Icma.az
close
up
RU
Startaplara yeni imkan:

Startaplara yeni imkan:

Azpost saytından alınan məlumata görə, Icma.az bildirir.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Kraudfandinq haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Azpost.info APA-ya istinadən bildirir ki, qanun layihəsi 7 fəsil, 23 maddədən ibarətdir, Azərbaycan Respublikasında səhm və borc əsaslı kraudfandinqin həyata keçirilməsinin hüquqi, təşkilati və iqtisadi əsaslarını, kraudfandinq platforması operatorunun fəaliyyətinə dair tələbləri, habelə onların fəaliyyəti üzərində dövlət tənzimləməsi və nəzarəti məsələlərini tənzimləyir.

Məqsəd iqtisadi fəaliyyət subyektlərinə, xüsusilə də startaplara, mikro, kiçik və orta sahibkarlara onların biznes aktivliyinin artırılması məqsədilə informasiya ehtiyatlarından və sistemlərindən, habelə kapital bazarının imkanlarından istifadə etməklə operativ və davamlı alternativ maliyyələşmə kanallarına əlverişli çıxış imkanlarının yaradılması və maliyyələşmədə iştirak edən investorların hüquqlarının müdafiəsini təmin etməkdir.

Borc əsaslı kraudfandinq qanunla müəyyən olunmuş şərtlər daxilində kraudfandinq layihəsinin maliyyələşdirilməsi məqsədilə layihə sahibinin buraxdığı borc investisiya qiymətli kağızının investorlar tərəfindən alınması qarşılığında pul vəsaitlərinin cəlb olunmasını nəzərdə tutan kraudfandinq, kraudfandinq investorlardan pul vəsaitlərinin cəlb edilməsi məqsədilə hər hansı kraudfandinq layihəsinin kraudfandinq platforması vasitəsilə kütləvi maliyyələşdirilməsi, kraudfandinq kampaniyası kraudfandinq layihəsinin maliyyələşdirilməsi üçün tələb olunan pul vəsaitlərinin toplanması məqsədilə kraudfandinq platformasının internet informasiya ehtiyatında yerləşdirilən elan, kraudfandinq layihəsi qanunla müəyyən edilmiş qaydada pul vəsaitlərinin cəlb edilməsi məqsədilə kraudfandinq platformasında yerləşdirilən təklif, kraudfandinq müqaviləsi kraudfandinq platforması vasitəsilə investorlarla layihə sahibi arasında bağlanılan yazılı müqavilədir.

Səhm əsaslı kraudfandinq qanunla müəyyən olunmuş şərtlər daxilində kraudfandinq layihəsinin maliyyələşdirilməsi məqsədilə layihə sahibinin səhmlərinin investorlar tərəfindən alınması qarşılığında pul vəsaitlərinin cəlb edilməsini nəzərdə tutan kraudfandinqdir.

Bu Qanun dövlətin investisiya siyasətini həyata keçirmək məqsədilə dövlət tərəfindən yaradılmış hüquqi şəxslər və onların təsis etdiyi qurumlara şamil olunmayacaq. Ələt azad iqtisadi zonasında kraudfandinqlə bağlı münasibətlər “Ələt Azad iqtisadi zonası haqqında” qanunun tələblərinə uyğun olaraq tənzimlənir.

Kraudfandinq platforması operator tərəfindən idarə olunan, investorların layihə sahibləri ilə əlaqələndirilməsi yolu ilə kraudfandinqin həyata keçirildiyi və ictimaiyyət üçün açıq olan informasiya sistemidir. Operator məhdud məsuliyyətli cəmiyyət və səhmdar cəmiyyəti formasında yaradılır.

“Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunda göstərilən siyahıya daxil olan dövlətlərin (ərazilərin) vətəndaşları və ya həmin dövlətlərdə (ərazilərdə) qeydiyyata alınmış hüquqi şəxslər, habelə “Hədəfli maliyyə sanksiyaları haqqında” qanunda göstərilən fiziki şəxslər və qurumlar, siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən ofşor zonalarda qeydiyyata alınmış və ya təsisçiləri, mühüm iştirak payının sahibləri və benefisiar mülkiyyətçiləri belə zonalarda qeydiyyata alınmış şəxslər operatorun təsisçisi (iştirakçısı), mühüm iştirak payının sahibi və benefisiar mülkiyyətçisi ola bilməz.

Operatorun fəaliyyətinin müstəsna predmeti səhm və borc əsaslı kraudfandinqin həyata keçirildiyi platformanın idarə edilməsidir. Operator Mərkəzi Bank tərəfindən aparılan Kraudfandinq platformalarını idarə edən operatorların reyestrinə daxil edildikdən sonra platformanın idarə edilməsi üzrə fəaliyyəti həyata keçirə bilər. Operatorun nizamnamə kapitalı və məcmu kapitalı Mərkəzi Bankın müəyyən etdiyi minimum miqdardan az olmamalıdır.

Operatorun adında “kraudfandinq platformasının operatoru” sözləri olmalıdır.Operatorun adında “dövlət”, “milli”, “mərkəzi”, “hökumət”, “zəmanətli” və ya “sığortalı” sözlərindən istifadə edilməsinə yol verilmir. Operatorun adı cəlb edilən pul vəsaitlərinin təminatlı olması, habelə investorların məruz qala biləcəyi risklər haqqında yanlış təəssürat yarada biləcək digər sözləri özündə əks etdirməməlidir. Operatorun idarəetmə funksiyalarının yerinə yetirilməsi səlahiyyəti kənar idarəçiyə verilə bilməz.

Hər hansı şəxs operatorun nizamnamə kapitalında mühüm iştirak payını, o cümlədən mövcud payını mühüm iştirak payına çatdıran əlavə payı, habelə mühüm iştirak payını artıraraq nizamnamə kapitalının 20 (iyirmi), 33 (otuz üç) və ya 50 (əlli) faizinə çatmasına, yaxud bu miqdarı keçməsinə gətirib çıxaran iştirak payını bu Qanunla müəyyən edllmiş qaydada Mərkəzi Bankın razılığı əsasında əldə edə bilər. Qeyd olunan payın əldə edilməsindən əvvəl operator icazə almaq üçün Mərkəzi Banka ərizə təqdim etməlidir.

Operatorun idarəetmə funksiyalarını yerinə yetirən şəxsləri aşağıdakı tələblərə cavab verməlidir:
– ali təhsilli olmalı;
– azı biri Mərkəzi Bank tərəfindən tənzimlənən və nəzarət olunan maliyyə xidmətlərinin göstərildiyi fəaliyyət sahələrində 3 (üç) illik iş təcrübəsinə malik olmalı;
– vətəndaş qüsursuzluğuna malik olmalı.

Operatorun reyestrdən çıxarılması barədə qərarın qəbul edildiyi tarixdən, yaxud operatorun və ya maliyyə bazarlarında fəaliyyət göstərən Mərkəzi Bankın digər nəzarət subyektlərinin maliyyə vəziyyətinin pisləşməsi və prudensial tələbləri pozmaqla əlaqədar onların məcburi ləğv edilməsi, müflis elan edilməsi barədə qərarın qəbul edildiyi tarixdən əvvəlki bir ildən az olmayan müddətdə həmin operatorun və ya nəzarət subyektinin fəaliyyət strategiyasının müəyyən edilməsi və qərarların qəbul edilməsi proseslərində iştirak etmiş idarəetmə funksiyalarını yerinə yetirmiş şəxs müvafiq qərarın qəbul edildiyi tarixdən etibarən 3 (üç) il ərzində operatorun idarəetmə funksiyalarını yerinə yetirən şəxs ola bilməz.

Operatorun idarəetmə funksiyalarını yetirən yetirən şəxs həmçinin 3 (üç) ildən az olmayan müddət ərzində Mərkəzi Bankın tələbi ilə hər hansı digər nəzarət subyektində vəzifəsindən azad edilmiş şəxs (barəsində işə bərpa olunması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarı olan şəxslər istisna olmaqla) ola bilməz.

Operator platformanın idarə edilməsi və kraudfandinq kampaniyasının həyata keçirilməsi ilə bağlı fəaliyyətinə maraqlar münaqişəsinin təsir etməsinə yol verməməlidir. Operator mövcud və potensial maraqlar münaqişəsi hallarının aşkar edilməsi, qarşısının alınması, idarə edilməsi və bu cür hallar barədə məlumatın platformada açıqlanması üçün müvafiq siyasət və prosedurların sənədləşdirilməsini və onlara riayət olunmasını təmin etməlidir.

Operator, onun əməkdaşları, benefisiar mülkiyyətçiləri, nizamnamə kapitalında mühüm iştirak pay sahibləri və operatora aidiyyəti olan digər şəxslər həmin operatorun idarə etdiyi platformada yerləşdirilən layihələrin sahibi ola bilməzlər. Operator öz kraudfandinq platforması vasitəsilə həyata keçirilən kraudfandinq kampaniyaları çərçivəsində hər bir kraudfandinq layihəsinin maliyyələşdirilməsi məqsədilə hədəflənmiş məbləğin 20 (iyirmi) faizindən çox olmayan həcmdə investisiya təklifi verə bilər.

Belə investisiyalar digər investorlarla eyni şərtlərlə həyata keçirilməli və bu barədə məlumat operatorun platformasında açıqlanmalıdır. Operator investor sifarişlərini müəyyən kraudfandinq layihəsinə (öz platformasında və ya üçüncü tərəf platformasında) təşviq edə bilməz, habelə hər hansı kraudfandinq layihəsinin təşviqinə görə ödəniş, endirim, yaxud qeyri-maddi fayda ödəyə və ya qəbul edə bilməz.

Platforma Mərkəzi Bank tərəfindən müəyyən edilən texniki və təhlükəsizlik tələblərinə cavab verməli və funksionallığına uyğun olmalıdır.
Maliyyə bazarlarını tənzimləyən qanunlara əsasən Mərkəzi Bankın nəzarət etdiyi subyektlər, habelə lombardlar, faktorinq və maliyyə icarəsi xidmətləri göstərən şəxslər platformada kraudfandinq layihəsi yerləşdirə bilməzlər.

Fərdi investor tərəfindən bir kraudfandinq layihəsi və bir platforma üzrə qoyula bilən investisiyanın maksimum məbləğini Mərkəzi Bank müəyyən edir. Mərkəzi Bank kraudfandinq layihələrinin maliyyələşdirilməsi üzrə hədəflənən məbləğlərin peşəkar investorlar tərəfindən təmin edilməsinin minimum həddini müəyyən edir. Səhm əsaslı kraudfandinq üzrə layihə sahibi qismində yalnız səhmdar cəmiyyətləri çıxış edə bilər.

Layihə sahibi platformada səhm əsaslı kraudfandinq üzrə yalnız əlavə səhmlər buraxmaqla nizamnamə kapitalını artıra bilər. Layihə sahibi son 12 (on iki) ay ərzində səhm əsaslı kraudfandinq üzrə maksimum 2 (iki) kraudfandinq layihəsini maliyyələşdirə bilər.
Borc əsaslı kraudfandinq yalnız istiqraz buraxılışı vasitəsilə həyata keçirilir. İstiqrazların tədavül müddəti 5 ildən çox ola bilməz. Layihə sahibi son 12 ay ərzində borc əsaslı kraufdfandinq üzrə maksimum iki kraudfandinq layihəsini maliyyələşdirə bilər.

Kraudfandinq kampaniyası çərçivəsində səhmlər və istiqrazlar kütləvi təklif üsulu ilə yerləşdirilir.Kraudfandinq kampaniyası əsas məlumat vərəqəsinin platformada dərc edildiyi gündən başlayır və əsas məlumat vərəqəsində göstərilən müddətdən, lakin istənilən halda 90 (doxsan) gündən çox olmayaraq davam edir. Kraudfandinq kampaniyası başa çatdıqdan sonra 3 (üç) iş günü ərzində operator tərəfindən qiymətli kağızların yerləşdirilməsinə başlanmalıdır. Qiymətli kağızların yerləşdirilməsi müddəti başlanma tarixindən etibarən 3 (üç) iş günündən çox olmamalıdır.

Mərkəzi Bank operatorların ictimaiyyət üçün açıq olan reyestri tərtib edir. Reyestrə operatorun adı, hüquqi ünvanı, idarəetmə funksiyalarını yerinə yetirən şəxslərinin adları, reyestrə daxil edilmə nömrəsi və tarixi, platformanın fəaliyyətinin dayandırılması, habelə reyestrdən çıxarılmış operatorlar barədə məlumatlar daxil edilir. Operator reyestrə daxil edilmiş məlumatlarda dəyişiklik baş verdiyi tarixdən 5 (beş) iş günü ərzində Mərkəzi Banka yazılı məlumat verməlidir. Məlumatda baş vermiş dəyişiklik qeyd olunmalı və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir.

Qanun qəbul ediləcəyi təqdirdə, dərc olunduğu gündən 6 ay sonra qüvvəyə minəcək.

AzPost.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://azpost.info
archiveBu xəbər 17 İyun 2026 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see456

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see364

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see294

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see287

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see280

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see257

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see241

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see241

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see235

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see228

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see227

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see220

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see217

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see214

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see206

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see205

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see193

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see184

Rubio: Ərzaq ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır

01 Noyabr 2026 01:55see184

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri