Icma.az
close
up
RU
STMdən SORĞU: Ermənistan azərbaycanlılara kompensasiya ödəyib?

STMdən SORĞU: Ermənistan azərbaycanlılara kompensasiya ödəyib?

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

Ermənistan Respublikasının Xarici işlər naziri Ararat Mirzoyan 8 yanvar 2025-ci ildə keçirilən mətbuat konfransında "Biz heç vaxt sovet dövründə Ermənistanda azərbaycanlıların yaşadığını, Sovet İttifaqının dağılması ilə birlikdə Ermənistanı tərk etdiklərini gizlətməmişik. Azərbaycanlılar Ermənistanı heç bir məcburi köçkünlük olmadan, sivil şəkildə tərk ediblər. 100 ailə mənzillərini satıb, 12 mindən çox ailə Azərbaycanda yaşayan ermənilərlə mənzillərini dəyişib. 160 mindən çox insan Ermənistan hökumətindən təzminat alıb" fikrini açıqlayıb. 

Sosial Tədqiqatlar Mərkəzindən Bakıvaxtı.az-a verilən məlumata görə, xarici işlər nazirinin bəyanatından bir neçə gün əvvəl bu bəyanatın tam əksini sübut edən Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın 1993-cü il iyulun 23-də "Yerkrapa" terror təşkilatının üzvləri ilə görüşündə Qərbi Azərbaycanlılara qarşı aparılmış etnik təmizləmə siyasəti ilə bağlı çıxışı ictimailəşmişdi.

Sosial Tədqiqatlar Mərkəzinin Qərbi Azərbaycanlılar arasında apardığı rəy sorğusunun nəticələri Ermənistan hökumətinin mövqeyinin və xarici işlər nazirinin mətbuata açıqlamalarının saxta olduğunu, səsləndirilən fikirlərin regional həqiqətləri təhrif etdiyini, azərbaycanlıların indiki Ermənistan ərazisindən könüllü şəkildə ayrılması barədə bəyanatın real faktlarda ziddiyyət təşkil etdiyini və onların etnik təmizləmə siyasətinin qurbanı olduğunu sosioloji sorğu nəticələri əsasında ifşa edib.

Ermənistan Xarici işlər nazirinin sözügedən açıqlamalarını nəzərə alaraq, sorğu iştirakçılarına tarixi torpaqları tərk edərkən Ermənistan hökuməti tərəfindən onlara hər hansı kompensasiya ödənilib-ödənilmədiyi barədə sual ünvanlanıb. Onların arasında kompensasiya aldığını bildirən olmayıb. 

Sorğuda iştirak edənlərin 98.5%-i heç bir kompensasiya almadıqlarını bildirib. 1.5%-i rəy bildirməkdə çətinlik çəkib. Beləliklə, sorğunun nəticələri 160 mindən çox azərbaycanlının Ermənistan hökumətindən təzminat alması iddialarının saxta olmasına dair faktiki sübut əhəmiyyətində qiymətləndirilə bilər.

Qeyd edək ki, sorğunun geniş nəticələri ictimaiyyətə açıqlanacaq.

Sorğular 2025-ci ilin 9–12 yanvar tarixlərində, 1000 nəfər Qərbi Azərbaycanlı arasında keçirilib. Seçmə çərçivəsi onların əvvəllər yaşadıqları tarixi rayon və şəhərlər üzrə əhalinin paylanmasına proporsional müəyyən edilib. Məlumatların toplanılmasında kompüter dəstəkli telefonla müsahibə üsulundan istifadə olunub. Sorğular könüllü iştirak əsasında aparılıb və anonimlik təmin edilib. Respondentlərə nəticələrin yalnız tədqiqat məqsədləri üçün ümumiləşdirilmiş formada istifadə olunacağı barədə zəruri məlumatlar çatdırılıb. Sorğuda əhatə edilmiş respondent sayına əsasən, nəticələrin xəta əmsalı 95% əminlik intervalında 3% təşkil edir.

Gülşən Şərif

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:301
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 14 Yanvar 2025 13:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see366

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see364

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see343

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see338

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see337

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see308

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see303

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see295

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see273

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see270

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see249

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see244

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see228

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see208

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see208

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see202

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see200

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see199

Второй день мероприятий OBS Global в ОАЭ

25 Oktyabr 2026 00:17see177

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri