Icma.az
close
up
RU
Sputniki Azərbaycana Ramiz Mehdiyev Əli Həsənov cütlüyü gətirib

Sputniki Azərbaycana Ramiz Mehdiyev Əli Həsənov cütlüyü gətirib

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Real TV-nin rəhbəri Mirşahin Ağayev Azərbaycanda fəaliyyət göstərən “Sputnik Azərbaycan”la bağlı sensasion fikirlər səsləndirib.

Modern.az xəbər verir ki, o, bu barədə müəllifi olduğu “Mir Şahinin vaxtı” verilişində çıxış edib. Jurnalist sözügedən media orqanının Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənov və Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin razılığı ilə ölkəyə gətirildiyini bildirib:

“Təxminən 10 il əvvəl  “Sputnik Azərbaycan”la bağlı məqalə yazmışdım. Təəssüf ki, indi tapmaq mümkün deyil. Çünki həmin zaman Əli Həsənov məqaləni dərhal yığışdırmağımı tələb etdi. Məqalə “Sputnik Azərbaycan”nın bağlı olduğu “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyi, şəxsən Marqarita Simonyanın redaksiya siyasəti haqqında idi. Bütün cəhdlərimə baxmayaraq, Əli Həsənovu haqlı olduğuma inandıra bilmədim, məqaləni yığışdırmağa məcbur olduq. İndi isə aydın olur ki, “Sputnik Azərbaycan”ı ölkəmizə elə Ramiz Mehdiyev-Əli Həsənov cütlüyü rəhbərliklə razılaşdırmadan gətiribmiş”.

M.Ağayev prosesin 2006-cı ildə baş verdiyini qeyd edib:

“Həmin tarixdə “RİA Novosti” agentliyinin Azərbaycanda rəsmi nümayəndəliyinin yaradılması müzakirə olunmağa başlayır. Agentliyin nümayəndə heyəti Azərbaycana gələrək Ramiz Mehdiyevlə görüşür.  Bundan sonra “RİA Novosti”nin Bakı filialı yaradılır,  Azərbaycan xəbərləri Beynəlxalq İnformasiya Agentliyi və Beynəlxalq Mətbuat Mərkəzi açılır. 2015-ci ildə isə Azərbaycan Xəbərləri Agentliyi əvəzinə “Sputnik Azərbaycan” və onun radio redaksiyası fəaliyyətə başlayır”.

Qeyd edək ki, ötən həftə Azərbaycanda “Sputnik-Azərbaycan” və “BBC News Azərbaycanca”nın redaksiyalarının bağlanacağı haqda məlumatlar yayılıb. Bildirilir ki, bu qərar Azərbaycanın dövlət mediasının xaricdə və xarici jurnalistlərin ölkəmizdə fəaliyyətində pariteti təmin etmək məqsədilə qəbul edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:232
embedMənbə:https://modern.az
archiveBu xəbər 17 Fevral 2025 13:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see563

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see410

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see284

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see281

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see270

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see265

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see251

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see240

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see240

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see238

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see233

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see230

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see224

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see223

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see219

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see214

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see193

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see187

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see186

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri