“Starship” kosmik gəmisinin prototipini daşıyan raket altı altıncı sınaq uçuşunu həyata keçirib
Report.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Amerikalı milyarder İlon Maska məxsus “SpaceX” şirkəti çərşənbə axşamı altıncı orbital sınaq buraxılışı çərçivəsində “Starship” kosmik gəmisinin prototipi ilə daşıyıcı raketin buraxılışını həyata keçirib.
“Report” xəbər verir ki, yayım, şirkətin sosial şəbəkə hesabında aparılıb.
ABŞ-nin seçilmiş prezidenti Donald Tramp ilk dəfə olaraq Maskla birlikdə buraxılışı izləməyə gəlib. Buraxılışdan əvvəl “SpaceX”in yaradıcısı və baş icraçı direktoru siyasətçiyə “Starship” gəmisinin texniki xüsusiyyətlərini izah edib.
Buraxılış Boka-Çika kosmodromunun (Texas ştatı) start meydançasından gerçəkləşdirilib. İki pillədən – yuxarı və “Super Heavy” sürətləndiricisindən ibarət olan “Starship” kosmosda “Raptor” mühərrikinin təkrar yanmasını da daxil olmaqla əsas texniki təkmilləşdirmələri yoxlayacaq, istilik qalxanının və Hind okeanına nəzarətli eniş üçün dəyişikliklərin sınağını aparacaq.
Yanacağın əksər hissəsinin sərf olunması və “Starship” kosmik gəmisindən ayrılmasından sonra “Super Heavy” sürətləndiricisi kursunu dəyişərək start meydançasına doğru istiqamət götürüb. Sürətləndirici Maskın “Mexazilla” adlandırdığı “Starbase” obyektinə eniş etməli idi.
Lakin sınaq uçuşu komandası şəraiti əlverişsiz hesab edib və sürətləndirici buraxılışdan təxminən yeddi dəqiqə sonra Texas sahillərində Meksika körfəzinə eniş edib.
“SpaceX” Marsa pilot missiyaları üçün nəzərdə tutulan “Starship” kosmik gəmisinin prototipini hazırlayır. Sahibkarın sözlərinə görə, “Starship” artıq iki ildən sonra ekipajsız olaraq Marsa göndərilə bilər. Maskın baş məqsədi növbəti 20 ildə qırmızı planetdə özünü təmin edən şəhər yaratmaqdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 20 Noyabr 2024 04:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















