Icma.az
close
up
RU
SP Maya Sandunu tanımadı: Qalib Stoyanoğludur!

SP Maya Sandunu tanımadı: Qalib Stoyanoğludur!

Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Moldova Respublikasının Sosialistlər Partiyası prezident seçkilərinin ikinci turunda qalib gəldiyi bildirilən hazırkı Prezident Maya Sandunu qeyri-legitim prezident hesab edir.

Gununsesi.info xəbər verir ki, bu barədə sosialistlərin lideri, keçmiş prezident İqor Dodon öz Teleqram kanalında məlumat yayıb.

“Maya Sandu qeyri-legitim prezidentdir, onu ancaq xarici sponsorları və kuratorları tanıyır. Moldova xalqı özünü aldadılmış və qarət edilmiş hiss edir”, – sənəddə bildirilib.

Vurğulanıb ki, seçkiləri, xüsusilə Dnestryanı bölgədə və xarici seçki məntəqələrində səsverməni heç bir halda xalqın iradəsinin azad və demokratik ifadəsi adlandırmaq olmaz:

“Biz bir sıra ölkələrdə seçki məntəqələrinin əsassız olaraq ixtisar edilməsi, seçicilərin səsvermə məntəqələrinə girişinin əngəllənməsi, sükut günü və səsvermə günü təşviqat və digər qanun pozuntuları ilə üzləşmişik. Nəticədə yüz minlərlə ölkə vətəndaşı səsvermə hüququndan istifadə edə bilməyib ki, bu da səslərin sayındakı son fərqi izah edir”.

Sosialistlər Sandunun rəqibi, dəstəklədikləri keçmiş baş prokuror Aleksandr Stoyanoğlunu prezidentlik kampaniyasının əsl qalibi hesab etdiklərini açıqlayıblar:

“Hətta bu şərtlər daxilində Sandu ölkə daxilində məğlub oldu. Moldovan xalqının namizədi Aleksandr Stoyanoğlu Moldovada keçirilən prezident seçkilərində əsl qələbə qazanıb. Moldova sakinlərinin 51,19%-i – burada (Moldovada – red.) işləyən və ya burada pensiya alan, vergi və kommunal xərclərini burada ödəyən, burada uşaq böyüdən, ölkənin problemləri ilə yaşayan insanlar – ona səs verib. Moldova sakinlərinin əksəriyyəti mövcud hökumətin siyasətinin əleyhinə səs verib”.

Qeyd edək ki, ötən gün baş tutan prezident seçkilərinin nəticələrinə görə, Maya Sandu 55,33% səslə qalib gəlib.

Buna baxmayaraq, Moldova daxilində seçicilərin səsverməsində sabiq baş prokuror, etnik qaqauz Aleksandr Stoyanoğlu 51,19% səs toplayıb. Maya Sandu yalnız ölkədən kənardan verilən səslər, diasporun səsləri ilə qalib gəlməyi bacarıb.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 04 Noyabr 2024 22:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see569

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see410

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see293

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see292

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see286

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see264

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see258

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see231

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see226

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see214

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see213

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see210

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see208

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see205

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see202

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see199

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see197

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see192

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see181

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri