Icma.az
close
up
RU
Menu

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

Özbəkistanda yerləşən Mədəniyyət Mərkəzindən azərbaycanlı maarifçi ilə bağlı Videoçarx

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

“Həkim məsləhəti” rubrikamızda

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

Bryus Uillisin ailəsi vidalaşmağa hazırlaşır Beyni alimlərə veriləcək

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

Qızılın SON qiyməti

ABŞ NATO dan çıxarsa, ən güclü ölkələr hansılar olacaq?

Daşkənd şəhərində “TASANNO” Beynəlxalq Milli Mətbəx və Mədəniyyət Festivalı keçirilib

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

Bakıda “Avtomobilsiz Gün” keçiriləcək Küçə 10 saat bağlanacaq

Alina Boz körpəsinin cinsiyyətini açıqladı: otağını artıq hazırlayırlar

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

Maks Douman “İpsviç”ə qarşı dubl edərək tarixə düşdü

Strateji maraqlar üzərində qurulmuş çoxşaxəli əməkdaşlıq modeli

Strateji maraqlar üzərində qurulmuş çoxşaxəli əməkdaşlıq modeli

Icma.az bildirir, 525.az portalına istinadən.

Azərbaycan–Əlcəzair münasibətləri: tarixi köklərdən strateji əməkdaşlığa Azərbaycan–Əlcəzair münasibətlərinin müasir mərhələsinin əsasını Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi xarici siyasət strategiyası təşkil edir. 1994-cü ildə diplomatik əlaqələrin qurulması məhz bu uzaqgörən siyasətin nəticəsi olmuşdur. Ümummilli lider tərəfindən müəyyən edilən balanslaşdırılmış və çoxvektorlu xarici siyasət kursu Azərbaycanın inkişaf etməkdə olan ölkələrlə, xüsusilə Afrika dövlətləri ilə əməkdaşlığını prioritet istiqamətlərdən birinə çevirmişdir. Bu siyasət Azərbaycanın beynəlxalq münasibətlər sistemində müstəqil və etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirmişdir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan–Əlcəzair münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Dövlət başçısının həyata keçirdiyi praqmatik və prinsipial xarici siyasət kursu iki ölkə arasında əməkdaşlığın daha da dərinləşməsinə əlverişli şərait yaratmışdır. Onun Ərəb Dövlətləri Liqası çərçivəsində çıxışları, inkişaf etməkdə olan ölkələrin hüquqlarının müdafiəsi və beynəlxalq münasibətlərdə ədalətin təmin olunması ilə bağlı irəli sürdüyü təşəbbüslər Azərbaycanın Qlobal Cənubun fəal üzvü kimi mövqeyini möhkəmləndirmişdir. Bu kontekstdə Əlcəzair ilə siyasi dialoq xüsusi əhəmiyyət kəsb edir.

Eyni zamanda, dövlət başçısının Afrika ölkələri ilə əməkdaşlığa verdiyi önəm Azərbaycanın bu regionda yeni tərəfdaşlıqlar qurmasına zəmin yaratmışdır. Əlcəzairə həyata keçirilən səfərlər və yüksək səviyyəli təmaslar bu əlaqələrin inkişafında mühüm rol oynayır.

Azərbaycan və Əlcəzair hər ikisi zəngin enerji resurslarına malik olmaqla yanaşı, bu resurslardan milli maraqlara uyğun şəkildə istifadə edən ölkələrdir. Hər iki dövlət müstəqil enerji siyasəti yürüdərək qlobal enerji bazarında etibarlı tərəfdaş kimi çıxış edir. Enerji strategiyalarında müşahidə olunan oxşarlıqlar — resursların diversifikasiyası, milli maraqların qorunması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi — bu sahədə əməkdaşlıq üçün geniş perspektivlər açır.

Azərbaycan və Əlcəzair Qoşulmama Hərəkatı çərçivəsində də sıx əməkdaşlıq edir. Azərbaycanın bu təşkilata sədrliyi dövründə irəli sürdüyü təşəbbüslər, xüsusilə pandemiya zamanı BMT səviyyəsində Afrika ölkələrinə dəstək çağırışları qlobal həmrəyliyin gücləndirilməsinə xidmət etmişdir. Bu siyasət Azərbaycanın Afrika qitəsinə münasibətində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Əlcəzair isə bu prosesdə Azərbaycanın etibarlı tərəfdaşlarından biri kimi çıxış edir.

İki ölkə arasında münasibətlərin inkişafında parlamentlərarası əməkdaşlıq da mühüm rol oynayır. Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın Əlcəzairə səfəri və keçirdiyi görüşlər qanunverici orqanlar arasında əlaqələrin möhkəmləndirilməsinə xidmət etmişdir. 2026-cı ildə İstanbulda keçirilən Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin V Konfransı çərçivəsində Sahibə Qafarovanın Əlcəzair Milli Xalq Assambleyasının sədri İbrahim Bouğali ilə görüşü də bu əlaqələrin inkişafına müsbət təsir göstərmişdir.

Eyni zamanda, 2024-cü ildə Əlcəzair parlament üzvlərinin Azərbaycana səfəri, eləcə də 2026-cı ilin aprel ayında Azərbaycan parlament nümayəndə heyətinin Əlcəzairə səfəri göstərir ki, qanunverici orqanlararası münasibətlər yüksələn xətt üzrə inkişaf edir. Dostluq qrupları çərçivəsində keçirilən görüşlər yalnız siyasi dialoqu deyil, həm də xalqlar arasında qarşılıqlı etimadı və anlaşmanı gücləndirir.

Formalaşmış siyasi və institusional baza gələcəkdə iqtisadi və turizm əlaqələrinin genişlənməsi üçün əlverişli zəmin yaradır. Enerji, təhsil, mədəniyyət və turizm sahələrində əməkdaşlıq potensialı kifayət qədər genişdir. İki ölkə arasında mövcud olan dostluq münasibətləri bu sahələrdə konkret layihələrin həyata keçirilməsinə və qarşılıqlı investisiyaların artmasına şərait yarada bilər.    

Azərbaycan–Əlcəzair münasibətlərinin formalaşması yalnız müasir diplomatik proseslərin nəticəsi deyil, eyni zamanda dərin tarixi köklərə, ortaq siyasi təcrübələrə və mədəni yaxınlığa əsaslanır. Bu münasibətlər XX əsrin ikinci yarısından etibarən təşəkkül taparaq, müasir dövrdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş çoxşaxəli əməkdaşlıq modelinə çevrilmişdir.

Görkəmli alim və dövlət xadimi Musa Əliyevin fəaliyyəti Azərbaycan–Əlcəzair əlaqələrinin ilkin mərhələsinin formalaşmasında mühüm rol oynamışdır. Musa Əliyev xatirələrində yazırdı: “Əlcəzairlilər həm zahiri görünüşlərinə, həm də adət-ənənələrinə görə inqilabdan əvvəlki Azərbaycanın adamlarına bənzəyirlər”.

Onun “Ömrüm” xatirə əsərində qeyd etdiyi kimi, 1967-ci ildə SSRİ–Əlcəzair əməkdaşlığı çərçivəsində bu ölkənin neft və qaz ehtiyatlarının öyrənilməsi layihəsinə rəhbərlik etməsi Azərbaycan mütəxəssislərinin beynəlxalq miqyasda nüfuzunu artırmışdır. Müstəqilliyini yenicə qazanmış Əlcəzairdə mürəkkəb siyasi və iqtisadi şəraitdə aparılan geoloji tədqiqatlar nəticəsində yeni yataqların aşkar olunması yalnız elmi nailiyyət deyil, həm də bu ölkənin iqtisadi müstəqilliyinin möhkəmlənməsinə xidmət edən mühüm addım olmuşdur. Bu prosesdə Azərbaycan geoloqlarının rolu xüsusilə qeyd edilməlidir.

1970-ci illərdə minlərlə mütəxəssisin, o cümlədən azərbaycanlı kadrların Əlcəzairdə fəaliyyəti iki ölkə arasında əməkdaşlığın institusional əsaslarını formalaşdırmışdır. “Saharanın geologiyası” və “Atlasın geologiyası” kimi fundamental tədqiqatlar bu əməkdaşlığın elmi bazasını daha da möhkəmləndirmişdir. Həmin dövrdə Əlcəzairdə hakimiyyətə gəlmiş milli azadlıq hərəkatının liderlərindən biri, müdafiə naziri Huari Bumedyen bu tədqiqatların nəticələri ilə şəxsən tanış olmuş və ölkənin geoloji kəşfiyyat sahəsinə ciddi investisiyalar yönəldilmişdir.

İkinci müqavilənin başa çatmasından sonra Sənaye və energetika naziri Abdulsalam Musa Əliyevə Əlcəzairdə qalaraq fəaliyyətini davam etdirməyi təklif etsə də, alim bu təklifi vətənpərvərlik mövqeyi ilə rədd etmişdir: “Siz çox vətənpərvərsiniz, cənab nazir, mən də öz Vətənimi sevirəm”. Onun şərəfinə təşkil olunan vida mərasimində isə Abdulsalam belə demişdir: “Biz sizə üç səbəbə görə minnətdarıq: birincisi, bizə tanımadığımız sərvətlərimizi göstərdiniz; ikincisi, onlara düzgün yanaşmağı öyrətdiniz; üçüncüsü, bu sərvətləri öz əlimizə almağımıza kömək etdiniz. İndi biz öz sərvətlərimizin sahibiyik. Bütün bunlara görə sizə dərin minnətdarlığımızı bildiririk. Təkcə mən yox, bütün Əlcəzair xalqı sizə minnətdardır...”
Azərbaycan–Əlcəzair münasibətləri yalnız iqtisadi və siyasi sahələrlə məhdudlaşmır. Mədəni əməkdaşlıq bu əlaqələrin ən təsirli və davamlı istiqamətlərindən biridir.

Azərbaycanın görkəmli bəstəkarı Rauf Hacıyev 1970-ci illərdə Əlcəzairdə musiqi təhsilinin inkişafına mühüm töhfələr vermişdir. Onun “Üç inqilab”, “Alov” və “Hürriyyət” baletləri bu ölkənin milli ruhunu əks etdirən əhəmiyyətli sənət nümunələrinə çevrilmişdir.

Azərbaycan ədəbiyyatında Əlcəzairin milli azadlıq mübarizəsinin əks olunması xalqlar arasında mənəvi yaxınlığın bariz göstəricisidir. Əlcəzairin milli azadlıq mübarizəsinin simvolu Cəmilə Buhayrat Azərbaycan ədəbiyyatında da geniş şəkildə tərənnüm olunmuşdur. Mirvarid Dilbazi, Nigar Rəfibəyli, Bəxtiyar Vahabzadə və Rəsul Rza kimi görkəmli sənətkarların yaradıcılığında Əlcəzairin milli azadlıq hərəkatı və onun qəhrəmanları xüsusi yer tutur. Mir Cəlal Paşayev isə “Ərəb qızı” əsərində azadlıq uğrunda mübarizə aparan qadın obrazını ümumiləşdirərək bu mövzunu daha da dərinləşdirmişdir.

Bütün bu amillər iki xalq arasında emosional və mədəni bağların formalaşmasına mühüm təsir göstərmişdir.
Ümumilikdə, Azərbaycan–Əlcəzair münasibətləri tarixi dostluq, ortaq dəyərlər və strateji maraqlar üzərində qurulmuş çoxşaxəli əməkdaşlıq modelidir. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi xarici siyasət bu əlaqələrin davamlı inkişafını təmin edir. Mövcud siyasi iradə, artan institusional əməkdaşlıq və beynəlxalq platformalarda qarşılıqlı dəstək bu münasibətlərin gələcəkdə daha da dərinləşəcəyini və yeni strateji mərhələyə yüksələcəyini deməyə əsas verir.

Mehriban Vəliyeva 
Milli Məclisin deputatı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:133
embedMənbə:https://525.az
archiveBu xəbər 02 May 2026 18:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

15 Sentyabr 2026 11:23see439

Özbəkistanda yerləşən Mədəniyyət Mərkəzindən azərbaycanlı maarifçi ilə bağlı Videoçarx

15 Sentyabr 2026 12:22see255

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

16 Sentyabr 2026 01:44see237

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

15 Sentyabr 2026 13:01see232

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

15 Sentyabr 2026 18:49see222

“Həkim məsləhəti” rubrikamızda

15 Sentyabr 2026 16:05see222

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

16 Sentyabr 2026 00:15see219

Bryus Uillisin ailəsi vidalaşmağa hazırlaşır Beyni alimlərə veriləcək

15 Sentyabr 2026 21:41see211

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

15 Sentyabr 2026 21:59see209

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

16 Sentyabr 2026 00:55see203

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

16 Sentyabr 2026 02:07see199

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

15 Sentyabr 2026 19:29see198

Qızılın SON qiyməti

15 Sentyabr 2026 09:23see197

ABŞ NATO dan çıxarsa, ən güclü ölkələr hansılar olacaq?

15 Sentyabr 2026 18:10see197

Daşkənd şəhərində “TASANNO” Beynəlxalq Milli Mətbəx və Mədəniyyət Festivalı keçirilib

15 Sentyabr 2026 21:01see197

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

16 Sentyabr 2026 21:55see195

Bakıda “Avtomobilsiz Gün” keçiriləcək Küçə 10 saat bağlanacaq

15 Sentyabr 2026 18:33see189

Alina Boz körpəsinin cinsiyyətini açıqladı: otağını artıq hazırlayırlar

15 Sentyabr 2026 21:30see179

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see175

Maks Douman “İpsviç”ə qarşı dubl edərək tarixə düşdü

16 Sentyabr 2026 02:19see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri