Icma.az
close
up
RU
Ortaq maraqlar üzərində strateji tərəfdaşlıq

Ortaq maraqlar üzərində strateji tərəfdaşlıq

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Gürcüstanla iqtisadi əlaqələrin inkişaf etdirilməsi ölkəmizin qarşısında duran prioritet istiqamətlərdən biridir. Azərbaycan–Gürcüstan strateji tərəfdaşlığının son illər ərzində keyfiyyətcə yeni mərhələyə yüksəlməsi də bunun bariz ifadəsidir.

Respublikamız əsas ticarət tərəfdaşlarından olan bu dost və qonşu ölkəyə ən çox sərmayə yatırması ilə diqqət çəkir. Eyni zamanda, hazırda hər iki ölkənin birgə həyata keçirdiyi meqa layihələr uğurlu regional əməkdaşlıq nümunəsi olaraq Cənubi Qafqazın transformasiyasına xidmət edir, bölgənin enerji və nəqliyyat xəritəsinin dəyişməsinə, Avropaya “yaşıl” enerji körpüsünün salınmasını sürətləndirir.

Bakı–Tbilisi–Qars dəmir yolunun tam gücü ilə işə salınması üçün birgə səylər göstərilib. Azərbaycanın əlavə sərmayəsi və Gürcüstan tərəfinin səyləri nəticəsində bu yolun yükaşırma qabiliyyəti 1 milyon tondan 5 milyon tonadək artırılıb. Orta Dəhlizin mühüm halqası olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyətinin isə ildə 15 milyon tondan 25 mln tona qədər artırılması istiqamətində fəal işin aparılmasına başlanılıb.

İki qonşu və dost dövlətin səmərəli əməkdaşlığını ifadə edən digər iqtisadi göstəricilər də diqqət çəkir. Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin bu il yanvarın 17-də Azərbaycana işgüzar səfəri çərçivəsində Azərbaycan və Gürcüstan liderlərinin mətbuata bəyanatlarında da bu, öz ifadəsini tapıb. Prezident İlham Əliyev nitqində bir sıra mühüm tarixi faktları diqqətə çatdıraraq Azərbaycanın Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar sərmayə qoyduğunu bildirib: “Azərbaycan Gürcüstan tranziti vasitəsilə hazırda 11 ölkəyə öz təbii qazını ixrac edir, ixrac ildən-ilə artır. Keçən il bu, 25 milyard kubmetrə çatmışdır və bunun 10 faizi – ümumi ixracımızın 10 faizi Gürcüstanın payına düşür. Sizin partiyanızın qələbəsi bütövlükdə Cənubi Qafqazın bundan sonra sabit region olması üçün xüsusi əhəmiyyət daşıyır və biz bu qələbəyə Sizin dostunuz, qardaşınız kimi sevinirik”.

Azərbaycan ilə Gürcüstanın tarixi İpək Yolu üzərində yerləşməsi və ölkələrimiz tərəfindən birgə irimiqyaslı enerji və nəqliyyat layihələrinin icra edilməsi regionumuzdan keçən yük axınının həcmini dəfələrlə artırıb. Azərbaycan–Gürcüstan əməkdaşlığında nəqliyyat-logistika sahəsi xüsusi yer tutub. Ölkələrimiz arasında yuxarıda vurğulandığı kimi, uğurlu regional əməkdaşlıq münasibətləri çərçivəsində irimiqyaslı qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin (Bakı–Tbilisi–Ceyhan (BTC) neft boru kəməri, Bakı –Tbilisi–Ərzurum (BTƏ) qaz boru kəməri, Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu) reallaşdırılması bölgədə sülhə və sabitliyə xidmət edib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan regional əməkdaşlıqda BTC neft kəmərini birinci, BTƏ qaz layihəsini ikinci, BTQ dəmir yolu layihəsini isə üçüncü vacib addım kimi qiymətləndirib: “Ancaq bu həmrəylik sadəcə regional əməkdaşlıqla məhdudlaşmır. Eyni zamanda, bu dəmir yolu üzərindəki hər bir stansiya bir sülh stansiyası, dostluq və həmrəylik stansiyası olaraq dünyaya mesajını verir”.

Ötən müddətdə Şərq–Qərb Dəhlizinin əsas alternativi olan BTQ dəmir yolu marşrutu Azərbaycan ərazisindən yükdaşımaların həcminin xeyli artmasında mühüm rol oynayıb. Gürcüstanın Poti və Batumi limanlarına alternativ kimi, BTQ dəmir yolu Aralıq dənizindəki limanlara və Avropa bazarlarına fasiləsiz çıxışı təmin edib, Şərq–Qərb dəhlizi boyunca əlaqəni daha da yaxşılaşdırıb.

Qeyd edilən faktlar onu göstərir ki, bu gün Gürcüstan – Azərbaycan əlaqələri bütün istiqamətlər üzrə mühüm uğurlarla diqqət çəkir. İki ölkə enerji, nəqliyyat və ticarət sahələrində sıx əməkdaşlıq edir, BTC qaz və BTQ dəmir yolu layihələri bu əməkdaşlığın parlaq nümunəsidir. Başqa sözlə, Azərbaycan və Gürcüstan arasında enerji əməkdaşlığı təkcə ikitərəfli deyil, həm də qlobal miqyasda xüsusi önəm daşıyır. Belə ki, BTC, Cənub Qaz Dəhlizi kimi mühüm enerji layihələri Avropanın enerji təhlükəsizliyinə töhfə verir. BTQ dəmiryolu isə Şərq və Qərb arasında qısa və səmərəli alternativ bağlantı yaradır.

BTQ dəmir yolunun fəaliyyəti ilə bundan sonra yolboyu yerləşən ölkələr arasındakı ticarət dövriyyəsi və qarşılıqlı sərmayə qoyuluşu artacaq, yoldan istifadə edən bütün ölkələr arasındakı əməkdaşlıq dərinləşəcək. BTQ dəmir yolu sabitliyə və təhlükəsizliyə xidmət göstərəcək. Yolun istifadəsi zamanı turizmin inkişafı da geniş vüsət alacaq, turistlərin sayı artacaq. Təbii ki, Bakı–Tbilisi–Qars dəmir yolunun uğurlu fəaliyyəti ölkəmizin geosiyasi əhəmiyyətini artıracaq və Azərbaycan üçün əlavə imkanlar yaradacaq.

Şərqlə Qərb arasında Dəmir İpək Yolu kimi adlandırılan BTQ dəmir yolu Azərbaycanın Orta Dəhliz üzərində yerləşən ən önəmli nəqliyyat hablarından birinə çevrilməsinə xidmət edir. Bu məqsədlə respublikamızda dəmir yolu və liman infrastrukturu davamlı olaraq təkmilləşdirilir, gömrük xidmətində şəffaflığın və operativliyin artırılması üçün islahatlar həyata keçirilir. Təsadüfi deyil ki, Azərbaycan mövcud potensialı sayəsində bu gün qlobal çağırışların öhdəsindən uğurla gələ bilir.

Strateji əhəmiyyətə malik BTQ marşrutu Prezident İlham Əliyevin uzaqgörən siyasətinin məntiqi nəticəsidir. Dövlətimizin başçısı hələ BTQ dəmir yolunun açılışı mərasimində çıxışı zamanı layihənin qlobal əhəmiyyət daşıyacağı mesajını verərək infrastrukturun tarixi qlobal təşəbbüs olduğunu deyib. Bu layihə ölkələri bir-birinə daha yaxın edir, bölgədə sabitliyin, təhlükəsizliyin təminatına mühüm təsir göstərir, eyni zamanda, layihə iştirakçısı olan ölkələrin iqtisadi imkanlarını artırır.

Azərbaycan və Gürcüstan Orta Dəhliz, Cənub–Qərb və digər beynəlxalq tranzit marşrutlarının inkişafında fəal əməkdaşlıq edir. Səmərəli əlaqələr nəticəsində hər iki ölkənin ərazisindən keçən tranzit yükdaşımaların həcmi də getdikcə artır. Yeri gəlmişkən, BTQ dəmir yolunun aşırma qabiliyyətinin 5 dəfədən çox artırılmasının nəzərdə tutulması Orta Dəhlizin daha da gücləndirilməsi məqsədi daşıyır.

Azərbaycan Dövlət Neft Şirkətinin müvafiq qurumu Gürcüstanın qazla təminatında mühüm rol oynayır və neftin topdan və pərakəndə satışını, neft və neft məhsullarının, eləcə də mayeləşdirilmiş qazın ölkəyə idxalını reallaşdırır, neft terminalı və anbarlarının tikintisini gerçəkləşdirir. Şirkət Gürcüstandakı neft satışının 72 faizinə, dizel satışının isə 61 faizinə nəzarət edir, bundan başqa, Kulevi neft terminalı da şirkətin ixtiyarındadır.

Azərbaycan–Gürcüstan əməkdaşlığında energetikanın ənənəvi sahələri ilə yanaşı, “Yaşıl enerji dəhlizi” layihəsi də xsusi yer tutur. Bu məsələdə də hər iki ölkə Avropa dövlətləri ilə sıx əməkdaşlıq edir. Bu istiqamətə böyük sərmayə qoyuluşu nəzərdə tutulur və beləliklə, “Yaşıl enerji dəhlizi”, enerji kabeli inşa edilərək həm Azərbaycan–Gürcüstanın, həm də tərəfdaş ölkələrin enerji təhlükəsizliyi güclənəcək.

Yeri gəlmişkən, 2022-ci il dekabrın 17-də Rumıniyanın paytaxtı Buxarestdə imzalanan “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”i xüsusi qeyd edilməlidir. Bu sənəd yeni dünya düzəninin formalaşdığı bir mərhələdə Avropanın iqtisadi və enerji təhlükəsizliyinin təmin olunması prosesi ilə bağlı zəncirin ən vacib həlqələrindən biridir. Mühüm əhəmiyyətə malik həmin saziş hər iki ölkənin yalnız regionda deyil, eyni zamanda, Avropa ölkələri ilə münasibətlərində etibarlı tərəfdaş olmasının daha bir sübutudur.

Xatırladaq ki, bu saziş çərçivəsində Gürcüstan və Rumıniya arasında min meqavatadək gücə malik 1195 kilometr uzunluqda elektrik ötürmə xəttinin çəkilməsi və rəqəmsal birləşdirici kabelin uzadılması planlaşdırılır. Kabel Azərbaycanda istehsal olunan “yaşıl” elektrik enerjisinin Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya və oradan Avropanın digər hissələrinə nəqli üçün nəzərdə tutulur.

İstər Azərbaycanda, istərsə də Gürcüstanda diqqətçəkən inamlı inkişaf bu ölkələrin ictimai-siyasi sabitliyinin, hər iki dövlət vətəndaşlarının hökumətə olan dəstəyinin məntiqi nəticəsidir. Çünki sabitlik və hökumətin aydın gələcəyə yönələn baxışları bir çox önəmli layihələr icra edilməsinə imkan verir, həm iqtisadiyyatın dinamik artmasını, infrastruktur layihələrinin uğurla icrasını və əhalinin rifahının getdikcə yaxşılaşmasını şərtləndirir.

Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan hazırda 11 ölkəyə Gürcüstan tranziti vasitəsilə təbii qaz ixrac edir və bu rəqəmin artacağı gözlənilir. Bu əməkdaşlıq dost ölkənin enerji təhlükəsizliyində mühüm rol oynayır. Statistikaya əsasən, Gürcüstanın təbii qaz istehlakının 80 faizdən çoxu respublikamızın payına düşür. Eyni zamanda, ölkələr “yaşıl” enerji layihələrində də birgə addımlar atır. Xüsusilə bərpa olunan enerji mənbələri üzərində işlər hər iki hökumətin məsuliyyətini və gələcək inkişaf perspektivlərini ortaya qoyur. Azərbaycan və Gürcüstan arasında bağlanılan 123 sənəd isə iki ölkə arasındakı münasibətlərin möhkəm hüquqi bazasını təşkil edir. Bu sənədlər əməkdaşlığın müxtəlif sahələrində əlaqələrin daha da inkişaf etdirilməsi üçün möhkəm zəmin yaradır.

V.BAYRAMOV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Aprel 2025 10:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türk Dövlətləri Siyasətinə Dəstək Fondu qırğız dilində kitablar nəşr etdirib

29 Avqust 2026 17:51see494

Bakıda biznesmenə qarşı 185 minlik DƏLƏDUZLUQ: 12 il sonra HƏBS OLUNDU

29 Avqust 2026 15:33see288

Mədəniyyətlərin qovuşduğu məkan: “Alyans”da milli rəqs dərnəyi

29 Avqust 2026 14:31see286

Şənbə üçün nəzm

29 Avqust 2026 09:16see282

Süni intellekt bumu dünya iqtisadiyyatını ayaqda saxlayır WSJ

29 Avqust 2026 11:23see256

Günel Zeynalovanın başına iş gəldi Ayağı zədələndi

29 Avqust 2026 17:15see253

ABŞ da mədəaltı vəzi xərçənginə qarşı inqilabi dərman təsdiqlənib

29 Avqust 2026 11:26see251

Vüqar Biləcəri kimdir? Sonuncu zəngində onun adını çəkərək ağlayıb

29 Avqust 2026 23:34see251

Kökü qədim, gələcəyi parlaq: Türk dünyasının iki bədəndə bir can

29 Avqust 2026 15:21see250

İsrail Livanın cənubuna hücum edib

29 Avqust 2026 18:33see245

Qazaxıstan və Özbəkistanda Azərbaycanın turizm təqdimatı

29 Avqust 2026 16:03see238

Neft kəşfiyyatçılarımızın “Üstyurt” axtarışları

29 Avqust 2026 16:05see229

Türkiyənin səhiyyə naziri: Cem Yılmazın vəziyyəti yaxşıdır, müalicəsi davam edir YENİLƏNİB

29 Avqust 2026 23:13see225

Məşhur reper Bakıya gəlir

30 Avqust 2026 01:52see223

Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı FOTO

30 Avqust 2026 01:13see217

ABB xarici maliyyə bazarlarında mövqeyini gücləndirir

29 Avqust 2026 13:39see217

Cem Yılmaz ürək probleminə görə xəstəxanalıq oldu

30 Avqust 2026 05:04see216

Azərbaycanın yeni milyardlıq planı: 2030 cu il üçün BÖYÜK HƏDƏF

29 Avqust 2026 21:13see214

7 ayda qeyri neft ixracı 18,3 faiz artıb

29 Avqust 2026 16:03see214

Azərbaycan əsilli türk məşhurlar Siyahıda görün kimlər var (Fotolar)

30 Avqust 2026 06:06see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri