SpaceX ə Avropadan rəqib gəlir
Banco.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Müəllif: Tamara Mustafayeva, Banco.az
"SpaceX"ə Avropadan rəqib gəlir.
Banco.az xəbər verir ki, aviasiya şirkətləri — İtaliyanın Leonardo SpA, Fransanın Thales SA və Airbus SE — İlon Maskın şirkəti SpaceX ilə rəqabət apara biləcək bir birgə müəssisə yaratmaq üçün əvvəlcədən razılaşma imzalayıblar.
Birgə açıqlamaya əsasən, bu layihənin adı “Project Bromo” olacaq. Bundan əlavə, Airbus şirkətin 35 faiz, digər iki şirkət isə 32,5 faiz payına sahib olacaq.
Şirkət rəhbərləri bildiriblər ki, yaradılacaq yeni şirkət Fransanın Tuluza şəhərində yerləşəcək, 25 min nəfəri məşğulluqla təmin edəcək və illik gəliri təxminən 6,5 milyard dollar olacaq.
Onların sözlərinə görə, yeni müəssisənin modeli Airbus, BAE Systems Plc və Leonardonun ortaq mülkiyyətində olan raket istehsalçısı MBDA nümunə götürülərək formalaşdırılacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 23 Oktyabr 2025 23:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















