Icma.az
close
up
RU
Startaplara dəstək üçün yeni addım: Kraudfandinq qanunu müzakirədə

Startaplara dəstək üçün yeni addım: Kraudfandinq qanunu müzakirədə

Azxeber.com saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

""Kraudfandinq haqqında" qanun layihəsi ölkəmizin rəqəmsal iqtisadiyyat ekosistemində, xüsusilə startapların və kiçik sahibkarlığın maliyyələşdirilməsində inqilabi dönüşün hüquqi təməlini qoyacaq”


Bu sözləri Milli Məclisdə çıxışı zamanı deputat Razi Nurullayev deyib.


O bildirib ki, bu qanunun qəbulu ilə kapital bazarlarına çıxış daha əlçatan olacaq:

"Yaxşı ideyası olan gənclərimiz və startaplarımız bankdan kredit almaq istəyəndə ağır girov tələbləri və yüksək faizlərlə üzləşirlər. Bu qanun isə onlara rəqəmsal platformalar vasitəsilə birbaşa insanlardan və investorlardan vəsait toplamaq, öz ideyalarını həyata keçirmək üçün alternativ maliyyə imkanı yaradır. Bu qanunun qəbulu ilə kapital bazarlarına çıxış daha əlçatan olacaq”.

Parlamentari qeyd edib ki, artıq cibində cəmi 100 manatı olan vətəndaş da perspektivli bir startapa yatırım edə biləcək:

"Ümid edirəm ki, bu sahəyə həqiqətən də sərbəstlik veriləcək, əlavə maneələr yaradılmayacaq və sağlam rəqabət təmin olunacaq. Belə olan halda, artıq təkcə böyük şirkətlər və imkanlı investorlar deyil, cibində cəmi 100 manatı olan vətəndaş da perspektivli bir startapa yatırım edə, onun inkişafında pay sahibi ola biləcək. Bu, həm insanların yığımlarının iqtisadiyyata cəlb olunmasına, həm də yeni ideyaların daha sürətlə reallaşmasına ciddi töhfə verəcək”.

Deputat qeyd edib ki, bu sahədə maarifləndirmə işləri aparılmalıdır:

"Bunun üçün elə bu gündən hamımız qolumuzu çırmalayıb maarifləndirmə işlərinə başlamalıyıq. Çünki cəmiyyətimizin bu sahədə bilik və məlumat səviyyəsi hələ də çox aşağıdır. İnsanlar həm imkanları, həm də riskləri düzgün başa düşməlidirlər ki, düzgün qərarlar verə bilsinlər.

Layihədə həm pay müqabilində, həm də borc şəklində vəsait toplamaq imkanı nəzərdə tutulur. Eyni zamanda, investorların vəsaitinin qorunması, məlumatların açıq şəkildə təqdim edilməsi və mümkün risklər barədə əvvəlcədən xəbərdarlıq edilməsi kimi vacib qaydalar da qanunda öz əksini tapıb”.

"Bu qanun həddindən artıq bürokratik tətbiq olunsa, məqsədinə çatmayacaq. Əgər platforma yaratmaq üçün aylarla icazə gözləmək, çoxsaylı sənəd toplamaq, hər xırda dəyişiklik üçün ağır prosedur keçmək lazım olacaqsa, bu sahə inkişaf etməyəcək. Kraudfandinqin ruhu çeviklikdir. Startapın vaxtı yoxdur; ideya bu gün aktualdırsa, maliyyə də bu gün tapılmalıdır. Ən azı bu sahədə fəaliyyətə başlamaq istəyənlər üçün qeydiyyat prosesi mümkün qədər sadə olmalıdır. İlkin mərhələdə müəyyən səhvlərin olması qaçılmazdır, çünki bu sahədə təcrübəmiz hələ yoxdur. Ona görə də bazara giriş üçün imkan yaradılmalı, sonrakı mərhələdə isə təbii seçilmə prosesi getməlidir. Eyni zamanda, Mərkəzi Bank tərəfindən ciddi nəzarət həyata keçirilməlidir ki, dələduzlar və maliyyə fırıldaqçıları insanların maliyyə savadsızlığından istifadə edərək onları aldatmasın”,-deyə deputat qeyd edib.

Şahanə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 07 İyul 2026 12:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see718

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see352

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see321

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see287

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see284

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see273

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see262

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see259

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see243

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see238

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see226

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see226

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see222

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see222

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see219

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see207

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see206

Türkiyədə serial böhranı: Bir bölümün qiyməti milyonları aşdı, aktyorların qazancı kəsilir

07 Noyabr 2026 19:30see191

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see190

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri