Stolüstü tennisçini yumruqla vuran məşqçi 6 ay idmandan uzaqlaşdırılıb
sport24.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Rusiya Stolüstü Tennis Federasiyası Sverdlovsk vilayətindən olan məşqçini idmançıya hücum etdiyinə görə altı ay müddətinə diskvalifikasiya edib. Sport24.az xəbər verir ki, hadisə Aleksandr Zaxarov Kuboku zamanı baş verib.
Qarşılaşma zamanı rəqibinə uduzan 11 yaşlı stolüstü tennisçi məşqçisi tərəfindən üzündən yumruq zərbəsi alıb. Hadisəni törədən məşqçi eyni zamanda zərərçəkən idmançının atasıdır.
Bu davranışına görə o, dərhal yarışdan uzaqlaşdırılıb.
Rusiya Stolüstü Tennis Federasiyasının İdman İntizam Komissiyası məşqçini 6 ay idmandan kənarlaşdırıb.
Baxış sayı:134
Bu xəbər 08 Dekabr 2025 15:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















