Icma.az
close
up
RU
Strateji baxımdan mühüm əhəmiyyətli layihə

Strateji baxımdan mühüm əhəmiyyətli layihə

Newscenter.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.


“Yeni iqtisadi reallıqlara və enerji strategiyasına uyğun olaraq Azərbaycan da artıq bir neçə ildir ki, alternativ enerji mənbələrinin müəyyən edilməsi, onlardan istifadənin genişləndirilməsi istiqamətində uğurlu addımlar atır. Bu mənada ölkəmiz “Yaşıl enerji” strategiyasının reallaşması yönündə də əsas təşəbbüskar dövlətlərdən biri kimi çıxış edir. Sevindirici hal ondan ibarətdir ki, Azərbaycanın alternativ enerji mənbələrindən istifadə imkanlarının artırılması təşəbbüsü beynəlxalq səviyyədə də dəstəklənir və ölkəmizin bu istiqamətdə mövcud olan imkanları, həyata keçirdiyi layihələrə maraq artır. Bu günlərdə Mingəçevir şəhərində “8 Noyabr” Elektrik Stansiyasının istifadəyə verilməsi də ölkəmizin enerji sektoruna, xüsusilə alternativ enerji mənbələrinə olan marağın göstəricisi idi”.
Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı İlham Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Mingəçevir şəhərində “8 Noyabr” Elektrik Stansiyasının istifadəyə verilməsini şərh edərkən səsləndirib. Millət vəkili deyib ki, “8 Noyabr” Elektrik Stansiyasının istifadəyə verilməsi tarixi hadisədir və mühüm əhəmiyyət kəsb edir:
“Ona görə tarixci hadisədir və mühüm əhəçiyyət kəsb edir ki, bu layihəyə beynəlxalq maraq da özünü göstərib. Layihənin həyata keçirilməsi prosesində İtaliya və Çin şirkətlərinin iştirakı deyilənləri təsdiqləyir. Bu o deməkdir ki, Bakı hər iki ölkə ilə yüksək səviyyəli əməkdaşlıqm qurmaqla yanaşı, Azərbaycan həmin ölkələrin aparıcı şirkətlərinin diqqətini öz daxili enerji resurlarına, xüsusilə alternativ enerji mənbələrinə cəlb edə bilib və uğurlu əməkdaşlıq nəticəsində belə bir möhtəşəm layihə gerçəkləşib. Layihənin digər əhəmiyyəti isə ondan ibarətdir ki, sözügedən stansiyanın işə düşməsi ilə generasiya gücümüz artacaq, şərti yanacaq sərfiyyatı kəskin aşağı düşəcək:
“Ən əsası enerji təhlükəsizliyimizi daha möhkəm şəkildə təmin etmiş olacağıq. Onu da nəzərə almaq lazımdır ki, “8 noyabr Elektrik Stansiyası qənaətcillik baxımından da səmərəlidir. Stansiyanın istifadəyə verilməsi istismara sərf olunan şərti yanacağı azaltmaqla yanaşı, ətrafa atılan karbon qazının miqdarının xeyli aşağı düşməsinə də səbəb olacaq. Bir sözlə strateji baxımdan mühüm əhəmiyyətli layihə olan “8 noyabr” Elektirk Stansiyası təkcə enerji sektoru deyil, eləcə də digər istiqamətlərdə də inkişafı şərtləndirəcək”.
Süleyman
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 25 İyun 2025 13:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see634

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see627

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see376

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see265

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see264

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see250

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see241

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see240

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see238

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see223

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see214

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see209

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see198

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see194

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see193

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see185

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see185

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see178

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see177

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri