Icma.az
close
up
RU
Türk mədəni irsinin öyrənilməsi və tədrisi

Türk mədəni irsinin öyrənilməsi və tədrisi

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türk Dünyası Həftəsi çərçivəsində Mədəniyyət Nazirliyi, Bakı Dövlət Universiteti TÜRKSOY, Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Əl-Fərabi adına Qazax Milli Universiteti və Türk Dil Qurumunun təşkilatçılığı ilə “Türk dilləri, ədəbiyyatları və tarixlərinin tədrisi müasir çağırışlar kontekstində” mövzusunda beynəlxalq elmi konfrans BDU-da bölmə iclasları ilə davam edib.

“I Türkoloji Qurultayın elmi-mədəni irsi: tədqiqi və tədrisi” adlı iclasında Türk dünyasının ortaq tarixi, dil siyasəti və mədəni inteqrasiyası istiqamətində 18 məruzə dinlənilib.

Məruzələrdə qurultayın Azərbaycanda keçirilmə səbəbləri izah olunub, Azərbaycan ziyalılarının bu mötəbər tədbirin təşkilində və ideoloji xəttinin müəyyənləşməsindəki aparıcı rolu təhlil olunub. Qurultayın türk xalqlarının elmi və mədəni cəhətdən yaxınlaşmasının institusional başlanğıcı olduğu vurğulanıb, ortaq inteqrasiya modelinin tarixi mərhələləri izah edilib.

Bildirilib ki, 1926-cı ildə əsası qoyulmuş ortaq dil, əlifba və mədəniyyət hədəfləri bu gün Türk Dövlətləri Təşkilatının rəqəmsal və elmi inteqrasiya strategiyalarında özünün ən yüksək mərhələsinə çatıb. Türkologiya sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi, ortaq dərsliklərin hazırlanması və birgə elmi layihələrin həyata keçirilməsi vacibdir.

“I Türkoloji Qurultayda dil quruculuğu: öyrənilməsi və tədrisi” adlı panel iclasda isə 17 məruzə dinlənilib.

Məruzələrdə Türkoloji Qurultayın dil quruculuğu sahəsindəki tarixi rolu, ortaq türk ədəbi dili ideyası, Azərbaycan dilinin orfoqrafiya məsələləri, əlifba islahatları, termin yaradıcılığı, qrammatika, dil tədrisi, Beynəlxalq Türk Akademiyasının nəşrləri, milli kimlik və dil siyasəti kimi mövzular geniş şəkildə müzakirə olunub.

Bununla yanaşı, qurultayın elmi-mədəni irsi, türk dillərinin inkişafına təsiri və müasir türkoloji araşdırmalar üçün əhəmiyyəti alimlərin məruzələrində elmi baxımdan təhlil edilib.

“Türk xalqlarının mədəniyyəti, tarixi və onların tədrisi məsələləri” adlı üçüncü bölmədə 15-dək məruzə dinlənilib. Məruzələrdə türk xalqlarının tarixi və mədəni irsi, ümumtürk terminologiyası, Altay və Ural-Altay nəzəriyyələri, qədim türk leksikası, Azərbaycan və özbək türkcəsinin dil xüsusiyyətləri, sintaksis və leksik norma məsələləri, türk xalqlarının tarixi və sivilizasiyasının tədrisi, etnolinqvistik problemlər, müasir yanaşmalar, həmçinin Birinci Türkoloji Qurultayın türk xalqlarının tarixinin və mədəniyyətinin öyrənilməsi və tədrisinə təsiri elmi müstəvidə müzakirə olunub.

T.RÜSTƏMLİ
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:160
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 İyul 2026 11:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri