Icma.az
close
up
RU
Stiven Hokinqdən Allahın varlığı ilə bağlı suala çox sadə cavab

Stiven Hokinqdən Allahın varlığı ilə bağlı suala çox sadə cavab

Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Alim Stiven Hokinq nəzəri fizika və kosmologiyanın ən mürəkkəb məsələlərini araşdırması ilə tanınsa da, Allahın mövcud olub-olmaması ilə bağlı "ən sadə izaha” sahib idi.

Qaynarinfo xəbər verir ki, "Unilad” nəşrinin qeyd etdiyi kimi, elm və din Allah mövzusunda bir-biri ilə barışmaz mövqelərə malikdir. Lakin dünyanın ən məşhur və ən nüfuzlu alimlərindən biri olan Hokinq bu iki əks qütbə fərqli yanaşaraq onları "qanunlar” əsasında müqayisə etməyə qərar vermişdi.

O, sonuncu kitabı olan "Böyük suallara qısa cavablar” əsərində öz fiziki məhdudiyyətlərindən söz açarkən Allah və din anlayışına da toxunmuşdu. Hokinq yazırdı: "Əsrlər boyu mənim kimi əlillərin Allah tərəfindən lənətləndiyi düşünülüb”.

O isə bu stereotip fikirlə razılaşmadığını bildirərək hesab edirdi ki, hər şeyi başqa cür – daim qüvvədə olan təbiət qanunları ilə izah etmək mümkündür.

"İstəsəniz, bu qanunların Allahın işi olduğunu deyə bilərsiniz, amma bu, daha çox Allahın tərifidir, mövcudluğunun sübutu yox”, – deyə alim fikrini bölüşmüşdü.

Hokinq Allahın və ölüm sonrası həyatın mümkünlüyü ilə bağlı bu sözləri demişdi:

"Hər bir insan nəyə istəsə inanmaqda sərbəstdir. Mən isə hesab edirəm ki, ən sadə izah budur – Allah yoxdur”.

O, kainatı heç kimin yaratmadığını və insan taleyinə heç kimin nəzarət etmədiyini düşünürdü.

"Bu isə məni belə bir dərindən dərkə gətirir: yəqin ki, nə cənnət var, nə də axirət həyatı. Bizim yalnız bu bircə həyatımız var ki, kainatın möhtəşəm quruluşunu dəyərləndirək. Mən bunun üçün son dərəcə minnətdaram”, – o, əlavə etmişdi.

O, insan beynini işləmədikdə sıradan çıxan bir kompüterə bənzədirdi:

"Sındıqdan sonra işləməyən kompüterlər üçün nə cənnət var, nə də axirət həyatı. Bu, sadəcə qaranlıqdan qorxan insanlar üçün uydurulmuş bir nağıldır”.

Bununla belə, alim insanlara belə bir çağırışla müraciət etmişdi:

"Ayaqlarınızın altına baxmaq əvəzinə ulduzlara baxmağı unutmayın. Nə gördüyünüzü anlamağa çalışın və kainatın mövcudluğuna səbəb olan şeylər üzərində düşünün. Maraqlanın. Həyat nə qədər çətin görünsə də, həmişə edə biləcəyiniz və uğur qazana biləcəyiniz bir şey tapılar”.

Xatırladaq kli, böyük alim 2018-ci ildə, 76 yaşında vəfat edib. O, dünyaca məşhur nəzəri fizik, kosmoloq və yazıçı idi. Ən çox ümumi nisbilik nəzəriyyəsi və kvant cazibəsi sahəsindəki işləri ilə, eləcə də "Hər şeyin nəzəriyyəsi: Kainatın mənşəyi və taleyi” (2002) adlı kitabı ilə tanınırdı.

Bundan əvvəl məlum olmuşdu ki, Hokinq 2025-ci il haqqında "proqnoz vermiş” və bu proqnoz qeyri-adi dərəcədə dəqiq olmuşdu. Fizik xüsusilə dünyanın rəqəmsal texnologiyalar vasitəsilə transformasiyasını öncədən demişdi.

Alpər

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 27 May 2025 05:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see306

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see285

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see262

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see257

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see251

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see232

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see227

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see216

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see212

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see211

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see208

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see206

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see200

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see193

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see192

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see189

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see187

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see177

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see175

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri