Icma.az
close
up
RU
Spekulyant

Spekulyant

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Haylar indi də “işğal” ilə “qayıdış” üzərində söz oyununa başlayıblar

Ana dilimizdə spekulyasiya ifadəsinin möhtəkirlik kimi sinonimi var. Bu mənaya gəlir ki, ucuz malı baha qiymətə satmaq, yaxud da bazarda süni qıtlıq yaratmaq. Sonralar iqtisadi sahədən siyasətə “nüfuz etmiş” bu ifadə diplomatik leksikonun ümumişlək terminlərindən birinə çevrildi. Çünki siyasi “alış-veriş” bazarında natəmiz, yalançı və fırıldaqçı “alverçi”lərin sayı çoxaldı. Bu qrupun “parlaq nümayəndələrindən” biri də dövlət səviyyəsində Ermənistandır – desək, yəqin ki, səhvə yol vermərik.

Rəsmi İrəvan Bakı ilə sülhə gəlməyi “unudub”, yeni ideya və mülahizələrlə gündəmi dəyişməyə start verib. İrəvan belə “maraqlı” ideyalarından birini – Bakının, guya, Zəngəzuru işğal etməyə hazırlaşması, bundan ötrü “Qərbi Azərbaycan” anlayışını dövriyyəyə buraxması barədə saxta iddiasını ictimai rəyə sırımağa çalışır.

* * *

“Aydındır ki, Azərbaycan Ermənistan torpaqlarını işğal proqramını həyata keçirmək niyyətindədir”. Belə həyəcanlı, haylarda ürək ağrısı yaradan bəyanatla Ermənistanın keçmiş ombudsmanı Arman Tatoyan çıxış edib. Tatoyan “Facebook” səhifəsində, sadəcə, “gözəl” çıxış etməyib, həm də hay emosionallığı ilə məsələnin mahiyyətini “xırdalamağa” cəhd göstərib. Onun fikrincə, “mövcud olmayan bir məsələ “sıfır”dan gündəmin bir hissəsinə çevrilib”. Bakının saxta “Qərbi Azərbaycan” anlayışından istifadə edərək, Ermənistanda məskunlaşdırmaq istədiyi 300 min azərbaycanlıya “təhlükəsizlik zəmanəti” tələb etdiyini ərz edən erməni insan haqları müdafiəçisi bununla üçüncü ölkənin dinc əhalisinin deyil, silahlı qüvvələrinin ölkəsinin suveren ərazisinə yerləşdirilməsini tələb etdiyini yazıb.

Hər şeydən əvvəl, bir məsələyə aydınlıq gətirək. Əgər ortada bu məsələ mövcuddursa, ona mövcud olmayan “yardımçı sualları” yapışdırmağı hansı siyasi məntiqlə izah etmək olar? Məgər Arman Tatoyan bu məsələnin 1988-ci ildən, Ermənistan SSR-in ərazisində yaşayan azərbaycanlıların deportasiya edilərək etnik təmizləməyə məruz qaldığı andan gündəmdə olduğunu bilmir? Bu məsələ bizim heç vaxt heç nəyi unutmadığımızdan daim aktual olaraq qalmaqdadır. O ki qaldı, “üçüncü ölkənin silahlı qüvvələrinin yerləşdirilməsi”nə, bu ideya, doğrudan da, “dərin və zəngin təxəyyülün” məhsulu sayıla bilər. İntəhası, yaxın tarixi təcrübəmizdən çıxış edərək deyə bilərik ki, zərurət yaranacağı təqdirdə Azərbaycan bu təbii haqqına da əl atmaq barədə düşünəcək. Bəli, bu məsələ “üçüncü ölkənin silahlı qüvvələri”nin iştirakı olmadan həll edilərsə daha yaxşıdır.

Əlbəttə, biz ürəkdən ümid edirik ki, Azərbaycan üçün bu vacib və incə məsələnin həlli prosesində silahlı qüvvələrdən istifadəyə ehtiyac qalmayacaq. Burada Ermənistan hakimiyyətinin xoş niyyəti və insan hüquqlarının qeyd-şərtsiz üstünlüyü kimi sağlam məntiq qalib gələcək. Əgər İrəvan bütün bu amilləri Bakı ilə birlikdə nəzərdən keçirsə və düzgün həll yolunu seçsə, o, təkcə beynəlxalq ictimaiyyətin rəğbətini qazanmayacaq, eyni zamanda, regional sülh və qarşılıqlı faydalı əməkdaşlıq üçün özünə etibarlı təməl yaratmış olacaq.

Hayların sabiq ombudsmanı daha sonra bəyan edib ki, “Azərbaycan Ermənistanda özünü “ekoloji fəallar” kimi təqdim edərək “Dağlıq Qarabağın” blokadasını təmin edən xüsusi xidmət orqanlarının agentlərini yerləşdirməyi planlaşdırır”. Deməli, bu gerizəkalı erməni hüquqşünasın dediklərindən belə çıxır ki, Azərbaycan Zəngəzura, digər torpaqlara 300 min agent göndərməyi düşünür. Burada 300 min kəşfiyyatçı məsələsi bir qədər qeyri-ciddi səsləndiyindən bəzi dəqiqləşdirməyə ehtiyac yaranır. Keçmiş ombudsman Ermənistana mütləq qayıdacaq azərbaycanlılar arasında “xüsusi xidmət orqanlarının agentləri”nin olacağını nəzərdə tutanda yenə çaşır, dilin semantik plastında yanlışlığa yol verir. Keçən ilin yayında Xankəndi–Laçın yolunda piketdə iştirak edən eko-fəalların sayı da Tatoyanın bəyan etdiyindən xeyli az idi. Azərbaycanın təbii sərvətlərinin talanaraq Ermənistana daşınmasının, ətraf mühitə vurduqları ziyanın qarşısının alınmasını tələb edən gənc fəalları “agentlərə” bənzətməyin özü də diplomatik taftologiyadan başqa bir şey deyil.

* * *

Bakıya siyasi təzyiq metodları tükənən İrəvanın belə filoloji sayıqlamalarla ortaya atılması təbii qəbul edilməlidir. Siyasi şərhçi Tofiq Abbasov mövzu ilə bağlı XQ-yə açıqlamasında bildirdi ki, rəsmi İrəvan ictimai fikri əsas məsələdən yayıdırmaq üçün siyasi spekulyasiyalara əl atır: “Guya, Azərbaycanın təcavüzkar planları var və onların həyata keçirilməsinə Qərbi Azərbaycan İcması rəhbərlik edir. Bu icma ictimai qurumdur, yəni statusuna görə qeyri-hökumət təşkilatıdır. Axı, bu icma başqa bir dövlətə qarşı necə ərazi iddiası irəli sürə bilər? Sadəcə, absurd bir yanaşmadır. Onlar bu cür yalan və iftiralarla insanların başını qatmağa, baş verəcək prosesin qarşını almağa çalışırlar. Qərbi azərbaycanlıların doğma yurdlarına qayıdışı onların təbii hüququdur. Bütün beynəlxalq təsisatlar – BMT-nin qanunverici aktları, Cenevrə Konvensiyası təsbit edir ki, insan doğulduğu yerdə yaşaya bilər. Əgər siz onları ötən əsrin 80-ci illərinin sonlarında, 90-cı illərinin əvvəllərində deportasiyaya məruz qoymuşsunuzsa, bu, heç də o demək deyil ki, soydaşlarımız həmin torpaqlardan gözlərini çəkiblər. Bəli, bu, çox ciddi məsələdir və Azərbaycan dövləti də bunda maraqlı olduğunu bildirir. Hazırda bölgədə hüquqları pozulmuş bütün insanların hüquqları təmin edilməlidir. Onların bu istəyi nə beynəlxalq hüquqa, nə də hansısa qanunverici akta ziddir. Ermənistanın da heç bir qanununu pozmur, onun dövlət maraqlarına zərbə endirmir. Bir halda ki, deportasiyaya uğramış insanlar Ermənistanın vətəndaşlığını qəbul etməyə, yaşadığı ölkənin rifahı naminə çalışmağa hazır olduqlarını bildirirlər, onda nədən bunun müqabilində rəsmi İrəvan siyasi oyunbazlıqla məşğuldur. Niyyətləri qayıdışın qarşısını almaqdır. Əlbəttə ki, onların bu niyyəti baş tutmayacaq. Azərbaycan dövlətinin, Azərbaycan xalqının, ilk növbədə isə Qərbi azərbaycanlıların icma olaraq məsələyə bu cür sağlam yanaşması onu göstərir ki, biz bölgədə qanunvericiliyin bərpasını istəyirik. Ona görə soydaşlarımızın doğma kənd və şəhərlərinə qayıdışı təmin edilməlidir. Bundan ötrü bütün hüquqi mexanizmlər mövcuddur. Hüquq, tarix və ədalət Qərbi azərbaycanlıların tərəfindədir. Burada ikili yanaşma ola bilməz”.

