Icma.az
close
up
RU
Stressdən uzaq durun, yoxsa...

Stressdən uzaq durun, yoxsa...

Icma.az, Pravda.az portalına istinadən məlumat yayır.

Gündəlik həyat daim qaçhaqaç formasında davam edir. Gün boyu onlarla problemlə məşğul oluruq, vacib qərarlar veririk, dəyişən şəraitə uyğunlaşmağa çalışırıq. Bu da o deməkdir ki, stress həyatımızın ayrılmaz hissəsinə çevrilir.
Pravda.az stressin dəridəki təsirini təqdim edir:


Müasir dövrün "qara vəbası" hesab edilən stress təkcə ruhi deyil, eyni zamanda fiziki təsirlər də göstərir. Bir çox xəstəliyin əsas səbəbi olan stress dərimizdə də ciddi dəyişikliyə səbəb olur. Onun ən çox bilinən təsiri dərinin daha sürətli qocalmasıdır.


Dərini daha tez qocaldır,

Dərinin daha çox yağlanmasına səbəb olur,
Mövcud dəri xəstəliklərini tətikləyir,
Saç keyfiyyətini azaldır, saç dökülməsinə səbəb olur,
Dodaqda uçuq yaranmasına təkan verir.
Daha tez qocalmaq?


Stress həyatımızı o dərəcə idarə edir ki, zamanın dəridə buraxdığı izləri daha aşkar hiss etməyimizə səbəb olur. Stress nəticəsində artan kortizol hormonu dəridə kollagen və hialuron turşu istehsalını azaldır. Bu maddələrin azalması incə qırışların və ölü dəri görünüşünün yaranmasına səbəb olur.


Bundan əlavə, stress azad radikalların yaranmasını sürətləndirir və bununla da dərinin qocalma sürətini artırır. Stress altında olan insan adətən sağlam vərdişlərindən uzaqlaşır, yuxusuzluqdan əziyyət çəkir, sağlam qidalanma azalır, kafein və alkoqol istehlakı artır. Bütün bunlar dərinin tez qocalmasına təkan verir.


Stress dərini "müdafiə və ya qaç" moduna salır


Stress elə bir faktordur ki, vücud onu hiss etdikdə ya müdafiə, ya da qaçma refleksini işə salır. Bu zaman kortizol və adrenalin hormonlarının miqdaru artır. Adrenalin artdıqca tər vəziləri aktivləşir və bədəndə su itkisi baş verir. Əğər bu su yerinə qoyulmazsa, dəri quruyur.


Stressin digər təsiri yağlanma ilə bağlıdır. Kortizol hormonu yağ vəzilərinin daha çox yağ ifraz etməsinə səbəb olur. Bu xüsusilə yağlı dəri tipinə malik insanlarda özünü daha çox göstərir. Yağlılıq dərinin gözənəklərinin tutulmasına və sızanaqlara səbəb ola bilər.


Mövcud dəri xəstəliklərini artırır


Bədən stress altında olduqda daha çox kortizol və adrenalin ifraz edir. Bu hormonlar iltihabi prosesləri qızışdırır və ekzema, psoriaz, gül xəstəliyi, vitiligo və urtikariya kimi dəri problemlərini gücəndərir. Nəticədə stress bu xəstəliklərin yaranmasına səbəb olur. Dəri problemləri insanı estetik və psixoloji cəhətdən narahat etdiyinə görə, stressi daha da artır və xəstəliklərin şiddətlənməsinə təkan verir.
Əminə Bayramova 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://pravda.az
archiveBu xəbər 02 Aprel 2025 08:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qadınlar hansı kişiləri daha çox sevirlər: dolğun, yoxsa arıq və əzələli olanları?

04 İyul 2025 00:45see128

Qəzzada 60 gün...

03 İyul 2025 08:15see126

Makron digər Aİ liderlərini qabaqlamağa tələsir

03 İyul 2025 07:52see125

"Qurdlar vadisi"nin məşhur aktyoru vəfat etdi

03 İyul 2025 01:43see122

ABŞ 100 ə yaxın ölkəyə 10% rüsum tətbiq edəcək

04 İyul 2025 01:23see122

Pezeşkian: Azərbaycan türkcəsində təhsil milli və beynəlxalq öhdəlikdir

04 İyul 2025 01:48see122

A Seriyasının debütantı yeni baş məşqçi ilə anlaşdı

02 İyul 2025 21:50see121

Ersin Tatar: Türk dünyası sülh və müstəqilliyi birgə qorumalıdır

02 İyul 2025 23:22see121

Bu yola yeni kamera quraşdırılıb: Belə edənləri çəkir VİDEO

03 İyul 2025 20:35see120

2000 ci illərin mikro şortları yenidən modaya dönəcək...

03 İyul 2025 01:09see120

İki qəsəbədə qaz təchizatı dayandırılacaq

03 İyul 2025 09:12see120

Meladzenin Yurmala konsertində qalmaqal olub

03 İyul 2025 08:23see118

Abşeron rayonunda güclü yanğın Onlarla hektar ərazi alov içindədir (VİDEO) KONKRET

02 İyul 2025 23:48see118

İzmir meriyasının keçmiş müxalifət işçiləri korrupsiya ittihamı ilə saxlanılıb

03 İyul 2025 07:40see118

Merkel Trampın əl sıxmaqdan imtina etməsi ilə bağlı qalmaqalın təfərrüatını açıqladı

04 İyul 2025 04:35see117

Kiyev bombalanır: Yaşayış binalarında yanğınlar, dağıntılar

04 İyul 2025 03:23see117

31 il ötdü...

03 İyul 2025 07:57see117

Qalatasaray İnter in qapıçısıçı istəyir

03 İyul 2025 00:32see116

Almaniya Talibanla razılığa gəlmək niyyətindədir

03 İyul 2025 11:51see115

Bu ölkədə kökəlməyə qarşı cərimələr başlanır

03 İyul 2025 07:51see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri