“SpaceX” təhlükəsizlik boşluqlarını aşkarlayanlara 100 min dollar mükafat verir
Icma.az, Sherg.az portalına istinadən məlumat verir.
“SpaceX”, təhlükəsizlik tədqiqatçılarını “Starlink” sistemlərindəki potensial boşluqları aşkara çıxarmaq üçün mükafat proqramı çərçivəsində sınaq aparmağa təşviq edir.
Trend xəbər verir ki, proqramın nəticələrinə əsasən, son aylarda ümumilikdə 43 təhlükəsizlik zəifliyi müəyyən edilib və son üç ay ərzində tədqiqatçılara hər boşluq üçün orta hesabla 913,75 dollar ödənilib.
Proqramın əsas məqsədi həm genişlənən istifadəçi bazasının məxfiliyini qorumaq, həm də 7000-dən çox peyklə fəaliyyət göstərən “Starlink” şəbəkəsinin sabitliyini möhkəmləndirməkdir.
“SpaceX”, aşkarlanan zəifliklər üçün mükafat məbləğini onların ciddiliyinə və potensial təsirinə əsasən ayrıca qiymətləndirir.
Qeyd edək ki, “SpaceX” bu proqram çərçivəsində maksimum 100.000 dollar mükafat vəd edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 18 Aprel 2025 20:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