Erməni “siyasi eksperti”, sabiq ombudsman Tatoyanın dünya birliyini yanlış məlumatlandırmaq, ictimaiyyətə Azərbaycanın “aqressiv planları” barədə dezinformasiya çatdırmaq səylərinin nəticəsiz qalacağına əmin olan T.Abbasov daha sonra bildirdi: “Bu məsələdə Azərbaycan dövlətinin əməyi və xidməti, demək olar ki, çox cüzidir. Hökumət, sadəcə, icmaya yardım edir. İcmanın isə təbii haqqı və istəyi doğma torpaqlarına qayıtmaqdır. Burada anlaşılmaz və mürəkkəb heç nə yoxdur. Əgər İrəvan vəziyyəti süni şəkildə gərginləşdirməyə, yeni münaqişə yaratmağa çalışırsa, əbəs yerə zəhmət çəkir”.

* * *

Hər bir anlaşılmazlığın aydınlaşdırma müstəvisi, beynəlxalq hüquq kimi platforması var. Danılmaz həqiqət ondan ibarətdir ki, azərbaycanlılar Qərbi Azərbaycan dediyimiz Ermənistana qayıtmalıdırlar. İrəvanın belə bir həssas məsələyə bu cür psixoloji-emosionallıqla, qeyri-müəyyənliklə reaksiya verməsi, əsassız bəyanatlarla çıxış etməsi, aydın məsələdir ki, qarşı tərəfin narazılığına səbəb olur. Ermənistan hakimiyyəti, ən azı, əlahəzrət faktı yaddan çıxarmamalıdır. Çünki o, çox inadkar məfhumdur. İndi yaxın tarixin xronologiyasını bərpa etmək lazım gəlsə, belə bir mənzərə ilə üzləşərik: Azərbaycan ərazisinin işğalından əvvəl azərbaycanlıların Ermənistan ərazisindən qovulması faktdır. Bu qanunsuzluq və ədalətsizlik 1988-ci ildən etibarən davam edib. İndi Ermənistandan qovulmuş azərbaycanlıların öz doğma yurduna, yaşayış yerlərinə qayıtmasını təkcə insan hüquqları deyil, tarixi hadisələrin təbii gedişatı və demoqrafik amil də diktə edir. Bu məqamda onu da deməyi vacib sayırıq ki, Ermənistanın bütün keçmiş ombudsmanlarının bəyanatlarına, tez-tez dəyişən təyinatlarına, kadr sıçrayışlarına baxmayaraq, bu ölkəni hava yolu ilə tərk edən vətəndaşların sayı gələnlərdən qat-qat çoxdur. Yəni bu gün Ermənistanda depopulyasiya prosesi gedir. Həm də bu prizmadan yanaşanda azərbaycanlıların Ermənistandakı ata-baba yurdlarına qayıtması tamamilə qaçılmaz proses olduğu kimi, İrəvan üçün də demoqrafik yöndən strateji əhəmiyyət kəsb edir. Məsələnin bu qədər sadə izahı da var.

Axı tarixi proses, evolyusiya heç də keçmiş ombudsmanların utopik mülahizələrindən, yaxud revanşistlərin boğazlarında qalmış “böyük Ermənistan” haqqında uydurma xəyallarından asılı deyil. Ermənistanın indiki hakimiyyəti tarixin geridönməz təkərinə donkixotsayağı müqavimət göstərmək səylərindən əl çəkməli, azərbaycanlıların, deyək ki, Zəngəzur rayonuna qaytarılması prosesinin təfərrüatlarını müzakirə etməkdən ötrü Qərbi Azərbaycan İcması ilə danışıqlara başlamalıdır. Onsuz da gec-tez, bu, baş verəcək.

“Bu gün biz Azərbaycan xalqının əyilməz ruhunu Qarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında görürük. O torpaqları heç vaxt görməyən Qarabağdan, Şərqi Zəngəzurdan olan soydaşlarımız həvəslə, səbirsizliklə o qayıdış gününü, Böyük Qayıdış proqramının icrasını gözləyirlər. Əslində bu proqram artıq icra edilir. Heç vaxt o torpaqlarda yaşamamış, amma o torpaqlara qayıtmaq eşqi ilə yaşamış qarabağlılar bu gün Qarabağa qayıdırlar. Mən əminəm ki, biz eyni mənzərəni Qərbi Azərbaycana qayıdış dövründə də görəcəyik”. Bunu Prezident İlham Əliyev Aşıq Ələsgərin Bakıda abidəsinin açılış mərasimindəki çıxışında xalqımızın məruz qaldığı deportasiyalar haqqında danışarkən deyib.

Aydın və birmənalı mesaja rəsmi İrəvan, hələlik, reaksiya verməyib. Qonşusunun torpağını işğal etməsi ilə soydaşlarımızın doğma yurdlarına – Qərbi Azərbaycana qayıdışını eyniləşdirən hay zehniyyətinin daha nələrə əl atacağı öz işidir. Amma İrəvan sağlam və ədalətli çağırışlara cavabı gecikdirməklə özünü dalandan quyuya tərəf sürükləmiş olur...

İmran BƏDİRXANLI
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBu mövzuda digər xəbərlər:
seeBaxış sayı:168
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 28 Dekabr 2024 10:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see418

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

21 Avqust 2026 07:56see350

Məmməd Musayevin qardaşı oğlunun şirkəti fəaliyyətini dayandırdı KONKRET

21 Avqust 2026 11:00see345

Qarabağ Niderlandda Tvente ni məğlub etdi

20 Avqust 2026 23:55see314

Salyanda 16 yaşlı qızın toyunun qarşısı alınıb

21 Avqust 2026 04:41see252

ADY də milyardlıq zərər: problem maliyyədədir, yoxsa idarəetmədə?

22 Avqust 2026 04:17see227

Pensiya ilə bağlı mühüm ANONS: yığılan pulu tez almaq üçün… Müzakirələr başladı KONKRET

21 Avqust 2026 08:59see200

Vens ABŞ nin İrana qarşı iqtisadi təzyiq kampaniyasının dəqiq müddətinin olmadığını bildirib

21 Avqust 2026 07:11see189

Pensiya yaşı ilə bağlı SON DƏQİQƏ İxtisara düşsəniz...

21 Avqust 2026 06:07see181

Çayı belə içmək ÖLDÜRÜR ŞOK XƏBƏRDARLIQ

21 Avqust 2026 07:08see179

Qarayara ilə bağlı rəsmi məlumat

21 Avqust 2026 14:12see175

İxtisas seçiminin nəticələri bu gün elan olunacaq? RƏSMİ AÇIQLAMA

22 Avqust 2026 12:41see174

Almaniya uzaqmənzilli silahlara təxminən 12 milyard avro xərcləmək istəyir

22 Avqust 2026 01:47see170

Nebenzya: İran Yaxın Şərqdə eskalasiyaya səbəb olmayıb

21 Avqust 2026 02:46see170

“Çelsi” “Aston Villa”dan 65 milyon istəyir

22 Avqust 2026 01:56see163

“Dərədə moruq dər, döşdə çiyələk...”

21 Avqust 2026 03:00see163

“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər“

22 Avqust 2026 12:32see162

Hər gün bir milyon dollarlıq fırıldaq: Azərbaycanlıların da olduğu şəbəkə ifşa edildi

22 Avqust 2026 04:56see161

“Bu, Ankara üçün prioritet deyil” Ərdoğan

21 Avqust 2026 07:49see156

Sosial şəbəkədə nalayiq ifadələr səsləndirən şəxs həbs edildi

22 Avqust 2026 01:55see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri