Icma.az
close
up
RU
Starmer İsrail və HƏMAS a çağırış edib

Starmer İsrail və HƏMAS a çağırış edib

Icma.az bildirir, Ayna portalına istinadən.

"Bu saziş təxirə salınmadan tam şəkildə həyata keçirilməlidir”

İsrail və Fələstinin radikal HƏMAS hərəkatı arasında razılaşma fonunda Böyük Britaniyanın Baş naziri Keir Starmer tərəfləri razılaşmaları tez və tam şəkildə yerinə yetirməyə çağırıb. O həmçinin Qəzza zolağına humanitar yardımın çatdırılmasına qoyulan bütün məhdudiyyətlərin aradan qaldırılmasına çağırış edib.

AYNA.AZ "Reuters" agentliyinə istinadən bildirirm ki, Starmer Hindistana səfəri zamanı deyib: "Bu saziş təxirə salınmadan tam şəkildə həyata keçirilməlidir. Bu, Qəzzaya həyati əhəmiyyət kəsb edən humanitar yardımların çatdırılmasına qoyulan bütün məhdudiyyətlərin dərhal aradan qaldırılması ilə müşayiət olunmalıdır".

O ABŞ, Misir, Qətər və Türkiyəyə "yorulmaz" diplomatik səylərinə görə təşəkkür edib və sazişin həyata keçirilməsinin həm israilli girovların ailələri, həm də Qəzza sakinləri üçün dərin rahatlama anı olacağını vurğulayıb.

“Biz bütün tərəfləri öhdəliklərini yerinə yetirməyə, müharibəyə son qoymağa və münaqişənin ədalətli və davamlı sona çatması və uzunmüddətli sülhə doğru davamlı irəliləyişin əsasını qoymağa çağırırıq”, - Starmer əlavə edib.

Baş nazir həmçinin qeyd edib ki, Böyük Britaniya saziş çərçivəsində ilk addımların həyata keçirilməsini və danışıqların növbəti mərhələsinə keçidi dəstəkləyir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://ayna.az
archiveBu xəbər 09 Oktyabr 2025 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see413

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see369

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see336

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see328

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see288

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see278

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see243

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see233

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see220

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see210

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see207

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see206

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see205

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see194

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see189

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see184

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see176

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see169

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see163

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri