Icma.az
close
up
RU
Статья не опубликована
“Strateji kommunikasiya və böhran kommunikasiyasında yeni trendlər” mövzusunda təlimlərə başlanılıb

“Strateji kommunikasiya və böhran kommunikasiyasında yeni trendlər” mövzusunda təlimlərə başlanılıb

Aznews.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bir sıra dövlət orqan və qurumlarının kommunikasiyaya məsul şəxsləri üçün “Strateji kommunikasiya və böhran kommunikasiyasında yeni trendlər” mövzusunda təlimlərə başlanılıb.

Təlimlər Medianın İnkişafı Agentliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə baş tutur.

Təlimin açılış mərasimində çıxış edən Agentliyin aparat rəhbəri Rəqsanə Kərimova qeyd edib ki, müasir dövrdə informasiya məkanındakı sürətli dəyişikliklər və rəqəmsal transformasiyalar strateji kommunikasiyanın rolunu daha da artırmaqla dövlət qurumları və cəmiyyət arasında effektiv əlaqənin qurulmasını, məlumatların düzgün və operativ şəkildə təqdim edilməsini, qarşılıqlı etimad mühitinin gücləndirilməsini zəruri edir.

O, media subyektləri ilə əlaqələrin təkmilləşdirilməsinin, xüsusilə də böhran vəziyyətlərində ardıcıl və koordinasiyalı mesajların verilməsinin vacibliyinə toxunaraq bildirib ki, bu kimi təlimlər mətbuat xidmətlərinin peşəkarlığının artırılmasına və daha çevik kommunikasiya strategiyalarının hazırlanmasına mühüm töhfə verir.

ADA Universitetinin Tədris işləri üzrə prorektorunun müşaviri Aygün Hacıyeva isə vurğulayıb ki, təlim proqramı iştirakçılara strateji kommunikasiyanı dövlət qurumlarında praktik fəaliyyət sahəsi kimi dərk etməyə, onun funksiyaları, strategiyaları və texnikaları ilə tanış olmağa şərait yaradır.

A.Hacıyeva əlavə edib ki, müxtəlif kontekstlərdə strateji və böhran kommunikasiyasının tətbiqinə dair nümunələrin öyrənilməsi, aktual təcrübələrin təhlili və müzakirəsi iştirakçıların bilik və bacarıqlarının artırılmasına zəmin yaradacaq.

ADA Universitetinin Siyasət araşdırmaları, təhlil və nəşrlər üzrə direktoru, professor Damyan Krnceviç Mişkoviç “Əsaslar, təriflər və reputasiyanın idarə edilməsi: Media seçimləri, PR kampaniyaları, kommunikasiya dövrünün dəstəklənməsi”, “Böhran hallarına hazırlıq və tədbirlər: Uğursuzluq yolu ilə öyrənmə, yenilənmə və bərpa prosesinin müqayisəsi”, “Göz və qulaq üçün yazı: Mesajın dizaynı, dil abstraksiyası və seçim, hisslərin idarə edilməsi” adlı üç sessiyada çıxış edərək, kommunikasiyaya məsul şəxslərlə mövcud və yeni yanaşmalar ətrafında müzakirə aparıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:32
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 24 Aprel 2025 16:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see413

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see279

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see227

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see205

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see180

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see170

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see161

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see161

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see161

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see146

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see141

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see140

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see140

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see137

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see133

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see131

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see131

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see128

Bakıda vəkilə hücum etdilər Anar Bağırov münasibət bildirdi

04 Dekabr 2025 19:27see122

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri