Icma.az
close
up
RU
“Strateji kommunikasiya və böhran kommunikasiyasında yeni trendlər” mövzusunda təlimlər yekunlaşıb

“Strateji kommunikasiya və böhran kommunikasiyasında yeni trendlər” mövzusunda təlimlər yekunlaşıb

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 30 aprel, AZƏRTAC

Aprelin 30-u Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İxtisasartırma Proqramının birgə təşkilatçılığı ilə bir sıra dövlət orqan və qurumlarının kommunikasiyaya məsul şəxsləri üçün “Strateji kommunikasiya və böhran kommunikasiyasında yeni trendlər” mövzusunda təlimlər başa çatıb.

AZƏRTAC-ın məlumatına görə, təlimin bağlanış mərasimində çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov qeyd edib ki, informasiya sabitliyinin təmin olunması, dezinformasiyanın qarşısının alınması və ictimai marağın düzgün istiqamətləndirilməsi kommunikasiyaya məsul şəxslərin əsas prioritetlərindəndir. O vurğulayıb ki, dövlət qurumlarının media ilə konstruktiv əməkdaşlığı, məlumatların ictimaiyyətə operativ, dolğun şəkildə çatdırılması qarşılıqlı etimadın qurulmasında vacib komponentlərindəndir.

ADA Universitetinin akademik işlər üzrə prorektoru Elkin Nurməmmədov çıxışında bildirib ki, mətbuat xidmətlərinin fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə təşkil olunan təlimlərin proqramı peşəkar mətbuat ofisinin yaradılması, jurnalistlərdən gələn sorğuların effektiv cavablandırılması və onların suallarına vaxtında, dəqiq cavablar verilməsi kimi vacib aspektləri əhatə edir. O, bu yanaşmanın mətbuat xidmətlərinin işini təkmilləşdirərək ictimaiyyətlə əlaqələrin daha da möhkəmlənməsinə kömək etdiyini diqqətə çatdırıb.

ADA Universitetinin Akademik işlər üzrə prorektorunun müşaviri, İxtisasartırma Proqramının rəhbəri Aygün Hacıyeva çıxışında qeyd edib ki, dövlət orqan və qurumlarının media subyektləri ilə əməkdaşlığını inkişaf etdirmək, qarşılıqlı kommunikasiya əlaqələrini gücləndirmək, eyni zamanda, müasir media mühitində ictimaiyyəti düzgün və operativ məlumatlandırmaq vacibdir. O diqqətə çatdırıb ki, burada əsas məqsəd mətbuat xidmətlərinin rəhbərlərinin işini daha da təkmilləşdirmək, onların fəaliyyətini müasir kommunikasiya sistemlərinə uyğunlaşdırmaq və şəffaflığı təmin etməkdir.

ADA Universitetinin professoru, İnkişaf və Diplomatiya İnstitutunun Siyasi Araşdırmalar, Təhlillər və Nəşrlər üzrə direktoru Damyan Krineviç strateji kommunikasiya, böhran halları və reputasiya məsələlərinə dair çıxış edərək ictimaiyyətlə əlaqələrə məsul şəxslərlə faydalı müzakirələr aparıb.

Təlimin sonunda iştirakçılar sertifikatla təltif olunublar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:167
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Aprel 2025 18:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see628

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see258

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see235

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see234

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see213

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see212

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see212

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see198

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see192

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see187

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see177

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see175

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see170

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see169

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see168

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see156

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see154

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see152

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see150

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri