Icma.az
close
up
RU
Strateji kommunikasiya ulduzları İstanbula toplaşacaq

Strateji kommunikasiya ulduzları İstanbula toplaşacaq

Icma.az bildirir, Missiya.az portalına istinadən.


Dekabrın 13-də İstanbulda 4-cü Beynəlxalq Strateji Kommunikasiya Sammiti - “Stratcom 24” öz işinə başlayacaq. 

Missiya.Az Xalqcebhesi.az-a istinadən xəbər verir ki, Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin təşkilatçılığı ilə keçiriləcək tədbirdə 30 ölkədən 3000-dən çox qonağın iştirakı gözlənilir. 

“Haliç Konqres Mərkəzi”ndə keçiriləcək Sammitdə dünya ölkələrinin akademik qurumları, beyin mərkəzləri, dövlət sektoru, mətbuat, özəl sektor, qeyri-hökumət təşkilatlarının və beynəlxalq təşkilatların nümayəndələri “Kommunikasiya və süni İntellekt: tendensiyalar, tələlər və transformasiya” mövzusunda müzakirələr aparacaqlar. 8 panel, 4 çıxış və 6 təkbətək sessiyadan ibarət “Stratcom 24” Sammiti yeni texnologiyalar və süni intellektin kommunikasiya sahəsində təqdim etdiyi yeni imkanlar və təcrübələr üzərində dayanmağı, eyni zamanda bunun yarada biləcəyi müxtəlif problemlərə diqqət çəkməyi hədəfləyir. 

Eyni gündə üç təkbətək sessiya keçiriləcək. Sessiyalarda Türkiyə Prezidentinin xarici siyasət və təhlükəsizlik üzrə baş müşaviri Akif Çağatay Kılıçın “AI dövründə Türkiyə hökumətinin milli təhlükəsizlik perspektivi”, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevin “AI və strateji inkişaf: Azərbaycanın gələcəyinə baxış”, Fələstinin Telekommunikasiya və rəqəmsal iqtisadiyyat naziri Abed-Alrazzaq Natshehin “Rəqəmsal transformasiyanın idarə edilməsi: Fələstinin telekommunikasiya vizyonundan anlayışlar” mövzusunda çıxış edəcəkləri gözlənilir. 

Beləliklə, iki gün davam edəcək Beynəlxalq Strateji Kommunikasiya Sammitində (“Stratcom 24”) süni intellektin yaratdığı imkanlar və risklər, bu üsulla xəbərləşmə, ənənəvi mediada yeni texnologiyaların istifadəsi, yeni mediada məzmun istehsalı, dezinformasiya və məlumat qarışıqlıqları ilə mübarizə, informasiya təhlükəsizliyi və etik məsələlər, eləcə də əməkdaşlıq və informasiya mübadiləsinin gücləndirilməsi kimi mövzular ətrafında fikir mübadiləsi aparılacaq.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://missiya.az
archiveBu xəbər 10 Dekabr 2024 20:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see491

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see443

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see342

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see292

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see283

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see279

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see274

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see267

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see250

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see241

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see235

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see228

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see224

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see220

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see215

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see212

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see211

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see200

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see200

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri