Icma.az
close
up
RU
Spirtli içki bazarında saxtakarlıq: Problemin həlli nədir?

Spirtli içki bazarında saxtakarlıq: Problemin həlli nədir?

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Son günlər spirtli içkidən ölənlər var. Bu say günü-gündən artır. Saxta spirtli içkilərlə mübarizədə hansı tədbirlər görülməlidir?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, spirtli içkilər bazarı ərzaq malları sektorunda ən çox çirklənmiş seqmentlərdən biridir:
“Hələ beş il əvvəl Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi restoranlarda, kafelərdə və gecə klublarında reydlər keçirdi. Nəticədə müəyyən olundu ki, xaricdən gətirilən bahalı içkilərin əvəzinə Azərbaycanda hazırlanmış qarışıq mayelər satılır. Bu fakt ciddi problemləri üzə çıxardı və ekspertizalar aparıldı. Təəssüf ki, həmin dövlət qurumu bu işi ardıcıl davam etdirmədi. Üstəlik, 2019-cu ildə spirtli içkilərin və arağın istehsalı üçün tələb olunan lisenziyalar ləğv edildi. Bundan sonra 60-dan çox spirtli içki istehsalçısı bazara daxil oldu və sektor daha da çirklənməyə başladı. Standartlara uyğun spirtli içkilər istehsal edən müəssisələr qeyri-bərabər rəqabətə dözə bilmədilər. Saxta məhsul istehsalçıları isə bazara ucuz qiymətlərlə daxil olub fəaliyyətlərini davam etdirdilər. Hökumət ötən il spirtli içkilərin minimum qiymətini müəyyən edən qərar qəbul etdi ki, bazardakı qiymət disproporsiyası aradan qaldırılsın. Ancaq bu qərardan sonra saxta içki istehsalçıları da qiymətləri qaldırdılar. Əvvəllər istehlakçılar ucuz məhsul alır, lakin keyfiyyətin aşağı olduğunu bilirdilər. Yeni qərarla isə nə qiymətdə, nə də keyfiyyətdə üstünlük əldə edə bildilər”.
E. Hüseynov onu da qeyd edib ki, bu vəziyyət onu göstərir ki, dövlətin strateji məqsədi biznesin inkişafıdır, istehlakçıların maraqları isə arxa planda qalır:
“Belə bir şəraitdə saxta spirtli içki istehsalçıları hökumətin qərarına uyğun olaraq qiymətləri artırmaqla öz borclarını formal olaraq yerinə yetirmiş oldular. Nəticədə bazar daha da çirklənmiş vəziyyətə düşdü.Müsbət məqam odur ki, spirtli içkilər bazarına nəzarət edən Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti prezidentin fərmanı ilə İqtisadiyyat Nazirliyindən çıxarılaraq Prezident Administrasiyasına tabe bir quruma çevrildi. Bu dəyişiklikdən sonra qurumun fəaliyyətinin daha effektiv olacağı gözlənilir. Digər tərəfdən, Qida Təhlükəsizliyi Agentliyi yalnız məhsulların təhlükəsizliyini təmin edir, lakin keyfiyyətə nəzarət mexanizmi yoxdur. Agentliyin nizamnaməsində dəyişiklik edilməli və keyfiyyətə də nəzarət mexanizmləri yaradılmalıdır. Rəsmi statistikalara nəzər salsaq, Qida Təhlükəsizliyi Agentliyinin məlumatlarında qida və spirtli içkilərdən zəhərlənənlərin sayı gerçək göstəricidən 1400 dəfə az göstərilir. Bu isə ölkədə zəhərlənmə halları ilə bağlı qeydiyyat sisteminin təkmilləşdirilməsinin vacibliyini ortaya qoyur. Qeydiyyatın hansı qurum tərəfindən və necə aparılmalı olduğu isə hələ də qeyri-müəyyəndir. Belə bir vəziyyətdə istehlakçılar həm keyfiyyətsiz məhsul almağa, həm də təhlükəli spirtli içkilərdən istifadə etməyə məcbur olurlar. Dövlətin istehlakçı siyasəti dəyişməli, Qida Təhlükəsizliyi Agentliyinin nizamnaməsində dəyişikliklər edilməli, operativ yoxlama mexanizmi yaradılmalıdır. Təəssüf ki, hazırda bu istiqamətdə real tədbirlər görülmür. Saxta spirtli içkilərlə mübarizə aparmaq üçün vətəndaş cəmiyyəti və kütləvi informasiya vasitələri birgə fəaliyyət göstərməlidir. Ciddi ictimai nəzarət olmalıdır, çünki saxta məhsul istehsalı yerli icra orqanlarının, müvafiq dövlət qurumlarının gözü qarşısında baş verir. Cəmiyyət bu məsələyə qarşı mübarizə aparmalıdır. Qida Təhlükəsizliyi Agentliyi elə bir sistem qurmalıdır ki, vətəndaşlar, istehlakçılar və media bu qurumla əməkdaşlıq edərək saxta içkilər barədə operativ məlumat verə bilsinlər. Bütün hallarda, saxta spirtli içkilərlə rastlaşan insanlara tövsiyə olunur ki, Qida Təhlükəsizliyi Agentliyinə məlumat versinlər”.
Leyla Turan
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 27 Fevral 2025 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see304

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see294

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see285

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see277

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see261

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see259

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see243

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see236

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see225

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see207

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see197

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see195

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see191

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see189

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see185

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see175

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see171

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see170

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see165

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri