Icma.az
close
up
RU
Stresi nə artırır? ARAŞDIRMA

Stresi nə artırır? ARAŞDIRMA

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

Onlayn alış-veriş bir çox insanlar üçün vaxt qazanmaq və rahatlanmaq vasitəsi hesab olunsa da, aparılan yeni araşdırma bunun əksini göstərib. Finlandiyanın Aalto Universitetinin alimləri müəyyən ediblər ki, internet üzərindən alış-veriş etmək insanlarda stres səviyyəsini xəbər oxumaq, elektron poçtu yoxlamaq və hətta böyüklər üçün nəzərdə tutulmuş kontentə baxmaqdan daha çox artırır.

Redaktor.az xəbər verir ki, tədqiqatın nəticələri "Journal of Medical Internet Research" jurnalında dərc olunub.

Araşdırmada alimlər müxtəlif onlayn fəaliyyət növlərinin istifadəçilərin psixoloji vəziyyəti ilə necə əlaqəli olduğunu öyrəniblər. Əvvəlki tədqiqatlar internetin həm stresi azalda, həm də artıra bildiyini göstərirdi. Lakin insanların stres səbəbindən internetə üz tutduğu, yoxsa internet vərdişlərinin onları daha da gərginləşdirdiyi sualı açıq qalırdı.

Yeni tədqiqatda alimlər nadir tətbiq olunan metoddan istifadə ediblər. Onlar yalnız sorğularla kifayətlənməyib, iştirakçıların cihazlarına real onlayn davranışı qeydə alan xüsusi proqram təminatı quraşdırıblar. Yeddi ay ərzində təxminən 1500 yetkin şəxsin fəaliyyəti izlənilib. Nəticədə 47 milyona yaxın sayt ziyarəti və 14 milyon tətbiq istifadəsi analiz olunaraq iştirakçıların özlərinin bildirdiyi stres səviyyəsi ilə müqayisə edilib.

Tədqiqatın müəlliflərindən biri, doktorant Məhəmməd Belalın sözlərinə görə, əvvəl hesab edilirdi ki, sosial şəbəkələr və onlayn alış-veriş stresdən yayınmaq üçün istifadə olunur. Lakin nəticələr göstərib ki, sosial şəbəkələrdə və onlayn ticarət saytlarında keçirilən vaxtın artması, yaş, cins və istifadə olunan cihazdan asılı olmayaraq, stres səviyyəsinin yüksəlməsi ilə birbaşa əlaqəlidir.

Maraqlı məqamlardan biri isə odur ki, xəbər saytlarını oxumaq, elektron poçtu yoxlamaq və böyüklər üçün nəzərdə tutulmuş kontentə baxmaq orta hesabla daha aşağı stres səviyyəsi ilə əlaqələndirilib. Alimlər bildiriblər ki, bu halda xəbərlərin məzmunu deyil, yalnız saytlarda keçirilən vaxt nəzərə alınıb. Yüksək stres səviyyəsinə malik insanlar, adətən, xəbərlərə daha az müraciət ediblər ki, bu da əvvəlki tədqiqatların nəticələri ilə üst-üstə düşür.

Dosent Yuha Kulşreştanın fikrincə, bu araşdırma rəqəmsal vərdişlərin insanların psixoloji rifahına təsiri barədə hələ də kifayət qədər məlumata malik olmadığımızı göstərir. Onun sözlərinə görə, müəyyən onlayn xidmətlərə sadəcə qadağa qoymaq və ya sərt limitlər tətbiq etmək problemi həll etməyə bilər və hətta insanları çətin dövrdə mühüm dəstəkdən məhrum edə bilər. Alimlər gələcəkdə siyasi, əyləncə və idman xəbərlərinin streslə necə əlaqəli olduğunu ayrıca araşdırmağı planlaşdırırlar.

Nuriyyə NATİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:131
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 14 Yanvar 2026 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see352

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see331

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see312

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see311

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see277

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see273

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see262

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see255

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see223

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see208

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see206

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see204

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see202

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see198

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see196

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see195

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see193

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see185

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see184

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri