Icma.az
close
up
RU
Stress, nevroz, xəstəliklər artır: İnsanlar öz ixtisasına uyğun iş tapa bilmir

Stress, nevroz, xəstəliklər artır: İnsanlar öz ixtisasına uyğun iş tapa bilmir

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

Aşağı işlər aşağı psixoloji durum yaradır, cəmiyyət görünməyən təhlükə ilə üz-üzədir


Böyük Britaniyada aparılan araşdırma göstərib ki, pis işdə işləmək sağlamlıq baxımından işsiz qalmaqdan daha təhlükəlidir. Tədqiqat Beynəlxalq Epidemiologiya Jurnalında (International Journal of Epidemiology) dərc olunub. Araşdırmada 2009–2010-cu illərdə iqtisadi böhran səbəbilə işlərini itirən 35–75 yaş arası 1000 nəfər iştirak edib. 

İllər ərzində bu insanlar mütəmadi olaraq tibbi müayinələrdən, qan analizlərindən və digər sağlamlıq yoxlamalarından keçib. Nəticədə məlum olub ki, pis iş şəraitində çalışanlar arasında xroniki stress əlamətləri daha çox müşahidə olunur. Alimlər bildirir ki, yalnız məşğulluq səviyyəsini artırmaq deyil, həm də iş keyfiyyətini yaxşılaşdırmaq vacibdir. Əks halda, “işləmək” bəzən sağlamlığa daha çox zərər verə bilər. 


Sosioloq Mətanət Məmmədova “Sherg.az”a açıqlamasında bildirib ki, bu növ tədqiqatlar sosioloji problemlərin aşkarlanması və həll yollarının tapılmasına kömək edir: 

- Təəssüf ki, bizdə belə tədqiqatlar aparılmır. Bəzən şahidi oluruq, deyirlər, Məşğulluq Mərkəzinə müraciət edənlərə iş təklif edilir, bəyənmirlər, işləmək istəmirlər. Ali təhsilli müəllimə texniki işlər təklif etmək nə dərəcədə doğrudur, həmin bu tədqiqat buna cavabdır. İnsanlar təhsil aldıqları, özlərini hansı sahədə çalışan işçi görmək istəyirlərsə, təkliflər buna adekvat olmalıdır. Bu başqa məsələdir ki, şəxsin çalışmaq istədiyi sahə üzrə kadr tələbatı, iş yeri varmı. İş qabiliyyətli bütün insanları işlə təmin etmək mümkünsüzdür. Texnologiyanın inkişafı elə bir həddə çatıb ki, insan əməyinə ehtiyac getdikcə daha da azalır. Bir çox vəzifəni bir şəxs nəinki kompüter arxasında əyləşməklə, hətta uzaqdan komanda ilə də həll edir. Belə şəraitdə insanların özlərinə uyğun iş tapmaları çətinləşir, hətta mümkünsüzləşir. Bu da cəmiyyətdə ahəngin pozulmasına, stress, əsəbin artmasına, nəticə etibarilə xroniki xəstəliklərin yaranmasına səbəb olur.   

Sosioloq bildirdi ki, elmi ədəbiyyatlarda iş şəraitinin insanlarda hansı təsirlər buraxdığına dair izahlar vardır: 

- İnsanlar tez-tez müxtəlif təbiət və istehsalat şəraitlərində ayrı-ayrı qeyri-adi ətraf mühit faktorları ilə qarşılaşırlar ki, bu da onların ümumi vəziyyətinə, işgörmə qabiliyyətlərinə mənfi təsir göstərir. Bütün bunlar da ekstremal faktorlar hesab olunur. Ekstremal hadisələrin müasir biologiyaya və təbabətə təsiri problemi təsadüfi deyil. Ekstremal şərait dedikdə – qeyri-adi mürəkkəb situasiyalarda insan həyatı üçün təhlükəli vəziyyətin yaranması başa düşülməlidir. Belə şəraitlər kəskin və mürəkkəb mühit faktorları olmaqla insan orqanizmini təhlükə qarşısında qoyur. Ekstremal faktorlar son dərəcə ağır, kəskin mühit olub, orqanizm üçün gözlənilməyən təhlükə təşkil edir. Ətraf mühitin bir çox qıcıqlarından fərqli olaraq ekstremal şərait özünü intensivliyinə, sosial və ya bioloji əhəmiyyətinə və orqanizmə spesifik təsirinə görə fərqlənir. Bu və ya digər faktorlar eyni vaxtda bəzi fərdlər üçün adi, digərləri üçün ekstremal ola bilər. Belə faktorların təsirinə bir çox insanlar məruz qalmalı olurlar. Bu faktorların təsirindən orqanizmdə yaranan gərginlik və yaxud sinir sistemində əmələ gələn həddən artıq gərginlik stress probleminin meydana çıxmasına səbəb olur. Adi bir misal çəkək. Düzənlik şəraitində yaşayan adamlar üçün yüksək dağ şəraitində, 2000-4000 m hündürlükdə yaşamaq çox çətindir. Çünki bu adamlar düzənlik şəraitə uyğunlaşıblar, həmin mühitə adaptasiya olunublar, yeni şərait onlar üçün qeyri-adidir. Qeyri-adi şəraitdə orqanizmdə mümkün olan enerjidən artıq - adaptasion enerji tələb edilir ki, bu da orqanizmin tam adaptasiya olunmasına imkan verir. Nəticədə orqanizmin fizioloji adaptasion imkanı tükənir və bununla da, ekstremal təsir patologiyaya gətirib çıxarır. Ekstremal mühit şəraitində orqanizm ehtiyat qüvvəsi hesabına əlavə enerji sərf etməli olur. Stress bir çox xəstəliklərin səbəb-nəticə faktoru kimi böyük rol oynayır. Buna görə də vaxtında əsəb və stresin ağırlaşmasının qarşısı alınmalı, stresli vəziyyətlərdən bir müddətlik də olsa, uzaqlaşıb fasilə vermək lazımdır. Stress orqanizmin gərgin vəziyyətə reaksiyasıdır və gündəlik həyatımızda iş və ya ailə-məişətdəki problemlər, ani baş verən qəza, hadisə, imtahan, yuxusuzluq, yorğunluq, xroniki xəstəliklər və s. müxtəlif faktorlar stresə səbəb olur. İş şəraiti də belədir. Əgər insan çalışdığı iş şəraitində rahat hiss etmirsə, stresə məruz qalır. Aşağı səviyyəli işlər bir çox insanda tükənmişlik hissi yaradır. Özlərini “aşağı kateqoriyalı insan” kimi hiss edirlər və bu əsəb və stresin yaranmasına, nəticədə nevroloji, ürək-damar xəstəliklərinə şərait yaratmış olur. 


Maraqlıdır ki, Yaddaş üzrə Dünya Çempionu adı qazanmış Orxan İbadov sosial şəbəkədə “təzyiq altında işləmək gözəldir” yazaraq bu mövzuda paylaşım edib:

- Təzyiq altında işləyəndə insanın əsl potensialı üzə çıxır. Təzyiq altında işləmək gözəldir (bunu divardan asın!). O gün bir mürəkkəb layihə götürmüşdüm, chatGTP-dən soruşdum ki, nə qədər vaxt lazımdır. Yazdı ki, “3 həftə”. Özümə 3 gün vaxt qoydum: dünən, bu gün və sabah günortaya kimi. Təzyiqi artırmaq üçün müəyyən adamlara söz verdim - elə vəziyyət yaratdım ki, o işi təhvil verməmək qeyri-mümkün oldu. Sabah günorta rayona gedirəm deyə əlavə vaxt da yoxdur. Süni olaraq təzyiq yaratdım və işləməyə başladım. Nəticə? İşin 80 faiziini bitirmişəm, sabah 100 faizi bitəcək. Bu müddətdə beyin möhtəşəm ideyalar verir, bu təzyiq altında əvvəl passiv qalan güclər üzə çıxır. Bunu həmişə edirəm. Təzyiq altında işləmək böyük lyuksdur. Təzyiq altında işləmək hər adama qismət olmur. Əgər təzyiq altında işləyirsinizsə, o təzyiqi və onu sizin üçün yaradanı qucaqlayın. 

Əgər təzyiq yaradan yoxdursa, onu özünüz yaradın və potensialınızı üzə çıxarın!  Geriyə baxsanız, görərsiniz ki, həyatdakı ən böyük nailiyyətlərinizi təzyiq altında işləyərkən qazanmısınız, sadəcə bilməmisiniz.

Buradan belə nəticə çıxır ki, insanlar psixo-fizioloji xüsusiyyətlərinə görə fərqlənir. Bəziləri təzyiq altında daha keyfiyyətli iş gördükləri halda, bəziləri təzyiqi sevmir və daha rahat, komfortlu iş şəraitində çalışmağa üstünlük verirlər. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://sherg.az
archiveBu xəbər 07 İyul 2025 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Belə yüksək səviyyəli beynəlxalq tədbirə ev sahibliyi etmək, Azərbaycanın diplomatik çəkisini artırır

06 Oktyabr 2025 09:07see258

“xAI” bu dəfə yeni oyun təqdim edəcək Mask açıqladı

06 Oktyabr 2025 11:19see195

Azərbaycanda internet istifadəçilərinə VACİB XƏBƏR

05 Oktyabr 2025 17:40see153

Tramp əmr verdi: Əsgərlər göndərilsin!

06 Oktyabr 2025 09:15see149

TDT baş katibi elan etdi: Qəbələdə bu format təsis ediləcək

07 Oktyabr 2025 01:20see140

Villasını bu qiymətə satır Foto

06 Oktyabr 2025 21:22see131

Qlobal çağırışlar müəllimin məsuliyyətini daha da artırır

05 Oktyabr 2025 21:48see131

Dambrauskas: “Üç xal qazandıq, amma Mikelsin zədəsi hamımızı üzdü”

05 Oktyabr 2025 18:12see128

“Yuventus” Kənan Yıldızla yeni müqavilə imzalayır

05 Oktyabr 2025 20:12see126

Yeni qlobal gücə doğru inamlı addımlar Şərh

06 Oktyabr 2025 16:52see124

Yıxılaraq xəsarət alan yazıçı vəfat etdi

07 Oktyabr 2025 02:03see124

Türkiyənin müdafiə sənayesində tarixi sıçrayış: NATO standartlarını geridə qoyan Altay

07 Oktyabr 2025 01:13see123

lll MDB Oyunlarının boks üzrə qalibi: Hər döyüş mənim üçün böyük sınaqdır

05 Oktyabr 2025 18:49see123

Qəzzadakı müharibənin sonuna gəlməmişik Rubio

05 Oktyabr 2025 18:22see123

“Görünən odur ki, ölkəmizin futbol aləmində nüfuzu artıb”

06 Oktyabr 2025 00:29see123

Şəmkirdə 40 yaşlı qadın öldü Əri saxlanıldı

06 Oktyabr 2025 21:11see121

Keşiş olmaq istəyirdi, QOVULDU: məşhur rejissorun həyatı haqqında yeni film

06 Oktyabr 2025 17:42see120

Mütəxəssisdən xəbərdarlıq: Qrip peyvəndi ağır fəsadların qarşısını alır

06 Oktyabr 2025 17:46see120

Makron “dron divarı”na qarşı çıxdı

07 Oktyabr 2025 01:48see118

Səhiyyə Nazirliyi Azərbaycana qrip əleyhinə vaksinlər gətirib

06 Oktyabr 2025 11:42see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri