Icma.az
close
up
RU
Menu

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

STMin İctimai rəyin öyrənilməsi departamenti hesabat yaydı

STMin İctimai rəyin öyrənilməsi departamenti hesabat yaydı

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Sosial Tədqiqatlar Mərkəzinin İctimai rəyin öyrənilməsi departamentinin 2024-cü il üzrə elmi-tədqiqat fəaliyyəti ilə bağlı hesabatının xülasəsi yayılıb.

Redaktor.az xəbər verir ki, departamentin fəaliyyəti 2024-cü ildə aşağıdakı bölmələr üzrə əldə edilmiş nəticələrdə öz əksini tapıb:

I BÖLMƏ üzrə cəmi:  1 kitab, 12 məqalə (o cümlədən 2-si xaricdə olmaqla)
II BÖLMƏ üzrə cəmi: 15 analitik hesabat və analitik təhlil sənədi,11 icmal sənədi, 17 arayış, 17 sorğu əsaslı təhlil sənədi və 11 monitorinqin nəticəsi
III BÖLMƏ üzrə cəmi: 65 mediaya müsahibə, açıqlama, tədbirlərdə məruzə ilə çıxış

2024-cü təqvim il üzrə STM-in İctimai rəyin öyrənilməsi departamenti tərəfindən ictimai-siyasi və sosial-iqtisadi sahələr üzrə aktual mövzularla bağlı kəmiyyət və keyfiyyət metodologiyaları əsasında sosioloji sorğular, fokus qrup müzakirələri və dərinləşdirilmiş müsahibələr təşkil olunub, əldə olunan məlumatlar əsasında analitik hesabatlar, təhlil və arayış sənədləri hazırlanıb. İctimai rəyin formalaşdırılması, dövlət siyasətinin şərhi və təbliği məqsədilə media platformalarında sorğu əsaslı çoxsaylı təhlil sənədləri yerləşdirilib, mediaya müsahibələr verilib, konfrans və tədbirlərdə məruzələrlə çıxışlar edilib.

Departament üzrə 2024-cü ilin birinci yarısı ərzində fəaliyyət ümumilikdə 185 məhsulda – sosioloji sorğular, fokus qrup müzakirələri, analitik hesabat, təhlil və arayış sənədləri, həmçinin elmi-praktiki konfransda məruzə, müsahibə və çıxışlar formasında əksini tapıb.

İctimai rəy sorğuları və tədqiqat layihələri

Departament tərəfindən cari ilin birinci yarısı ərzində ümumi əhali arasında və xüsusi hədəf qruplarla olmaqla, 26.563 respondentin iştirakı ilə 23 sosioloji sorğu, 11 fokus qrup müzakirəsi, 1 dərinləşdirilmiş müsahibə və 2 monitorinq həyata keçirilib. Sosioloji sorğuların 8-i kompüter dəstəkli üz-üzə müsahibə, 13-ü telefonla müsahibə, 2-si onlayn üsulla aparılıb.

Departament tərəfindən ilin əvvəlində növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə bağlı ictimai rəy sorğusu keçirilib. Prezidentin cari ilin birinci yarısı üzrə fəaliyyətinin ictimai rəy əsasında qiymətləndirilməsi məqsədilə “İnam indeksi” seriyası üzrə növbəti (12-ci) tədqiqat layihəsi icra olunub. Eyni zamanda 2024-cü ilin 1 sentyabr tarixində Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdən irəli gələrək, cəmiyyətdə siyasi proseslərə maraq səviyyəsi, Milli Məclisin fəaliyyətinə münasibət, millət vəkilinin fəaliyyətinin qiymətləndirilməsi, Milli Məclisə seçkilər və yeni parlamentdən gözləntilər sorğu əsasında tədqiq edilib.

2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və Azərbaycanda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi ilə əlaqədar olaraq, “Azərbaycanda aktual ekoloji məsələlər, sosial aspektləri və nəticələri”, “COP29: Gender məsələlərinin dəyərləndirilməsi” mövzularında sosioloji sorğular keçirilib.
“Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 14 iyun tarixli 2181 nömrəli Fərmanından irəli gələrək, Prezident Administrasiyasının tapşırığı əsasında müvafiq dövlət orqanları (qurumları) tərəfindən qeyri-yaşayış təyinatlı tikinti obyektlərində aparılan müayinələrin və nəticələrə dair rəylərin dəyərləndirilməsi, vətəndaşların və sahibkarlıq subyektlərinin məmnuniyyətinin öyrənilməsi məqsədilə tikinti obyekti istifadəçiləri (sahibləri) arasında sorğu keçirilib və nəticələrin təhlili əsasında analitik hesabat hazırlanıb.

“Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın Tədbirlər Planının 4.9-cu bəndindən irəli gələrək, “Dövlət orqanlarının (qurumlarının) göstərdikləri xidmətlər üzrə məmnunluğun qiymətləndirilməsi” mövzusunda sosioloji sorğu keçirilib. O cümlədən, hava nəqliyyatında gömrük xidmətlərindən məmnunluğun qiymətləndirilməsi məqsədilə keçirilmiş sorğular əsasında analitik hesabat hazırlanıb.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”in təsdiq edilməsi haqqında 27 mart 2024-cü il tarixli 183 nömrəli Qərarı çərçivəsində paytaxt və ətraf ərazilərdə taksi fəaliyyətinin tənzimlənməsi ilə bağlı aparılan islahatlardan irəli gələrək taksi fəaliyyəti ilə məşğul olanlar və şəhər sakinləri arasında rəy sorğuları keçirilib, analitik hesabat hazırlanıb.

Türk dünyası ölkələri arasında ayrı-ayrı sahələrdə inteqrasiyanın sürətləndirilməsi çərçivəsində Beynəlxalq Türk Akademiyasının sifarişi əsasında “TürkBarometri 2024: Türk dövlətlərində təhsil sisteminə ictimai yanaşmalar” tədqiqat layihəsi icra olunub. Tədqiqat çərçivəsində məktəb və universitet müəllimləri arasında sosioloji sorğu və təhsil ekspertləri ilə müsahibələr aparılıb.
Dövlət orqanlarının (qurumlarının), həmçinin yerli icra hakimiyyəti orqanlarının stasionar və qaynar xətlərinin fəaliyyətinin qiymətləndirilməsi məqsədilə 41 dövlət orqanını (qurumunu) və 79 yerli icra hakimiyyəti orqanını əhatə edən monitorinqlər aparılıb. Monitorinq çərçivəsində sözügedən orqanlara (qurumlara) video-qeydiyyatı aparılmaqla 3000-dən çox zəng edilib.
Spesifik qrup olaraq gənclər arasında internet və sosial media vərdişləri, rəqəmsal hüquqlar haqqında məlumatlılıq, gənclərin rəyində peşə təhsili və onun əmək bazarının tələblərinə uyğunluğu mövzularında sosioloji tədqiqatlar aparılıb. Eyni zamanda Departament tərəfindən postmünaqişə və seçkilərdən sonrakı mərhələndə yeni milli ideya, yeni dövrün hədəfləri, Qərbi Azərbaycana qayıdış mövzusunda Qərbi Azərbaycanlılar arasında, ictimai-siyasi əhəmiyyətli digər mövzularda sosioloji sorğular keçirilib və təhlil sənədləri hazırlanıb.

Departament əməkdaşları bir sıra tədbirlərdə və görüşlərdə, konfranslarda  məruzə ilə çıxış ediblər. O cümlədən, BMT-nin İnkişaf Proqramının (BMTİP) Azərbaycandakı nümayəndəliyi, Mərkəzi Bankın İstehlakçılarla iş departamenti, Rusiya Federasiyasının Sankt-Peterburq Dövlət Universitetinin Tətbiqi Sosiologiya Mərkəzi arasında əməkdaşlıq görüşündə iştirak ediblər.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransında (COP29), MDB PA-nın iştirakçısı olan dövlətlərdə Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi Beynəlxalq institutunun (MDB PA DİMBİ) Bakı filialının təşkilatçılığı ilə “Azərbaycan Respublikasında demokratiya və parlamentarizmin inkişafında siyasi partiyaların rolu” mövzusunda dəyirmi masada, Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondu, “Füyuzat” jurnalı və Sosial Tədqiqatlar Mərkəzinin birgə təşkilatçılığı ilə Əli bəy Hüseynzadənin 160 illik yubileyinə həsr olunmuş tədbirdə, “İkinci Türkçülük Çalışmaları: Dil məsələlərimiz” adlı elmi konfransda, Quba şəhərində keçirilən "Azərbaycanşünaslığın aktual məsələləri" adlı elmi-praktiki konfransda, Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti və Sosial Tədqiqatlar Mərkəzi tərəfindən keçirilən “Böyük Qayıdış” adlı elmi-praktik konfranslarda çıxış ediblər.

Sosial Tədqiqatlar Mərkəzinin və ADPU Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə “...Biz Qərbi Azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq...” adlı elmi-praktiki konfrans keçirilib. Bakı Slavyan Universitetində “Tarixi irsin izi ilə” adlı elmi-praktiki konfrans və “Tarixi Azərbaycan torpaqlarında maddi-mədəni irsimiz”, “Qərbi Azərbaycana qayıdış: tarixi torpaqlarda maddi-mədəni irsimiz” kitablarının təqdimatı keçirilib. Sosial Tədqiqatlar Mərkəzinin və Bakı Slavyan Universitetinin təşkilatçılığı ilə “Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Azərbaycanşünaslığın aktual məsələləri: tədqiqat, elmi diskurs və beynəlmiləlləşmə” mövzusunda XV beynəlxalq elmi konfrans keçirilib və departament əməkdaşları həmin tədbirlərdə məruzə ilə çıxış ediblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:233
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 24 Dekabr 2024 14:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see331

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see323

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see320

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see310

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see271

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see260

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see257

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see253

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see249

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see245

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see222

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see222

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see216

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see210

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see207

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see205

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see190

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see182

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see175

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri