Icma.az
close
up
RU
Onlayn sifariş edənlər Bu qaydaları bilirdiniz?

Onlayn sifariş edənlər Bu qaydaları bilirdiniz?

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Son illər Azərbaycanda onlayn - elektron ticarətə üz tutanların sayı sürətlə artmaqdadır. Təsadüfi deyil ki, elektron ticarət bir sıra istiqamətlərdə ənənəvi ticarət fəaliyyəti ilə məşğul olanlar üçün əhəmiyyətli rəqibə çevrilib.

“Qafqazinfo”nun məlumatına görə, bununla belə təcrübədə elektron ticarət üstünlükləri fonunda bir sıra sui-istifadələrə də rast gəlinir.

Bəs, istehlakçıların elektron ticarət edərkən hansı hüquqları var?

Əvvəlcə ondan başlayaq ki, “Elektron ticarət haqqında” Qanuna görə, elektron ticarətin iştirakçısı olan təchizatçı özü barədə zəruri məlumatlarla alıcıların tanış olmasına imkan yaratmalıdır. Bura onun ünvanı, əlaqə məlumatları, malların, xidmətlərin və işlərin qiymətinə verginin və malın çatdırılma haqqının daxil olub-olmaması və onların məbləği barədə məlumat, həmçinin digər məlumatlar daxildir. Qanunvericiliyə əsasən, alıcılarla yanaşı, səlahiyyətli dövlət orqanlarının tanış olmasına imkan yaratmadıqda təchizatçısının ölkə ərazisində fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən məhdudlaşdırılır.

Belə ki, təchizatçı sifariş verməzdən əvvəl alıcını aşağıdakı məlumatlarla təmin etməlidir:

1. Təchizatçının adı, ünvanı;

2. Malların xüsusiyyətləri barədə əsas məlumatlar;

3. Vergilər nəzərə alınmaqla malların qiymətləri;

4. Çatdırılma nəzərdə tutulduqda, onun xərci və digər şərtləri;

5. Ödəniş və sifarişin icra olunma şərtləri;

6. Sifarişdən imtina hüququndan istifadə imkanı;

7. Müqavilə bağlamaq təklifinin və ya qiymətin qüvvədə olduğu müddət;

8. Sifarişin verilməsi zamanı buraxılan səhvlərin müəyyənləşdirilməsi və onların düzəldilməsi üçün mövcud olan texniki imkanlar və digərləri.

Tərəflər arasında digər razılaşma olmadıqda, sifariş alıcı tərəfindən göndərilən gündən başlayaraq ən geci 30 gün ərzində təchizatçı tərəfindən yerinə yetirilməlidir.  

Təcrübə göstərir ki, alış-verişdə istehlakçıların ən çox qarşılaşdığı problem malların qaytarılması ilə bağlı olur. Bu baxımdan qanunvericiliyə görə, alıcı malın ödəniş qaydasından asılı olmayaraq, 7 iş günü ərzində cəriməsiz olaraq və səbəb göstərmədən bağlanmış müqavilənin icrasından imtina edə bilər. Bu zaman təchizatçı ödənilmiş məbləği əlavə xərc olmadan 7 gün ərzində geri qaytarmalıdır. Alıcıdan yalnız malın qaytarılması xərci tutula bilər. 

Lakin burada müəyyən istisnalar da var. Belə ki, tərəflər arasında digər razılaşma olmadıqda bu müddətdə alıcının razılığı ilə müqavilənin icrasına başlanıldıqda, xüsusi tələbi əsasında istehsal və ya uyğunlaşdırma səbəbindən geri qaytarılması mümkün olmayan, tez korlanan və ya məhdud istifadə müddəti olan malların təchizatı üzrə müqavilələrdə sifarişdən imtina edilə bilməz. Bu tələb audio, video yazılar və ya kompüter proqram təminatının, həmçinin digər malların qablaşdırma materialı alıcı tərəfindən açıldıqda və ya digər qaydada pozulduğu hallara da şamil olunur.                           

Təchizatçı sifariş verilmiş malları onların olmaması səbəbindən təmin edə bilmədikdə isə alıcıya bu barədə məlumat verməlidir və ödənilən məbləği 7 gün ərzində geri qaytarmalıdır.

Elektron ticarətdə alıcı və təchizatçı ilə yanaşı, bu prosesdə vasitəçi subyektin də üzərinə vəzifələr düşür. Belə ki, vasitəçi müəyyən istisnalarla elektron ticarətin digər iştirakçıları ilə bağlanmış müqavilənin şərtlərinin yerinə yetirilməməsinə görə məsuliyyət daşıyır. 

Yaxın gələcəkdə elektron ticarətlə bağlı qanunvericilik xaricdən edilən sifarişlərə də şamil olunacaq. Belə ki, “Elektron ticarət haqqında” qanunun yalnız ölkə ərazisində həyata keçirilən elektron ticarətə tətbiqini nəzərdə tutan müddəanın ləğvi nəzərdə tutulub. 

Ceyhun Həmid

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:125
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 11 Noyabr 2026 10:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see324

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see321

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see320

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see314

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see301

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see296

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see294

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see290

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see276

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see274

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see266

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see249

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see247

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see244

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see233

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see225

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see225

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see221

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see215

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri