Icma.az
close
up
RU
Streslə mübarizə aparın ki, ürəyiniz sağlam olsun

Streslə mübarizə aparın ki, ürəyiniz sağlam olsun

Saglamolun portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Müasir insanların əksəriyyətində, xüsusən də şəhərlərdə yaşayanlarda, fiziki gərginliklərin azalması fonunda sinir-psixoloji gərginliklərin xeyli dərəcədə artması müşahidə edilir.

Şəhərdə yaşayanların əksəriyyətinin işi daha çox sinir gərginlikləri, bir neçə işin icra edilməsi, xeyli miqdarda informasiyaların mənimsənilməsi ilə əlaqədardır. Nəticədə isə sinir sistemi xeyli dərəcədə əziyyətə məruz qalır. Ürək-qan damar sistemi ilə sinir sistemi arasına sıx qarşılıqlı əlaqə mövcud olduğu üçün, bu ona da öz təsirini göstərir. İstənilən güclü emosiya insan orqanizmində bu və ya digər reaksiyaya səbəb olur. Orqanizmin bu reaksiyası ürək-qan damar sisitemi üçün də təsirsiz ötüşmür. Məsələn, insan qorxduqda onun bədənində üşütmə, titrəmə baş verir. Buna səbəb isə qana xeyli miqdarda stres hormonu olan adrenalinin daxil olmasıdır ki, bu zaman ürəyin də işi artmış olur.

Əlbətdə ki, heç bir emosiyasız yaşamaq olmaz. Ancaq bunun da müəyyən bir həddi olmalıdır. Əgər stes vəziyyətləri günbəgün, ildən ilə təkrar olunarsa, insanın sinir sistemi bunun öhdəsindən gələ bilmir. Bu zaman ürək-damar sistemində hipertoniya xəstəliyi, ateroskleroz, daha sonra isə ürəyin işemik xəstəliyi və miokardın infarktı inkişaf edir. Buna görə də stresdən mümkün qədər “qaçmaq”, sonradan onunla mübarizə aparmaqdan daha yaxşıdır. Bunun üçün isə, kardioloqların dediyi kimi, ətrafdakılara mehribanlıq göstərmək, özünüz kimi onları da sevmək, inciklikləri bağışlayıb yaddan çıxarmaq məsləhət görülür. Özünüzə qarşı da artıq dərəcədə tələbkar olmayın – sağlamlığın bağalısına bütün işləri yerinə yetirməyə cəhd etməyin, dincəlməyə də vaxt tapın. Soyuqqanlı ingilislərin belə bir məsəli var: “heç zaman bacardığın hər şeyi etməyə tələsmə”.

Daha bir güclü stres mənbəyi olan Kütləvi İnformasiya Vasitələrini də qeyd etmək lazımdır. Məşhur rus müəlliflərindən birinin qəhrəmanı olan həkim öz pasiyentlərinə deyirdi: “yeməkdən qabaq qəzet oxumayın, bu həzm prosesinin pisləşməsinə səbəb olur”. Beyninizi müharibələr haqqında, insanların iztirabları, kriminal hadisələri və digər bunlar kimi xoşagəlməz məlumatlarla doldurmayın.

Stresli vəziyyətə düşdüyünüz təqdirdə isə bizim məsləhətlərimizə qulaq asın ki, bu vəziyyətən daha tez və daha asan çıxa biləsiniz:

Stres zamanı artıq dərəcədə olan əlavə enerji yaranmış olur. Bu artıq enerjinin insan orqanizmi və onun ürəyi üçün dağıdıcı təsir etməməsi üçün onu vaxtında müsbət istiqamətə yönəltmək lazımdır. Təbiət tərəfindən orqanizmdə olan bu artıq enerjinin sərf edilməsinin ideal həlli yolu nəzərdə tutulmuşdur ki, bu da fiziki aktivlikdir. Bu məqsədlə idman zalında, fitnes klubda (səhhətiniz imkan verirsə) məşq etmək, açıq havada uzun müddətli gəzmək, yoqa və digər aktiv hərəkətlərlə məşğul olmaq məsləhət görülür. Əgər sizin həyat tərziniz belə idman məşğələləri ilə məşğul olmağa imkan vermirsə, belə də etmək olar: paltar yumaq, evdə geniş təmizlik işləri aparmaq, kişilərə - kiçik təmir işləri ilə və s. hərəkətlərlə məşğul olmaq. Bu cür fiziki hərəkətlərlə məşğul olarkən insan orqanizmi stres nəticəsində yaranmış “artıq” enerjini sərf edir. Bu zaman insan özü də bilmədən stresin keçib getdiyini və ya azaldığını hiss etmiş olacaq. Stres ilə mübarizə etməyin ən pis “variantı” – ona passiv şəkildə dözərək əziyyət çəkməkdir! Stesin öhdəsindən gəlmək üçün bir çoxlarına (adətən qadınlara) “şopinqteraya” – mağazaları gəzmək üsulu kömək edir. Stres vaxtı özünüzə qapanmayın – vəziyyəti doğmalarınız və ya yaxınlarınızla müzakirə edin, məsləhət alın. Əksər hallarda yaxın adamlara öz problemlərindən, çətinliklərindən danışdıqdan sonra insan özünü xeyli dərəcədə yüngül hiss etməyə başlayır. Qərb psixoloqları çoxsaylı araşdırmalar nəticəsində belə nəticəyə gəlmişlər ki, stres ilə mübarizədə Allaha müraciət edərək dua etmək ən yaxşı üsuldur. Ümumiyyətlə götürdükdə isə Allaha həqiqi inanan və ibadət edən insanlar stres vəziyyətlərə düşmürlər. Çünki onlar başlarına gələn hər bir hadisəni Uca Allahın hökmü kimi qəbul edirlər. Onların fikrincə, əgər bu Uca Allahın hökmü ilə baş verirsə, narahat olmağın, stresə, depressiyaya düşməyin də heç bir mənası yoxdur. Əgər siz streslə mübarizə apara bilmirsinizsə və xeyli əziyyət çəkirsinizsə, heç nədən çəkinmədən psixoloq və ya psixoterapevtə müraciət edin.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:160
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 21:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see286

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see270

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see263

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see261

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see261

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see257

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see249

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see243

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

10 Sentyabr 2026 09:12see235

Arxası üstə yatmaq kimlər üçün təhlükəlidir?

10 Sentyabr 2026 09:50see227

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see219

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see216

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see212

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see210

Gəncədə Oftalmologiya şöbəsi yenilənib

10 Sentyabr 2026 16:06see206

Uşaqlarda “6 cı xəstəlik” Xəstəlik zamanı inteqrativ müalicənin effekti

10 Sentyabr 2026 20:12see196

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see195

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see186

Böyük etimad, sonsuz inam

10 Sentyabr 2026 20:59see185

“Putin bir addım belə geri çəkilməyəcək” Trampın planı sual altına düşdü

10 Sentyabr 2026 20:42see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri