Icma.az
close
up
RU
Statistika dünyada çox önəmli transformasiya dövrünü yaşayır Tahir Budaqov

Statistika dünyada çox önəmli transformasiya dövrünü yaşayır Tahir Budaqov

"Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra beynəlxalq əməkdaşlıq istiqamətində çox önəmli addımlar atılıb. Dövlət qurumlarının digər ölkələrlə münasibətlərin müasir standartlar çərçivəsində qurulması üçün ardıcıl tədbirlər görülür. Dövlət Statistika Komitəsi də istisna deyil".

"Unikal" xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinin sədri, Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov deyib. Onun sözlərinə görə, statistika dünyada çox önəmli transformasiya dövrünü yaşayır:

"Son zamanlar müasir informasiya texnologiyalarının tətbiqi sahəsində, yeni məlumat mənbələrinin meydana çıxması səbəbindən statistik istehsal proseslərinin də tamamilə yenidn qurulması istiqamətində tədbirlər görülür. Bu baxımdan Dövlət Statistika Komitəsinin beynəlxalq əməkdaşlıq çərçivəsində digər ölkələrin qabaqcıl təcrübələrinin öyrənilməsi, eyni zamanda Dövlət Statistika Komitəsi tərəfindən qazanılmış təcrübələrin digər ölkələrlə bölüşülməsi baxımından tədbirlər keçirilir. Bir sıra Avropa ölkələri ilə əməkdaşlıq sazişləri imzalamışıq. Onların icrası istiqamətində işlər görülür. Eyni zamanda Asiya regionunda da əməkdaşlığa önəm veririk. Cənubi Koreya ilə çox faydalı əməkdaşlıq təcrübəmiz var".

Anar Kəlbiyev


seeBaxış sayı:47
embedMənbə:https://unikal.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri