Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Azərbaycan məktəblərində Çin dilinin öyrənilməsi genişlənir

Azərbaycan məktəblərində Çin dilinin öyrənilməsi genişlənir

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu ilə BSB Tam Orta İnnovasiyalar Məktəbi arasında əməkdaşlıq haqqında saziş imzalanıb.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Konfutsi İnstitutundan bildirilib ki, müqavilənin əsas məqsədi Azərbaycan ilə Çin arasında təhsil sahəsində əməkdaşlığı genişləndirmək, Çin dilinin tədrisini inkişaf etdirməkdir. Eyni zamanda, birgə proqramlar vasitəsilə Cin təhsilinə dəstək olmaq, o cümlədən tələbə və müəllim mübadiləsinin həyata keçirilməsi, mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi, iki xalqın tarixi və bədii dəyərlərinin tədqiq olunmasıdır.

Çinin Azərbaycandakı müvəqqəti işlər vəkili Din Tao imzalanma mərasimində iştirak edib. O, əvvəlcə BSB Tam Orta İnnovasiyalar Məktəbinin direktoru Rafiq Yusifzadə ilə görüşüb. Görüşdə təhsil sahəsində Azərbaycan-Çin əməkdaşlığının inkişafı, Azərbaycan məktəblərində Çin dili və mədəniyyətinin tədrisi, məktəblilər üçün dil düşərgələrinin təşkili ilə bağlı fikir mübadiləsi aparılıb.

İmzalanma mərasimində çıxış edən Din Tao Azərbaycan-Çin əməkdaşlıq münasibətlərinin bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də uğurla inkişaf etdiyini deyib. Azərbaycanda Çin dilinə marağın artmasından məmnunluğunu ifadə edən müvəqqəti işlər vəkili bunun iki ölkə arasında dostluq münasibətlərinin daha da genişlənməsinə töhfə verəcəyini vurğulayıb. Qeyd edib ki, Çin Xalq Respublikasının Sədri Si Cinpin dünya sivilizasiyalarının müxtəlifliyinə hörmətlə yanaşmağı tövsiyə edərək, bərabərlik, qarşılıqlı öyrənmə, dialoq və tolerantlıq prinsiplərinə sadiqliyin vacibliyini vurğulayaraq Qlobal Sivilizasiya Təşəbbüsünü irəli sürüb. Bu kontekstdə Çin-Azərbaycan münasibətləri və humanitar əməkdaşlıq Çin dilini öyrənən və Çin mədəniyyətindən ilhamlanan azərbaycanlı gənclərə daha əlverişli imkanlar yaradıb. Gələcəkdə daha çox azərbaycanlı tələbələr Çin mədəniyyətini dərindən öyrənəcək, Çin xalqının mehribanlığını və səmimiliyini duyacaq, Çinə səfər edəcək və orada oxuyub işləyəcəklər. Onlar iki ölkə arasında dostluq səfiri və əməkdaşlıq “körpü”sünə çevriləcəklər, eləcə də Çin-Azərbaycan ortaq gələcəyi olan icmanın qurulmasına töhfə verəcəklər. Hazırda dünyada Çin dilinə maraq göstərənlərin sayı artır. Son illərdə iqtisadi sahədə əldə etdiyi uğurlar səbəbindən Çin dili dünyada ən çox yayılan dillər siyahısında qərarlaşıb. Din Tao şagirdlərə Çin dilini öyrənməklə iki ölkə arasında əməkdaşlığın möhkəmləndirilməsinə öz töhfələrini verməyi arzu edib.

Diqqətə çatdırılıb ki, Konfutsi İnstitutu Azərbaycanda Çin dilinin öyrənilməsi, dərk olunması və qazanılmış biliklərin və bacarıqların təkmilləşdirilməsi üçün platforma rolunu oynayır. İki ölkə arasında dostluq və əməkdaşlığın daha da dərinləşməsi, həmçinin müxtəlif sahələrdə əlaqələrin get-gedə yaxınlaşması bir çox azərbaycanlı gəncin öyrənilən əsas xarici dil kimi məhz Çin dilini seçməsi ilə nəticələnib. Çin dilini öyrənən bir çox tələbələr Çin-Azərbaycan dostluğuna öz xeyir-dualarını və ümidlərini özünəməxsus şəkildə ifadə ediblər. Bu, azərbaycanlı gənclərin Çinə və 5000 illik Çin sivilizasiyasına olan böyük marağından irəli gəlir.

Daha sonra çıxış edən tədris işləri üzrə direktor müşaviri Leyla Şahüseynbəyova Azərbaycan gənclərinin Çin dili və mədəniyyətinin öyrənilməsinə marağının artdığını qeyd edib. O, BSB Tam Orta İnnovasiyalar Məktəbində yaradılan Konfutsi İnstitutunun sinfinin Çin dilinin tədrisi üçün mühüm platformaya çevriləcəyinə və ənənəvi Çin-Azərbaycan dostluğunun möhkəmlənməsinə, iki ölkə arasında təhsil və humanitar sahədə əməkdaşlığın genişləndirilməsinə və Azərbaycanda çinşünaslıq təhsilinin inkişafına töhfə verəcəyinə əmin olduğunu ifadə edib. Qeyd edib ki, Çin dünyaya səs salmış ənənə və fəlsəfəyə sahib olan toplumdur. Bu dilin, mədəniyyətin öyrənilməməsi istənilən bir fərdin inkişafında boşluq kimi dəyərləndirilə bilər. O, Cin fəlsəfəsi, dili, iqtisadiyyatı, mədəniyyətinin ən yüksək səviyyədə təbliğinin tərəfdarı olduğunu söyləyib.

Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov təhsil sahəsində Azərbaycan-Çin əməkdaşlığının inkişafından, Azərbaycan və Çin dillərinin, mədəni irsinin öyrənilməsi və təbliği ilə bağlı proqramların həyata keçirilməsindən danışıb. Bildirib ki, görüş ADU-nun tərəfdaş Huçjou Universitetinin yerləşdiyi Huçjou şəhərinin İbtidai və Orta Təhsil Departamenti ilə əməkdaşlıq proqramının həyata keçirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. R.Abbasov vurğulayıb ki, Avrasiya nəqliyyat-iqtisadi dəhlizlərinin yaradılması, eləcə də İpək Yolu ölkələri arasında humanitar mübadilə və mədəniyyətlərarası dialoqun təmin edilməsi üzrə Çinin “Kəmər və yol” təşəbbüsünün həyata keçirilməsində Azərbaycanın fəal iştirakı təhsil sahəsində Azərbaycan-Çin əməkdaşlığının inkişafına yeni təkan verib. O, ADU-nun Konfutsi İnstitutunun təhsil və mədəni-maarif sahələrində fəaliyyəti, Çinin təşəbbüsü ilə reallaşan “Bir kəmər, bir yol” layihəsinin həyata keçirilməsində Azərbaycanın iştirakına dair elmi tədqiqatların aparılması barədə məlumat verib. R.Abbasov iştirakçıları Konfutsi İnstitutunun fəaliyyəti, Çin dili kurslarına qəbul və tədris qaydaları, Çində təcrübə və tədrisin müxtəlif proqramları ilə tanış edib. Həmçinin Azərbaycanda ibtidai və orta məktəblərdə Çin dilinin tədrisi və Çin mədəniyyətinin təbliği ilə bağlı Konfutsi İnstitutunun planlarından bəhs edib. Qeyd edib ki, Çin dilinin təbliğində, tədrisin müasir təlim metodları əsasında keçirilməsində, Çin dili üzrə milli dərsliklərin hazırlanmasında Konfutsi İnstitutunun mühüm rolu var. Bununla yanaşı, Konfutsi İnstitutu Çin dili kurslarının dinləyicilərini Çinə birillik təhsil almağa göndərir, məktəblilər və tələbələr üçün “Çin dili körpüsü” kursları təşkil edir. Ölkəmizin “Bir kəmər, bir yol” təşəbbüsünün həyata keçirilməsində fəal iştirak etdiyi bir vaxtda Azərbaycanda onlarca Çin şirkəti fəaliyyət göstərir, turizm sahəsində mübadilə genişlənir, müntəzəm olaraq Çin dili üzrə ixtisaslaşmış tərcüməçilərə tələb artır. Digər tərəfdən isə Çin dilini öyrənməyə artan maraq Çin mədəniyyətinə daha dərindən nüfuz etməklə əlaqədardır.

Azərbaycan gənclərinin Çin dili və mədəniyyətinə marağının artdığını qeyd edən R.Abbasov təhsil sahəsində Azərbaycan-Çin əməkdaşlığından danışıb, Ümummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyevin Çinə səfərləri zamanı imzalanmış müqavilələrin əhəmiyyətini vurğulayıb.

Tədbirin sonunda Konfutsi İnstitutunun müəllim və tələbələri konsert proqramı ilə çıxış ediblər. Həmçinin xəttatlıq, kağız kəsimi incəsənəti, düyün vurulması sənəti üzrə ustad dərsləri təşkil olunub. Sonda ənənəvi Çin milli çay mərasimi nümayiş etdirilib. Çin çayı, növləri, istifadə üsulları haqqında geniş məlumat verilib.

BSB Tam Orta İnnovasiyalar Məktəbinin kitabxanasına Çin dilində nəşr edilmiş “Heydər Əliyev və Çin”, “Azərbaycan Respublikası və Çin Xalq Respublikası: diplomatik əlaqələrin qurulmasından keçən 30 il. Prezident salnaməsi”, “İlham Əliyev – iki qədim xalqın dostluğunun müasir davamçısı” və “Heydər Əliyev-100. Tarixi səfərin xronikası” kitabları hədiyyə edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:226
embedMənbə:https://sia.az
archiveBu xəbər 05 Mart 2025 19:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see321

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see293

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see270

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see266

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see251

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see246

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see246

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see237

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see222

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see215

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see203

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see197

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see194

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see191

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see190

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see183

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see178

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see177

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

10 Noyabr 2026 11:18see176

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri