S&P qeyd edir ki, böyümənin davamlılığı, mövcud infrastrukturun saxlanılması və vaqon-lokomotiv parkının yenilənməsi üçün tələb olunan yüksək kapital xərcləri (capex) Gürcüstan Dəmir Yolları üçün əsas çağırış olaraq qalır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:31
Bu xəbər 19 Dekabr 2025 11:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















