Stressdən uzaq durun, saçlarınız sürətlə uzansın
Pravda.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Saçın uzanması saç follikullarındakı hüceyrələrin bölünməsi ilə baş verir.
Pravda.az bildirir ki, saçın ayda orta hesabla 1 sm uzanması normaldır və bu proses genetik, hormonal, yaş və qidalanma kimi amillərdən asılıdır.
Saçın sürətlə uzanması üçün nə etmək lazımdır?
Zəngin protein, vitamin və mineral tərkibli sağlam qidalanma
Saç dərisinə masajla qan dövranını artırmaq
Kimyəvi və isti saç vasitələrindən uzaq durmaq
Stressi idarə etmək, meditasiya və idmanla məşğul olmaq
Saçı müntəzəm kəsmək, qırılmaların qarşısını almaq
Təbii və zərərsiz saç baxım məhsullarından istifadə etmək
Saç uzanmasına təsir edən əsas faktorlar:
Genetik, hormonlar, qidalanma, yaş və ümumi sağlamlıq vəziyyəti.
Saç sağlamlığı üçün vacib vitaminlər:
Biotin (B7), C, D, E vitaminləri, dəmir və sink.
Təbii üsullar:
Saçın uzanmasına balıq, yumurta, isabnaq, qoz kimi qidalarla zəngin qidalanma, təbii yağlarla masaj, kimyəvi təsirlərdən çəkinmə və stressin azaldılması müsbət təsir edə bilər.
Əminə Bayramova

