Stresi artırır, dincəlməyə qoymur Çayla bağlı xəbərdarlıq
Olke.az saytına istinadən Icma.az xəbər verir.
Çay tərkibində kofein və tanin maddələri olan bir içkidir. Bu maddələr qısa müddətdə ayıqlıq və yüngül rahatlama hissi yarada bilər. Buna görə mədə narahatlığı, stres və yorğunluq zamanı çoxları çaya üstünlük verir. Amma bu təsir müvəqqətidir və problemin səbəbini aradan qaldırmır.
Ölkə.Az-ın məlumatına görə, bunu keyfiyyət üzrə mütəxəssis, fudinfulenser Pərvin İbrahimov bildirib.
O xəbərdarlıq edib ki, tünd və ya acqarına içilən çay mədə turşusunu artıra, yanma və şişkinlik yarada bilər: "Stres zamanı isə kofein bəzi insanlarda gərginliyi daha da artırır. Axşam saatlarında içilən çay yuxu keyfiyyətini zəiflədərək bədənin tam dincəlməsinə mane olur".
Mütəxəssis qeyd edib ki, çay düzgün vaxtda və miqdarda qəbul edildikdə faydalı ola bilər: "Çay hər problemin həlli deyil, sadəcə düzgün istifadə edildikdə köməkçi bir vərdişdir".
Ölkə.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 10 Fevral 2026 12:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















