Icma.az
close
up
RU
Startap layihələri sənayenin dirçəliş ümidi...

Startap layihələri sənayenin dirçəliş ümidi...

Xalqcebhesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Son illər ən çox müzakirə edilən mövzulardan biri qeyri-neft sənayesinin inkişaf etdirilməsidir. Rəqabətqabiliyyətli, ixrac yönümlü qeyri-neft sənayesi qurmaq üçün isə innovasiyalara ehtiyac var. Azərbaycanda çatışmayan da məhz budur. Yəni, sənayedə xarici bazaralara çıxara biləcəyimiz yeni innovativ sənaye məhsullarımız yoxdur. Bu yolda sıçrayışa nail olmaq üçün isə startap layihələrindən başlamaq lazımdır. Hər halda bu sahədə müyyən addımlar atılır.

“Startap” şəhadətnaməsinin verilməsi üzrə Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) yaradılmış Ekspertlər Şurasının sonuncu iclasında KOB subyektlərindən daxil olmuş 29 müraciətə baxılıb və onlardan 18-nə “Startap” şəhadətnaməsinin verilməsi barədə qərar qəbul edilib. Bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 238-ə çatıb.

“Startap” şəhadətnamələri "OpenConnect" MMC-nin startap investor platforması, "LULLA" MMC-nin uşaqlar və valideynlər üçün nəzarət funksiyalı interaktiv mobil tətbiqi, "İMYEN" MMC-nin tibbi radiologiya sahəsində süni intellekt funksiyalı proqram təminatı, "Vebtypely" MMC-nin “no-code” əsaslı vebsaytların hazırlanması üçün onlayn platforması, "JSM Solutions" MMC-nin biznes üçün CRM tətbiqi, "Yolüstü Service" MMC-nin müxtəlif istiqamətlər və marşrutlar üzrə nəqliyyat axtarış və sifariş sistemi, "Parkhub" MMC-nin parkinq yerlərinin axtarışı və istifadəsi üçün mobil tətbiqi, "Bishir" MMC-nin yemək həvəskarlarını birləşdirən sosial şəbəkə platforması, "Time Agency" MMC-nin tədbirlərin təşkili üçün mobil tətbiqi, fərdi sahibkarlar Bayram Süleymanovun aqrar xidmətlərin axtarışı və sifarişi üçün rəqəmsal platforması, Cəfər Hüseynovun rəqəmsal təhsil platforması, Ağa Əlislamovun virtual sərgilər, konfranslar və şəbəkələşmə tədbirləri üçün onlayn platforması, Arif Babayevin süni intellektə əsaslanan avtomatik proqramlaşdırma üçün onlayn platforması, “Sale 365" MMC-nin əməkdaş motivasiyası və biznesin inkişafı üçün rəqəmsal platforması, "Onvey" MMC-nin onlayn ticarət və çatdırılma xidməti üçün platforma və mobil tətbiqi, "Kinobox" MMC-nin onlayn kinoteatr, "İşgüzar Group" MMC-nin müxtəlif xidmətlər üçün onlayn marketpleysi və "SETM" MMC-nin pirotexniki vasitələrin və partlayıcı qurğuların məsafədən idarəolunması üçün proqram-aparat kompleksi layihələri üçün təqdim edilib.

“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir. Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər.

Qeyd edək ki, qloballaşma və rəqəmsallaşmanın sürətlənməsi müasir sənaye sistemlərində köklü struktur dəyişikliklərinə səbəb olub. Ənənəvi sənaye modelləri getdikcə çevik, innovativ və texnologiya yönümlü yanaşmalarla əvəz olunmaqdadır. Bu transformasiyada startaplar mühüm rol oynayaraq sənaye müəssisələrinin innovasiya potensialının artırılmasında, rəqabət qabiliyyətinin yüksəldilməsində və dayanıqlı iqtisadi inkişafın təmin edilməsində aparıcı qüvvəyə çevrilib.

Startap anlayışı innovativ ideyaya əsaslanan, yüksək artım potensialına malik və qeyri-müəyyən bazar şəraitində fəaliyyət göstərən müəssisələri ifadə edir. Sənaye sahəsində fəaliyyət göstərən startaplar əsasən yüksək texnologiyalar, rəqəmsal həllər və proses innovasiyaları üzərində fokuslanır. Onlar istehsalın avtomatlaşdırılması, resurslardan səmərəli istifadə, məhsul keyfiyyətinin artırılması və yeni biznes modellərinin formalaşdırılması baxımından sənaye müəssisələri üçün strateji əhəmiyyət kəsb edir.

Startapların sənayedə rolu bir neçə əsas istiqamət üzrə qruplaşdırıla bilər. İlk növbədə, startaplar texnoloji innovasiyaların tətbiqini sürətləndirir. Süni intellekt, Əşyaların İnterneti, böyük verilənlər və rəqəmsal əkizlər kimi texnologiyalar məhz startaplar vasitəsilə sənaye müəssisələrinə inteqrasiya olunur. Bu isə istehsal proseslərinin optimallaşdırılmasına və qərarvermə mexanizmlərinin təkmilləşdirilməsinə şərait yaradır.

İkinci mühüm funksiya əməliyyat səmərəliliyinin artırılmasıdır. Startaplar istehsal xərclərinin azaldılması, enerji səmərəliliyinin yüksəldilməsi və logistika proseslərinin optimallaşdırılması üçün innovativ həllər təklif edir. Nəticədə sənaye müəssisələri bazar dəyişikliklərinə daha çevik reaksiya vermək imkanı qazanır. Üçüncü istiqamət rəqabət mühitinin gücləndirilməsi ilə bağlıdır. Startapların bazara daxil olması böyük sənaye şirkətlərini innovasiyaya məcbur edir, texnoloji inhisarçılığın qarşısını alır və yeni bazar seqmentlərinin formalaşmasına səbəb olur.

Beynəlxalq təcrübə göstərir ki, startapların sənaye sisteminə uğurlu inteqrasiyası əsasən əməkdaşlıq modelləri vasitəsilə həyata keçirilir. Bu modellərə korporativ akselerator proqramları, açıq innovasiya platformaları, vençur kapital mexanizmləri və sənaye müəssisələrindən yaranan spin-off startaplar daxildir. Xüsusilə açıq innovasiya modeli sənaye müəssisələrinin startapların çevikliyindən və texnoloji biliklərindən faydalanmasına imkan yaradır.

ABŞ təcrübəsi startap–sənaye əlaqələrinin ən inkişaf etmiş nümunələrindən biri hesab olunur. Silikon Vadisi sənaye texnologiyaları sahəsində fəaliyyət göstərən startapların formalaşması üçün əlverişli ekosistem yaratmışdır. Burada universitetlər, vençur kapital fondları və iri sənaye şirkətləri arasında sıx əməkdaşlıq mövcuddur. Almaniya təcrübəsində isə startaplar “Sənaye 4.0” konsepsiyası çərçivəsində istehsal klasterlərinə inteqrasiya olunur. Dövlət dəstəyi və sənaye–startap tərəfdaşlığı Almaniyada rəqəmsal istehsal texnologiyalarının sürətlə yayılmasına imkan vermişdir.

Çin modeli startapların kütləvi istehsala və qlobal bazarlara sürətli çıxışı ilə xarakterizə olunur. Dövlətin fəal iştirakı və sənaye parklarının yaradılması startapların qısa müddətdə miqyaslanmasını təmin edir.

İsrail təcrübəsi isə elmi-tədqiqat və müdafiə sənayesində yaranan innovasiyaların mülki sənaye sahələrinə kommersiyalaşdırılması ilə seçilir. Bu ölkədə startaplar yüksək texnoloji biliklərə əsaslanaraq qlobal sənaye bazarlarında mühüm mövqelər qazanmışdır.

Startapların sənayedə fəallaşması iqtisadi inkişaf baxımından mühüm nəticələr doğurur. Onlar yüksək ixtisaslı iş yerlərinin yaradılmasına, ixrac potensialının genişlənməsinə və milli iqtisadiyyatın texnoloji asılılığının azalmasına töhfə verir. Eyni zamanda, startaplar dayanıqlı və “yaşıl” sənaye modellərinin formalaşmasını sürətləndirərək uzunmüddətli iqtisadi sabitliyi təmin edir.

Aparılan təhlil göstərir ki, startaplar müasir sənaye sisteminin əsas innovasiya mənbələrindən biridir. Beynəlxalq təcrübə sübut edir ki, startapların uğurlu fəaliyyəti üçün dövlət, sənaye müəssisələri və innovasiya ekosistemi arasında koordinasiyalı əməkdaşlıq zəruridir. Bu baxımdan startapların sənayedə rolunun gücləndirilməsi iqtisadi inkişaf strategiyalarının mühüm tərkib hissəsi kimi qiymətləndirilməlidir.

Son illərdə Azərbaycanda sənayenin şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı dövlət iqtisadi siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Bu kontekstdə startaplar sənaye innovasiyalarının tətbiqində mühüm mexanizm kimi çıxış edir. Xüsusilə Sumqayıt Kimya Sənaye Parkı, Pirallahı Sənaye Parkı, Mingəçevir Sənaye Parkı və Ağdam Sənaye Parkı kimi sənaye zonalarında fəaliyyət göstərən müəssisələrdə startap əsaslı texnoloji həllərə maraq artmaqdadır. Müşahidələr göstərir ki, sənaye parklarında fəaliyyət göstərən müəssisələrin bir qismi istehsalın avtomatlaşdırılması, enerji sərfiyyatının azaldılması və keyfiyyətə nəzarət sistemlərinin qurulması üçün yerli startaplarla əməkdaşlıq etməyə başlamışdır.

Azərbaycanda startapların sənayedə rolunun genişlənməsinə baxmayaraq, bir sıra problemlər qalmaqdadır. Onlara misal olaraq sənaye müəssisələrinin innovasiya risklərinə ehtiyatla yanaşmasını, startapların maliyyə resurslarına çıxış imkanlarının məhdudluğunu, elmi-tədqiqat nəticələrinin kommersiyalaşdırılmasında zəiflik, universitet–sənaye–startap əməkdaşlığının kifayət qədər inkişaf etməməsini göstərmək olar. Bu problemlər startapların sənayedə genişmiqyaslı tətbiqini müəyyən qədər məhdudlaşdırır. Startaplar Azərbaycan sənayesində hələ formalaşma mərhələsində olan, lakin yüksək potensiala malik innovasiya subyektləridir. Sənaye parkları və texnoparklar bu inteqrasiyanın əsas platformaları kimi çıxış edir. Beynəlxalq təcrübə ilə müqayisədə Azərbaycan modelinin əsas fərqi dövlətin təşəbbüskar və tənzimləyici rolunun daha güclü olmasıdır.

Mahir Həmzəoğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 17 Dekabr 2025 23:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Asif İbrahimov: Hazırda bazarlar neftdən çox müharibəyə reaksiya verir

23 İyul 2026 14:47see519

ABŞ administrasiyası diplomatiyaya qapını bağlamaq istəmir

23 İyul 2026 15:33see447

Azərbaycan Mədəniyyəti 2040 Konsepsiyası çərçivəsində 84 genişmiqyaslı tədbirə nəzarət mexanizmi yaradılıb

23 İyul 2026 11:35see298

5 dəqiqəlik üsulla stressi idarə edin

23 İyul 2026 15:05see297

Ət niyə od tutub yanır?

23 İyul 2026 13:49see291

Sosial yardımlar və müavinətlərin ödəniləcəyi tarix AÇIQLANDI

23 İyul 2026 18:24see282

Braqa dan qələbə, Başakşehir dən heç heçə

23 İyul 2026 02:45see264

Müstəmləkəçiliyə qarşı mübarizə əzmimiz

23 İyul 2026 11:13see254

Dövlət bağçası, yoxsa özəl?

24 İyul 2026 09:16see253

Gürcüstanın işığını kimsə söndürdü?.. KİBER HÜCUM? Yoxsa!.. FOTO

24 İyul 2026 07:39see240

İngiltərədən İrana savaş mesajı verildi: “Hazırıq!” KONKRET

24 İyul 2026 09:21see232

Azərbaycana turist axını zəifləyir: İqtisadçı acı reallığı açıqladı

23 İyul 2026 18:49see229

Neft 100 dollar oldu: Maaş və pensiya artacaq?

23 İyul 2026 17:27see226

Yuxuda kosmosa uçmağın mənası nədir?

24 İyul 2026 09:24see223

2 ci kurs tələbəsi vəfat etdi

24 İyul 2026 09:18see222

Avropada benzinin qiyməti qalxdı

23 İyul 2026 18:48see219

Azərbaycan bitkiçilik məhsullarının ixracını genişləndirir

23 İyul 2026 18:08see218

Azərbaycanın smartfon aldığı ölkələr Lider KİMDİR?

23 İyul 2026 19:12see213

Azad edilən 10 kəndə növbəti köç karvanları yola salındı KONKRET

24 İyul 2026 09:18see207

Dollar sabit qaldı, avro ucuzlaşdı Rəsmi

24 İyul 2026 09:24see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri