Icma.az
close
up
RU
SSRİ nin edam kvotası tutulan 20 milyon şəxsin bir hissəsi hesabat naminə öldürülüb

SSRİ nin edam kvotası tutulan 20 milyon şəxsin bir hissəsi hesabat naminə öldürülüb

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

SSRİ-də 1930-cu illərdə repressiyasının ən bariz forması ölüm hökmü olub və elə miqyasda olub ki, hətta inqilabdan sonrakı illərin edam terroru belə onların fonunda mülayim görünüb. Vətəndaş müharibəsinin bitməsindən 10 il sonra hökumət qəfildən hətta öz daxilində belə ölüm cəzasına layiq yüz minlərlə “xalq düşmənini” aşkarlayıb.
Edamlar üçün “kvota”
Demokrat.az
musavat.com-a istinadən xəbər verir ki, repressiyaların gücləndiyi dövrlərdə mərkəzi hökumət sadəcə olaraq edamlar üçün “kvota” ayırıb. Beləliklə, 1937-ci il iyulun sonunda SSRİ Xalq Daxili İşlər Komissarlığı “Keçmiş qulaqların, cinayətkarların və digər antisovet elementlərinin repressiya edilməsi əməliyyatı haqqında” əmr verib (30 iyul tarixli 00447).

Ümumilikdə 259 450 nəfər həbs edilməli və onların, demək olar ki, hər dörddə biri (72.950 nəfər) güllələnməli idi. Güllələnməli olanların və ya həbs ediləcək şəxslərin siyahılarını tərtib etmək üçün beş gün vaxt ayrılıb. Əmr yerli rəhbərlərə əlavə siyahıların tərtib edilməsi üçün mərkəzdən icazə tələb etmək hüququ verib, lakin onların azaldılması qadağan edilməyib.
Avqustun sonundan etibarən Siyasi Büro sözün əsl mənasında kvotaların artırılması tələbləri ilə dolub. 1937-ci il avqustun 28-dən dekabrın 15-dək edam üçün ümumilikdə 22.500 nəfər, düşərgələrdə həbs üçün isə 16.800 nəfər üçün kvotaların daha da artırılması ilə bağlı təkliflər təsdiqlənib. Lakin yerli hakimiyyət orqanları sakitləşməyib, yeni-yeni kvotalar istəyiblər.

Beləliklə, 1938-ci ilin son günündə Siyasi Büro daha 48 000 nəfərin edam edilməsinə icazə verib. Dörd ay nəzərdə tutulan əməliyyat bir ildən çox davam edib və ilkin razılaşdırılmış kvotadan artıq 200 min insana təsir göstərib.
1920-ci illərin sonundan 1954-cü ilə qədər neçə nəfər edam edilib?
Arxiv sənədlərinə əsasən 1930-1953-cü illərdə əksinqilabçılıqda, dövlət cinayətlərində ittiham olunaraq, məhkəmə və bütün növ qeyri-məhkəmə orqanları tərəfindən 3 778 234 nəfər barəsində hökm və qərarlar çıxarılıb, onlardan 786 098 nəfəri güllələnib.
Məsələn, Minsk yaxınlığındakı Kurapatyda 1937-ci ildən 1941-ci ilə qədər çox sayda insanın güllələndiyi güman edilən bir məzarlıq var. 1922-ci ildən 1937-ci ilin iyuluna qədər Petroqrad-Leninqradda 2248 nəfər güllələnib. 1937-ci ilin avqustundan etibarən edamların miqyası kəskin şəkildə artıb. Sonra Levaşovo qəbiristanlığı yaradılıb. Cəzaların icrası aktlarına görə, burada 46 771 nəfər dəfn edilib ki, onlardan 40 485 nəfəri siyasi motivlərlə güllələnib.

1930-cu ildən 1953-cü ilə qədər bütün SSRİ-də ümumilikdə 786 min adamın güllələnməsi ilə bağlı məlumat şübhə yaradır. QULAQ məhbuslarının xatirələrindən məlum olub ki, düşərgə rəhbərləri bəzən heç bir məhkəmə və istintaq olmadan məhbusları öldürüblər və təbii ki, onların heç biri edam statistikasına daxil edilməyib.
Tutulanların sayı düzdürmü və onların günahı olubmu?
Stalinin ölümündən iki ay əvvəl, 1 yanvar 1953-cü il tarixinə düşərgələrdə, koloniyalarda və həbsxanalarda 2 milyon 625, xüsusi yaşayış məntəqələrində 2 milyon 753 min insan olub. Sürgün edilən köçkünlər və deportasiyaya məruz qalanların sayı 65 min nəfərə çatıb. Beləliklə, ümumilikdə, inzibati sürgünlərin o qədər də çox olmayan kontingenti nəzərə alınmadan, 5,4 milyondan çox sovet vətəndaşı eyni vaxtda azadlıqdan məhrumetmə və ya çox ciddi formada məhdudlaşdırma şəklində repressiyaya məruz qalıb.
Ümumiləşdirilmiş məlumatlar tamamilə aydın deyil və olduqca ziddiyyətlidir. 1937-1938-ci illərdə düşərgələrdən 644 min nəfər azad edilib, 116 min nəfər isə ya öldürülüb, ya da müəyyən səbəblərdən ölüb. Lakin 1937-ci ilin əvvəlindən 1939-cu ilin əvvəlinə qədər məhbusların sayı 496 min nəfər artıb.

1940-cı ildə QULAQ-ın mərkəzləşdirilmiş kartotekasında o vaxta qədər 8 milyona yaxın məhbus haqqında məlumatlar var. 1955-ci ildə QULAQ arxivində 9,5 milyon məhbusun şəxsi işi olub. Təqdim olunan bütün məlumatları ümumiləşdirsək, məlum olur ki, 1920-ci illərin sonundan 1953-cü ilə qədər keçən vaxtda, obrazlı desək, əsrin dörddə biri ərzində ən azı 20 milyon insan sovet həbsxanalarının və düşərgələrinin tikanlı məftillərə əhatələnmiş hasarları arxasında vaxt keçirib.
1988-1989-cu illərdə SSRİ Dövlət Təhlükəsizlik Komitəsi SSRİ Prokurorluğu ilə birlikdə 856 582 nəfərin işinə baxıb. Yekun hesabata əsasən işi baxılan 844 740 nəfər reabilitasiya olunub. Yəni baxılan işlərdə məhkumların, demək olar ki, 99%-nin günahsız olduğu müəyyən edilib.
Azərbaycanda “böyük terror”un qurbanı olanların sayı haqqında dəqiq məlumat yoxdur. Polşalı tarixçi Tadeuş Svetoxovskiyə görə, Bağırov tərəfindən aparılan təmizləmələrdə 70 min azərbaycanlı öz həyatını itirib. A.Q.Uralova görə isə 1937–1938-ci ildə Azərbaycanda repressiya nəticəsində öldürülən insanların sayı 120 mindir. Təbii ki, 1939-cu il siyahıya alınmasına görə, 3,2 milyon əhalisi olan ölkə üçün 120 min böyük rəqəmdir.
 
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:117
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 22 Mart 2025 13:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see217

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see212

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see207

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see176

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see150

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see145

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see143

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see139

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see134

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see132

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see132

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see132

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see130

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri